Bir kişi həyat yoldaşına deyir ki, get həzrət Fatimənin (s) hüzuruna və ondan soruş ki, mən sizin şiələrinizdənəm?
Qadın həzrət Zəhranın (s) hüzuruna gəlir və sualını soruşur. Həzrət Fatimə (s) buyurur:
-Həyat yoldaşına de: Necə ki, göstəriş vermişdik yerinə yetirsən və necə ki, çəkindirmişdik çəkinsən bizim şiələrimizdənsən. Yox, əksinə olsa bizim şiəmiz deyilsən.
Qadın evə qayıdır və həzrət Zəhranın (s) buyurduğunu həyat yoldaşına danışır. Kişi həzrət Zəhranın (s) cavabını eşitdikdən sonra bərk narahat olur və fəryad çəkir:
-Vay olsun mənə! Axı necə mümkündür ki, insan günah və xətaya aludə olmasın? Buna görə mən həmişə cəhənnəm atəşində yanacam, çünki hər kim o həzrətin (s) şiələrindən olmasa həmişə cəhənnəmdə qalacaq.
Qadın bir daha həzrət Zəhranın (s) hüzuruna gedib həyat yoldaşının narahatlıqla dediklərini o həzrətə çatdırır.
Həzrət Fatimə (s) buyurur:
-Həyat yoldaşına de: Heç də onun fikirləşdiyi kimi deyil, bizim şiələr cənnət əhlinin ən yaxşılardır. Lakin hər kim bizi və dostlarımızı çox istəsə, düşmənlərimizin düşməni olsa, qəlbi və dili bizə təslim olsa, lakin əməldə bizimlə müxalifətçilik etsə, günaha batsa, düzdür bizim həqiqi şiələrimizdən sayılmır, amma eyni halda o da cənnətə daxil olar, yalnız günahlarından paklanandan sonra.
Bəli, belədir ki, dünya giriftarçılıqları, qiyamət səhnəsində işgəncələr və ya cəhənnəmin birinci mərtəbəsində mühakimə olunandan sonra pak olarlar və bizə xatir cəhənnəm odundan nicat taparlar, bizim rəhmətimizin sayəsində behişt mənzili alarlar.”