Azəri
Wednesday 25th of December 2024
0
نفر 0

Nadan insanların xüsusiyyətləri

Nadan insanların xüsusiyyətləri

 

Əmirəl Möminin Həzrət Əli ibn Əbu Talibin Kumeylə tövsiyyələrindən bir parçası.

İmam Əli (ə) Kumeyl ibn Ziyada buyurmuşdur:

يا كُمَيْلُ! انَّ هذِهِ الْقُلُوبَ اوْعِيَةٌ، فَخَيْرُها اوْعاها، فَاحْفَظْ عَنى ما اقُولُ لَكَ، النَّاسُ ثَلاثَةٌ: فَعالِمٌ رَبَّانِىٌّ، وَ مُتَعَلِّمٌ عَلى‌ سَبيلِ نَجاةٍ، وَ هَمَجٌ رَعاعٌ اتْباعُ كُلِّ ناعِقٍ، يَميلُونَ مَعَ كُلِّ ريحٍ، لَمْ يَسْتَضيئُوا بِنُورِ الْعِلْمِ، وَ لَمْ يَلْجَئُوا الى‌ رُكْنٍ وَ ثيقٍ؛

“Ey Kumeyl! Bu qəlblər qablardır (elm, həqiqət və sirlərin qablarıdır) və onların (qəlblərin) ən yaxşısı daha yaxşı saxlayanıdır (ona tapşırılan şeyi daha yaxşı qoruyaraq yadda saxlayanıdır). Buna görə də, sənə dediklərimi yaxşı qoru: “İnsanlar üç qrupdurlar: 1. rəbbani və ilahi alim; 2. (cəhalət və nadanlıqdan) nicat tapmaq üçün elm axtaran və öyrənən şəxs; 3. hər carçının arxasınca (hər yola) gedən, hər küləklə əyilən, elm nurundan işıq götürməyən (nadanlıq zülmətində qalan), möhkəm sütuna (ağıl və elm sütunları üzərində dayanan haqq əqidəyə) sığınmayan zəif nadan və qanmazlar.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 147.)

Bu hədisin möhtəvası olduqca mühümdür; çünki onu dinləyən şəxsin dərketmə qabiliyyəti yüksək olduğu üçün, imam Əli (ə) kimi bir həkim və alimin sözləri də dərinmənalı olacaqdır. Bu hədisin dinləyicisi o həzrətin xas səhabəsi Kumeyl ibn Ziyad olduğundan, hədis də böyük əhəmiyyət kəsb edir. Həzrət buyurur:

يا كُمَيْلُ! انَّ هذِهِ الْقُلُوبَ اوْعِيَةٌ، فَخَيْرُها اوْعاها

“Ey Kumeyl! Bu qəlblər qablardır və qabların ən yaxşısı daha möhkəm və böyük tutumlu olanı və yaxşı saxlayanıdır.” Buna əsasən, ən yaxşı qəlb, ona tapşırılan elm, həqiqət və sirləri daha yaxşı qoruyaraq yadda saxlayandır.

Hədisin birinci cümləsi mühüm bir məsələni aşılayır: Allahın lütf və mərhəmət sifəti digər sifətləri kimi sonsuz olduğu halda, nə üçün insanların ondan bəhrəsi fərqlidir?

Bu sualın cavabı fərqli qabiliyyət və bacarıqlardan söz açan hədisin birinci cümləsinə diqqətlə nəzər yetirdikdə aydınlaşır. İnsanların Allahın lütf və mərhəmətindən bəhrələnmək və mərifət yığmaq üçün gətirdikləri qablar bir-birindən fərqləndiyindən, onların bəhrəsi də fərqlidir. Allahın rəhmət yağışı bütün torpaqlara yağdığı halda, torpaqların bəhrəsi bərabər deyil, hər torpaq öz qabiliyyət və genişliyi qədər ondan bəhrələnə bilir; şoranlıqla münbit torpağın yağmurdan bərhəsi fərqlidir. Demək, qüsur yağışda deyil, əksinə torpaqlardadır. Allahın lütf və mərhəmətindən bəhrələnmək məsələsində də, qüsur biz insanların bacarıq və tutumundadır. İmam Əli (ə) Kumeyl ibn Ziyadın diqqətini mühüm bir məsələyə yönəltdikdən sonra buyurur:

النَّاسُ ثَلاثَةٌ:

“İnsanlar üç qrupa bölünürlər” və bu üç qrupdan kənar deyil, yəni dördüncü qrup yoxdur. Odur ki, diqqətli olmalıyıq ki, hansı qrupdanıq:

  1. فَعالِمٌ رَبَّانِىٌّ – Birinci qrup insanların tərbiyəsi ilə məşğul olan, onları günəş tək elm nuru ilə işıqlandıran və doğru yola yönəldən ilahi alimlərdir. Bir güşəyə çəkilib, cəmiyyətdən kənarlaşan alim bura daxil deyildir. İlahi alimlər sırasına qoşularaq, peyğəmbərlərin məqamına söykənmək, doğrudan da, böyük bir fəxrdir!
  2. وَ مُتَعَلِّمٌ عَلى‌ سَبيلِ نَجاةٍ– İkinci qrup, alimlər qarşısında əyləşib onların elmindən bəhrələnən tələbələr və elm axtaranlardır. Birinci qrupla ikinci qrup arasındakı fərq ayla günəşin fərqi kimidir! Günəşin özü işıq istehsal edir, ay isə onun işığından bəhrələnərək onu əks etdirir. İkinci qrupda olan şəxslər də xoşbəxtdir və zəhmət çəkdikləri təqdirdə, birinci qrupa qoşula bilərlər.
  3. وَ هَمَجٌ رَعاعٌ – Üçüncü qrup, təəssüf ki, sayı az olmayan nadan və məqsədsiz şəxslərdir ki, özləri hidayət çırağı olmadıqları kimi, cəmiyyətin hidayət çıraqlarından da istifadə etmir və hətta buna maneçilik də törədirlər! İmam Əli (ə) qısa ifadə ilə kifayətlənən birinci və ikinci qrupun əksinə olaraq, üçüncü qrupun şərhi-halına başlayır və onların çöhrələrini tamamilə tanıtdırır. Elə bu məqsədlə, onların dörd xüsusiyyətini belə bəyan edir:

a) اتْباعُ كُلِّ ناعِقٍ – Nadan insanlar müstəqil fikrə malik deyil və hər bir səsin ardınca hərəkət edirlər. Bir gün bir qrupun, ertəsi gün isə başqa bir dəstənin bayrağını qaldırıraraq onların əleyhinə şüar verirlər! Belələrinin himayə və tərəfdarlıqları ilə öyünmək sadəlikdir; nə onların “eşq olsun” deməsi qüdrət səbəbidir, nə də “ölüm olsun” deməsi zəiflik və bədbəxtlikdir.

b) يَميلُونَ مَعَ كُلِّ ريحٍ – Düzü əyridən seçməyən, heç bir yolda sabitqədəm olmayan və qarşıya çıxan hər bir yolla hərəkət edən zəifiradəli insanlar da üçüncü qrupdan hesab edilirlər. Onlar ictimai tufanlar zamanı özlərini qorumağa qadir olmadıqları kimi, hər küləklə birgə bir tərəfə əyilir və hətta nəsim külək belə, onları yerindən qopararaq özü ilə sovurub aparır!

c) لَمْ يَسْتَضيئُوا بِنُورِ الْعِلْمِ – Hidayət edənlərin elm nurundan işıq götürməyən və nadanlıq zülmətində qalanlar da nadan və axmaqlar sırasındadırlar. Həqiqətdə, onların bədbəxtlik səbəbi məhz budur! Onlar qayğıkeş tərbiyəçilərin hadiyət çırağından bəhrələnmədikləri üçün zəifiradəli insanlardır; həm özləri cəmiyyətdə sərgərdan qalır, həm də digər insanlar üçün təhlükə sayılırlar.

d) وَ لَمْ يَلْجَئُوا الى‌ رُكْنٍ وَ ثيقٍ – Nadan insanlar möhkəm sütuna sığınmadıqları, ağıl və elm sütunları üzərində dayanan haqq əqidəyə sarılmadıqları üçün, azacıq nəsim küləklə yerindən tərpənir, anbaan dəyişilərək yeni rəngə boyanırlar.

İndi isə bir an özümüzlə xəlvətə çəkilərək təfəkkür barmağımızı alnımıza qoyaq və hansı qrupdan olduğumuz haqda düşünək. Əgər birinci və ikinci qrupdanıqsa, ona görə Allaha şükür etməli, yox, əgər üçüncü qrupundanıqsa, dərhal öz düşüncəmizi islah edək, yoxsa, sabah gecdir! (“İmam Əlidən (ə) 110 ibrət dərsi”, Ayətullah Məkarim Şirazi, 95-ci dərs.)

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Quranda burucdan məqsəd nədir?
ƏHLİ-HƏDİS (4)
100 hədis
Tərəzidə aldatma!
QƏTI SIFARIŞ
ALLAHIN RƏSULUNUN CANIŞINI
İBADƏT
İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ
Cəmiyyətdə imanı necə qoruyaq
Haramdan doğulan uşağın əlamətləri

 
user comment