Azəri
Thursday 26th of December 2024
0
نفر 0

SƏBR VƏ DÖZÜM

SƏBR VƏ DÖZÜM

İmam Əli (əleyhissalam) həmişə sə`y edirdi ki, bacardığı qədər düşmənlərlə ortaya çıxan problemləri səbr, həvəs və dözümlə həll edib imkan dairəsində müharibəyə qol qoymasın, habelə müharibəni başlayan ilk şəxslərdən hesab olunmasın. Həzrətin müharibəsi bir növ müdafiə xarakteri daşıyırdı.

Əli (əleyhissalam)-ın ən qəddar düşməni olan Müaviyəyə gəldikdə isə, Həzrət ilk növbədə ona müxtəlif məktublar, eləcə də bir çox qasidlər göndərdi ki, xalqın müxtəlif problemləri Allahın əmrlərinə əməl etmək yolu ilə həll edilsin.

Məsələn: İmam Əli (əleyhissalam) Şam əhlindən olan Cərir ibni Abdullaha bir məktub verib onu Müaviyənin yanına göndərdi. Cərir Əli (əleyhissalam)-ın məktubunu Müaviyəyə çatdırıb onları Həzrətin doğru yolu ilə getməyə də`vət edərək Müaviyəyə dedi: «Sən də müsəlmanların seçdikləri yolu seç! Daha demə ki, mən Şamda Osmanın valisiyəm.»

Müsəlmanların xəlifəsi Əli (əleyhissalam)-dır və gərək ona tabe olasan. Müaviyə zahir cavabında belə dedi: Bu barədə fikirəşməyin, lakin Əli (əleyhissalam)-ın onu öz vəzifəsində saxlamağa qadir olmadığını duyduqda camaatı Əli (əleyhissalam)-ın əleyhinə qaldırırdı.

Cərir Müaviyədən mə`yus olduqda Kufəyə qayıtdı çox təəssüflər olsun ki, Kufə camaatı da ona qarşı çıxaraq Cəriri Müaviyənin tərəfdarı adlandırdılar. Bu böhtandan narahat olan Cərir Kufədən Qırqısa adasına gələrək ömrünün sonuna qədər orada yaşadı. Əli (əleyhissalam)-ın əshabı Həzrətin Müaviyə ilə müharibəyə qalxmasını tə`kid edirdilər. (Əlbəttə bu hazırlıq müharibə e`lan etmək idi). Amma Əli (əleyhissalam)-ın metodu isə başqa idi. O özünün müharibəni başlayan ilk şəxs olmasını istəmirdi. Böyük inqilabi səbr və dözümlə öz işlərini əncam verirdi. Həzrət sülh qapılarını bağlamaq istəmirdi. Cəririn Şamdan Kufəyə gəlməsini nəzərə almaqla Həzrət bu barədə əshaba belə buyurdu:

«Mənim Şam camaatı ilə müharibəyə qarşı olan səfərbərliyim onlarla sülh bağlamaq deməkdir. Eləcə də əgər yaxşı iş görmək istəsələr bu yaxşı işin yolunu onların üzünə bağlamaq mə`nasındadır.»

Beləliklə Əli (əleyhissalam) müharibəni ilk başlamaq təşəbbüsünü qəbul etmədi. Həmişə çalışırdı ki, adamları haqq yoluna hidayət etsin. Elə buna görə də bu yolda çox səbrli və dözümlü idi.
21-TƏLƏSMİŞ NADAN

Həkəmeyn əhvalatından sonra Xariyyət ibni Ramid adlı bir şəxs öz qəbiləsindən 30 nəfərlə (bəni Naciyə) Əli (əleyhissalam)-ın hüzuruna gələrək Həzrətə qarşı e`tiraz edib dedi: «And olsun Allaha, mən daha sənin yolunla getməyəcək sənin dalında namaz qılmayacağam. Elə günü sabah səndən ayrılıram.» O həmin günün sabahı qaçaraq İslam hökuməti əleyhinə qiyam etsin deyə bir neçə nəfəri də öz ətrafına yığdı. Əli (əleyhissalam) öz əyalətlərinin bütün valilərinə Xariyyət ibni Raşidi axtarmalarını tapşırdı. Bu zaman Həzrətə Xariyyət və yoldaşlarının Mədaində Əli (əleyhissalam)-ın havadarları ilə toqquşması nəticədə beş nəfər ölü verməklə Əhvaz tərəfə qaçaraq orada olan bir qrup oğru və kafirləri özlərinə qoşması, eləcə də öz yağı əməllərini davam etdirməsi xəbəri yetişdi.

Nəhayət Əli (əleyhissalam) Mə`qəl ibni Qeysi iki min nəfər döyüşçü ilə Əhvaza sarı yola saldı. Mə`qəl Hörmöz dağlarının kənarında Xariyyətin ordusu ilə vuruşaraq yetmiş nəfər bəni Naciyə 300 nəfər isə kafirlərdən cəhənnəmə vasil elədi. Qaçmağa cəhd göstərən Xariyyət isə Noman ibni Səhban tərəfindən öldürüldü Mə`qəl əsir düşən müsəlmanları azad edib 500 nəfərə yaxın qeyri müsəlmanı da özü ilə birlikdə Ərdəşir Xuvvə vilayətinə gətirdi, oradan da qələbə xəbərini məktub vasitəsilə Əli (əleyhissalam)-a çatdırdı.

Müsqələt ibni Hücəyrə Şəybani Əli (əleyhissalam) tərəfindən Ərdəmir Xuvvənin valisi tə`yin edilmişdi. Əsirlər onun hüzurunda ağlayaraq azad olunmalarını ondan xahiş etdilər.

Bir çox danışıqlardan sonra əsirləri ondan beş yüz min dirhəmə alaraq bu məbləği İmam üçün göndərməyinə daha sonra əsirləri azad edəcəyinə söz verdi. Onun İmam üçün iki yüz min dirhəm məbləğində pul göndərməyə imkanı olmadığından Şama qaçaraq Müaviyəyə qoşuldu.

Bəli, o, tələsmək və nadanlığı üzündən əks inqilabçıya çevrildi. Əgər Əli (əleyhissalam)-ın hüzuruna gəlib əhvalatı olduğu kimi o Həzrətə desəydi, İmam Əli (əleyhissalam) onu mütləq bağışlardı.

Həzrət onun barəsində belə buyurmuşdu:

Allah Müsqələnin üzünü qara eləsin, o böyük şəxsiyyətlərin əməlini qulların azad olunmasını yerinə yetirdi, lakin qul kimi də qaçdı. Hələ yaxşı işinə görə onu tə`rifləyənlərin (yə`ni qulların alınması və onların azad edilməsi) mədhi sona yetişməmişdi ki, öz qaçışı ilə özünü danlaq və məlamətə düçar etdi.

«Əgər o, qaçmayıb müqavimət göstərsəydi hər nəyi olsaydı, biz ondan qəbul edərdik və öz borcunu ödəyənə kimi onun üçün güzəşt edərdik.»

Lakin onun özü bu barədə qardaşı Nəimə belə yazmışdı: Müaviyə ilə sənin barəndə söhbət etmişəm Müaviyə sənə ehsan edib vəzifə verəcək, o, bunu mənə və`də veribdir.!

Bu məktub sənə çatan kimi Şama gəl və mənə qovuş. Doğrudan da nifrin olsun belə insanlara ki, Əli (əleyhissalam) da onlara nifrin etmişdir.
22-GƏLƏCƏKDƏN XƏBƏR!

Bir gün Əli (əleyhissalam) Kufə şəhərinə xitab edib buyurdu:

Ey Kufə! Səni xoşagəlməz hadisələrin ayaqları altında tapdanan və nə kimi bəla yüklərinin çiynindən asılaraq vəhşətli hadisələrlə qarşılaşacağını görürəm.

«Mən yaxşı bilirəm ki, hər məğrur zalım sənə qarşı sui-qəsd edər və nəticədə Allah onu giriftarlığa düçar edib qatil əlində qətlə yetirər.»

Bu sözlər Kufə və Nəcəf Əşrəf torpağının fəzilətini bəyan etməklə yanaşı həm də Kufənin gələcəkdə yağı tərəfindən ağır hadisə və zülmlərə mə`ruz qalacağını göstərir, lakin zalımların öz cəzalarına çatması çox çəkməyəcəkdir Əli (əleyhissalam)-ın buyurduğu kimi:

Kufəyə böyük bəla nazil oldu necə ki, Ziyad ibni Əbih və oğlu Übeydullah ibni Ziyad eləcə də Məs`əb ibni Zübeyr ilə Yəzid Mühləb və s... təki adamlar zəhərli ölüm oxlarına tuş oldular. Nümunə olaraq Ziyad ibni Əbihin Kufəyə hücum etməsini və Kufə camaatının da məscidə yığılmasını misal göstərmək olar ki, Əli (əleyhissalam)-ı təhqir etmək məqsədi ilə ora toplaşmışdılar.

Bir azdan Həzrətin gözətçisi məscidə gələrək onun xəstəliyə mübtəla olmasını e`lan edib dedi: Bu gün əmir gəlməyəcəkdir.
23-SƏFƏRBƏRLİK FƏRMANI

Zamanın çarxı hərəkətdə idi. Belə ki, 36-cı hicri ilinin şəvval ayının beşi yetişdikdə xəbər çıxdı ki, təcavüzkar Müaviyə ordu toplamağa başlamış və Əli (əleyhissalam)-ın nəzarəti altında olan ölkələrə hücum etməyi planlaşdırmışdı. İmam Əli (əleyhissalam) təcavüzkarları məğlub etməkdən ötrü silahlanmış ordu hazır etdi. Həzrət bu ordunu Nüxəylədə yerləşdirdi.

İmam Əli (əleyhissalam) Kufədən çıxdı, Nüxəylə qərargahına sarı yollanaraq orada səfərbərliyə dair çıxış etdi. Çıxışın əvvəlində Allaha həmd və səna etdikdən sonra belə buyurdu:

Agah olun! Mən öz ordumun qabaqcıllarını döyüş meydanına göndərmiş və onlara fərman vermişəm ki, Fərat çayı sahilində sonrakı əmrim onlara çatana kimi düşərgə salsınlar.

Belə səlah bilirəm ki, sudan keçib Dəclə kənarındakı müsəlmanlardan kömək istəyəm. Təki ordu bir az da möhkəmlənsin. Nəticədə isə düşmən özünün hər tərəfdən mühasirə olunduğunu görüb məğlubiyyətini hiss etsin.

Əli (əleyhissalam)-ın təchiz olunmuş ordusu Həzrətlə birlikdə Nüxəylədən Siffeynə tərəf hərəkət edərək (Sasani şahlarının paytaxtı) Mədainə yetişdilər. Müxtəlif qəsr və talar xərabələrini müşahidə etdikləri vaxt qəflətən çürümüş bir kəllə Həzrət Əli (əleyhissalam)-ın gözünə sataşdı və adamlarından birinə buyurdu:

Onu götür mənimlə gəl. Sonra Əli (əleyhissalam) Mədain qəsrinin məşhur eyvanına gəlib orada əyləşdi və bir ləyən istədi. Ləyənə bir qədər su tökdükdən sonra kəlləni gətirənə buyurdu:

Kəlləni teştin ortasına qoy. O da Həzrətin buyurduğunu yerinə yetirərək kəlləni ləyənin ortasına qoydu. Əli (əleyhissalam) cümcüməyə xitab edib buyurdu: «Ey kəllə! Səni and verirəm söylə ki, mən kiməm və sən kimsən?»

Kəllə dilə gəlib belə dedi: Sən Mö`minlər ağası, Seyyidi-Övsiya və təqvalıların rəhbərisən. Mən isə Allahın kənizinin oğlu Kəsra Ənuşirəvanam Əli (əleyhissalam) ona buyurdu: İndi halın necədir?

Kəllə bir cavab söylədi ki, xülasəsi budur:

«Mən əlimin altında olanlara qarşı mehriban olsam da, ancaq Məcus dinində idim. Rəyasət və şahlığın göz qamaşdırıcıları məni iman və həqiqi dindən geri qoydu. Budur behiştdən məhrumam, cəhənnəmə giriftar olmuşam. Lakin rəiyyətlə xoşrəftar olduğuma görə cəhənnəm odundan amandayam həsrəta! Əgər mən də vaxtında iman gətirsəydim səninlə olardım, ey Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm xanədanının sərvəri və ey mö`minlərin ağası.»

Kəllənin sözləri o qədər can yandırıcı idi ki, oradakıların hamısı ucadan ağlamağa başladılar.

Ümidimiz budur ki, bu sərgüzəşti oxumaqla hələ ölüm sorağımıza gəlməmiş özümüzü Həzrət Əli (əleyhissalam)-ın həqiqi ardıcıllarından bilək. Qoy öləndən sonra «va həsrəta»mız göylərə yüksəlməsin.
24-İZZƏTLİ ÖLÜMÜN ZİLLƏTLİ ÖLÜMDƏN ÜSTÜNLÜYÜ

İmam Əli (əleyhissalam) öz ordusu ilə Müaviyə qoşununu məğlub etməkdən ötrü Kufədən çıxdı Müaviyə ordusu da 58 min nəfərlik döyüşçü ilə Siffeyn torpağına yetişərək ilk növbədə Fərat su yolunu (yeganə məhəll idi su götürmək üçün) işğal edib tutdu. Əbul Ə`vər Əsləmini də qırx min nəfərlə həmin su yolunu qorumaqdan ötrü ora göndərdi. Beləliklə su yolu Əli (əleyhissalam)-ın ordusunun üzünə bağlandı. Əmr As Müaviyənin bu işini xoşlamayıb ona dedi: Əli (əleyhissalam) elə bir adam deyil ki, siz su içib sirab olasınız, lakin o susuz qalsın.

Əli bura başqa bir hədəf üçün gəlmişdir. Lakin Müaviyə Əmr Asın sözünə qulaq asmayıb su götürülməsini qadağan etdi

Fəratın tutulması xəbərini Əli (əleyhissalam)-a çatdırdıqda Həzrət Sə`sət ibni Suhanini çağıraraq onu Müaviyənin yanına göndərdi ki, ona desin biz söhbət və hüccəti tamam etməzdən qabaq müharibəyə başlamırıq və su yolunun sən tərəfdən bağlanması isə müharibə e`lan etmək üçün ilk tutarlı bir dəlildir.

Sə`sə İmamın sifarişini Müaviyəyə çatdırdıqda Müaviyə öz əshabı ilə məşvərət etdi. Vəlid ibni Üqbə ilə Abdullah ibni Səid dedilər: «Suyu onların üzünə mütləq bağlamaq lazımdır ki, susuzluqdan ölsünlər.» Müaviyə də bu fikirlə razılaşdı. Bu zaman Əbul Ə`vərə su yolundan tamamilə müvazib olmaları sifarişini göndərdi.

Bu vaxt Həzrət Əli (əleyhissalam) öz ordusu üçün aşağıdakı mövzuda bir xütbə buyurdu: Ey Camaat!

Müaviyənin ordusu su yolunu bağlamaqla sizə müharibə e`lan etmişdir. İndi siz iki yol ayrıcındasınız, ya zilləti qəbul etməli ya da qılınclarınızı o cinayətkarların qanı ilə bulaşdırmalısınız.

Bu zaman özünün çox dərin və məşhur cümləsini buyurdu:

Əgər məğlub olub onların önündə diz çöksəniz, alçaq və zillətli ölümü qəbul etmisiniz, yox əgər bu yolda iftixar və izzətlə can versəniz, əbədi həyata qovuşacaqsınız. Bilin ki, Müaviyə bir qrup günahkar, yoldan azmış və qara qəlbliləri döyüş meydanına gətirərək həqiqəti onlardan gizlətmişdir ta bu bəxti dönmüşlər öz boğazlarını sizin ölüm saçan nizələrinizə tuş etsinlər.

İmamın bu cəzzab və çox mə`nalı sözlərinin müqabilində əsgərlər özlərinin bu döyüşə hazır olduqlarını bildirdilər. Daha sonra dörd min nəfər qoşun Malik Əştərin başçılığı altında cəbhəyə sarı göndərildi. İmamın özü də qalan ordu ilə hərəkət etdi. Su yolunun kənarında şiddətli döyüş başladı. Nəticədə Müaviyə ordusunun minlərlə nəfəri əldən verməklə geri çəkildi və Əli (əleyhissalam)-ın ordusu su yolunu tutdu.

Bu zaman Əli (əleyhissalam)-ın əshabı Həzrətə gəl biz də suyu Müaviyə ordusu üzünə balğlayaq deyə təklif etdikdə İmam Əli (əleyhissalam) buyrudu: «Yox qoyun sudan istifadə etməkdə azad olsunlar. Biz nadanların işini görməyəcəyik.»

Sizin vəzifəniz İslam və Qur`anı düşmənə anlatmaqdan ibarətdir ki, onları düz yola hidayət və də`vət edəsiniz. Əgər qəbul etdilər ki, heç, əks halda Allahın istəyi ilə qılıncla onlara layiqincə cavab verəcəyik.»

Müaviyə ordusu sudan istifadə etməkdə azad olduqlarını bildikdə su götürmək üçün dəstə dəstə Fərat çayına tərəf axışdılar!

Bəli İmam Əli (əleyhissalam) hətta bu cür vəziyyətdə belə mərdlik və ülvi məqamından çıxmırdı və çıxmadı da.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ
Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günü
İSRAİL REJİMİ VƏ ONUN ÇİRKİN NİYYƏTLƏRİ (1)
Ramazan ayında şərab içməyin cəzası
Dünya möminin zindanı, kafirinsə behiştidir
ALTINCI FƏSİL: MƏHDİLİK ƏQİDƏSI BARƏSİNDƏ YARANAN MANEƏLƏR VƏ XOŞAGƏLMƏZ ...
Niyə Şiələr namazları cəm edərək ( Zöhr,Əsr və Məğrib ,İşa) qılırlar?
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
Quranda burucdan məqsəd nədir?
ƏHLİ-HƏDİS (4)

 
user comment