Azəri
Thursday 26th of December 2024
0
نفر 0

Rəsulallahın (s) həyat yoldaşı Xədicə (s)

Rəsulallahın (s) həyat yoldaşı Xədicə (s)

 Xanım Xədicənin (s) təvəllüdü ilə bağlı bir neçə rəvayət vardır. Beləki, bəzi mənbələrə görə, xanım Xədicə Həzrət Peyğəmbərlə (s) evlənəndə 40, bəzi mənbələrə görə isə - 27 yaşında olub. Ona görə də xanım Xədicənin (s) təvəllüdü təxminən miladi 560- 570-ci illərə təsadüf edir.

 Onun ata babası Qureyş qəbiləsinin Bəni Əsəd qolunun banisi olub. Xanım Xədicənin atası Xüveylid tacir idi. Anası Fatimə isə Qureyşin Bəni Əmir qolundan idi və Həzrət Muhəmmədə (s) qohum düşürdü. Xanım Xədicənin (s) valideyinləri peyğəmbərlə evlilikdən öncə dünyalarını dəyişmişdilər. Elə gənc yaşlarında ikən əvvəl anasını, sonra atasını itirən xanım Xədicə ticarətlə məşğul olmağa başlayır. Onun karvanları Şam, Misir, Həbəşistanın müxtəlif şəhər və məntəqələrini gəzsə də, xanım Xədicə doğulduğu Məkkə şəhərini tərk etməzdi. Atasının yolunu gedən qız qısa bir zamanda uğurlu tacirə çevirilir. Hələ Cahiliyyət dönəmində zənginliyi, habelə uzaqgörənlik və səxavətinə görə ona “İmrəətul-Qureyş”, yəni Qureyşin şahzadəsi ləqəbi verilmişdi. Habelə o, “Tahirə” (pak) və “Mübarəkə” (bərəkətli) ləqəbləri ilə də tanınırdı. Xanım Xədicə Qureyşin ən görkəmli gəlini, Məkkə əyan-əşrəfinin elçiliyinə düşdüyü bir xanım idi. Necəki, deyilənə görə, Məkkə qızları da gənc Muhəmmədlə (s) ailə qurmaq arzusu ilə yaşayırdılar.

 Tarixə xanım Xədicə barədə düşmüş ən böyük yalanlardan biri, bu xanımın bir neçə dəfə ərdə olması ilə bağlıdır. Xanım Xədicə (s) heç kəslə ailə qurmmış və heç kəsdən övladı olmamışdı. O, ilk dəfə onun yanına işə düzələn Həzrət Muhəmmədlə (s) ailə qurub. Beləki, tarixçilər bu izdivacın hekayəsini belə yazırlar:

 Xanım Xədicə Məhəmməd (s) adlı uzaq qohumunun “Əmin”, yəni “əmanətdar, etibarlı” ləqəbi ilə məşhur olduğunu eşidir. Bu səbəblə də, həmin gəncin qəyyumu olan Həzrət Əbu Talibə (ə) xəbər göndərir ki, ticarətini həmin gəncə həvalə etmək istəyir. Beləliklə də, gənc Muhəmməd (s) Xədicənin yanına işə düzəlir və öz bacarığı ilə diqqəti cəlb edir. Şam səfərlərinin birində Xədicə öz qulu Meysərəyə tapşırır ki, addım-addım Muhəmmədi (s) izləsin. Məhz həmin səfər zamanı Muhəmməd (s) Dəməşq yaxınlığındakı Bəsri şəhərində Nəstura adlı xristian rahibi ilə görüşür və həmin rahib onun peyğəmbər olacağını xəbəbr verir. Məkkəyə döncək Meysərə sahibəsinə hər şeyi danışır. Xanım Xədicə də, ona elçiliyə düşən bir neçə Məkkə zadəgahının təklifini rədd edərək Muhəmmədə (s) evlilik təklifi yollayır. Təsadüfi deyil ki, Xədicəyə irad tuturdular ki, fəqir birisi ilə ailə qurur, zənginlərin təklifini isə rədd edir. Üstəlik o zamanın ərəb adətlərinə tam zidd olaraq, xanım Xədicə (s) öz sərvətini gələcək həyat yoldaşına bağışlayacağını bildirir. Gələcəkdə İslamın yayılmasında əsas maddi bazanı da məhz bu sərvət təşkil edəcək. Muhəmməddən (s) evlilik təkilifinə müsbət cavab verdikdən sonra hər iki tərəfin nümayəndələrinin iştirakı ilə nikah mərasimi keçirilir. Bu mərasimdə Həzrət Əbu Talib (ə) xütbə də oxuyur. Həmin müddət Muhəmməd (s) 21-25, Xədicə isə 27-40 yaşlarında olub, bu isə təxminən miladi 595-ci ilə təsadüf edir. Xanım Xədicə vəfat edənə qədər, Həzrət Muhəmməd (s) başqa heç kəslə ailə qurmadı. Onların bir birinə olan sonsuz məhəbbət və hörmətləri gələcək həyatlarında özünü göstərəcək.

 Bu evlilikdən dünyaya gələn uşaqların sayı da dəqiq məlum deyil. Çox ehtimal ki, bu eclilikdən 2 oğul və 1 qız (xanım Fatimə) dünyaya gəlmişdi. Tarixə xanım Xədicənin və Peyğəmbərin (s) qızları kimi düşən digər qızlar isə (Zeynəb, Ümmü Külsüm və Rüqəyyə) xanım Xədicənin (s) himayəsinə aldığı bacısı qızları olub.

 Həzrət Muhəmməd (s) peyğəmbərliyə yetişəndə xanım Xədicə ona iman gətirmiş ilk qadın idi. İlk namazda da iştirak edən 4 nəfərdən biri də xanım Xədicə idi. Bildiyiniz kimi, Peyğəmbər (s) öz təbliğini 3 mərhələdə gerçəkləşdirib: əvvəlcə qohumlarını, sonra ərəbləri, sonra isə bütün xalqları Allahın dininə çağırıb. Peyğəmbərliyin ilk 3 ilində təbliğatı gizli aparan Həzrət Rəsuləllaha (s) əmr olunur ki, aşkar təbliğata keçsin. Bütün müsibətlər də, elə bu zaman başlayır. Qohum-əqraba, dost-tanış Xədicədən üz döndərir. Xədicəyə dil yarası vuran kim, onun ailəsini təhdid edən kim. Peyğəmbərin ən çətin zaanlarında xanım Xədicə var-dövlətini itirdi, özünün və övladlarının canını təhlükəyə atdı, lakin Həzrət Rəsuləllaha (s) bir an olsa belə arxa çevirmədi. Daim Allahın elçisinin (s) yanında oldu, öz çətinliklərinə rəğmən ona dəstək verdi. Təsadüfi deyil ki. Həzrət Cəbrayıl vəhy nazil edəndə, Peyğəmbərə (s) buyurardı ki, Allahın Xədicəyə salamı var.

 Ömrünün son illərində Həzrət Xədicə (s) müsəlmanların ən ağır imtahanlarından biri olan – "Əbu Talib vadisi"ndə mühasirəyə alındı və xəstələndi.

 !Şə`bi Əbu Talib!, yaxud Əbu Talib vadisinin hadisə belə idi. Məkkə müşrikləri Peyğəmbəri (s) onun ailəsini və səhabələrini rahat buraxmır, onları təhdid edir. Müsəlmanların artan sayı, görkəmli adamların dinə gəlməsi, Nəccaşinin (Həbəşistan hakimi) müsəlman mühacirlərə sığınacaq verməsi müşrikləri daha da qəzəbləndirmişdi. Həzrət Əbu Talib onların canını qorumaq üçün Məkkədə ona məxasus olan bir vadidə müsəlmanlara sığınacaq verir. Lakin, müşriklər həmin ərazidə onları iqtisadi blokadaya salır. Əbu Talib vadisində müsəlmanların yeyib-içməyə bir şeyi olmur. 2-3 il davam edən bu mühasirə zamanı xanım Xədicə (s) ölümcül xəstələnir. Bu zaman onun qayğısını çəkən qızı Fatimə (s) yanında olur.

 Sevimli həyat yoldaşını ölüm ayağında ikən ziyarət edən Allah Rəsulu (s) onun vəsiyyətini dinləmk istədi. Lakin, xanım Xədicə həya edib qızı Fatimədən (s) xahiş edir ki, istəyini Peyğəmbərə (s) o çatdırsın. Xanım Xədicə xahiş edir ki, Allahın elçisi (s) onu öz əbasına büküb dəfn etsin, çünki qəbrdən qorxur. Peyğəmbər (s) bu vəsiyyətə əməl edir. Besətin 10-cu ili (hicrətdən 3 il öncə, miladi 619-cu ildə) mübarək Ramazan ayının 10-u xanım Xədicə (s) Haqqın rəhmətinə qovuşaraq əbədi evinə köçür. Hədislərdə var ki, Cəbrayıl xanım Xədicənin Həzrət Məryəm və Həzrət Asiya ilə cənnətdə bir yerdə olmasını Peyğəmbərə (s) xəbər verir ki, qızı Fatiməni (s) sakitləşdirsin. Həmin il Peyğəmbər (s) ikinci ağır itkisini də yaşayır - əmisi və himayədarı olan Həzrət Əbu Talib (ə) dünyadan köçür. Peyğəmbər (s) 1 il yas saxladı, deyilənə görə, mübarək üzü gülmədi. Ömrünün sona qədər Həzrət Rəsuləllah xanım Xədicəni yad edər, onun fəzilətlərindən danışardı.

 Xanımın mütəhhər nəşi Məkkədə, elə Şəri Əbu Talibdə dəfn olundu. Həmin qəbr üzərində əsrlər boyu ucalan ziyarətgah ötən əsrin 20-ci illərində vəhhabi hərəkatının üzvləri tərəfindən dağıdılmışdı. Hazırda zəvvarlar bu qəbri hasar arxasından, uzaqdan ziyarət etmək məcburiyyətindədirlər. Xanım Xədicənin (s) qəbri üzərində bir ağac bitir və müqəddəs qəbr həmin ağacla tanınır.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ
Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günü
İSRAİL REJİMİ VƏ ONUN ÇİRKİN NİYYƏTLƏRİ (1)
Ramazan ayında şərab içməyin cəzası
Dünya möminin zindanı, kafirinsə behiştidir
ALTINCI FƏSİL: MƏHDİLİK ƏQİDƏSI BARƏSİNDƏ YARANAN MANEƏLƏR VƏ XOŞAGƏLMƏZ ...
Niyə Şiələr namazları cəm edərək ( Zöhr,Əsr və Məğrib ,İşa) qılırlar?
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
Quranda burucdan məqsəd nədir?
ƏHLİ-HƏDİS (4)

 
user comment