Peyğəmbərin (s) spesifik xüsusiyyətləri onun çağırışının doğru olmasına sübutdur
Sual : Quranda risalət məqamından əlavə, Peyğəmbərin (s) hansı xüsusiyyət və nişanələri xatırlanmışdır?
Qısa cavab:
Ətraflı cavab: Bu sualın cavabı "Əraf" surəsinin 157-ci ayəsində bildirilmişdir.
الَّذِینَ یَتَّبِعُونَ الرَّسُولَ النَّبىَِّ الْاُمِّىَّ الَّذِى یجَدُونَهُ مَکْتُوبًا عِندَهُمْ فىِ التَّوْرَیهِ وَ الْانجِیلِ یَاْمُرُهُم بِالْمَعْرُوفِ وَ یَنهْیهُمْ عَنِ الْمُنکَرِ وَ یحُلُّ لَهُمُ الطَّیِّبَاتِ وَ یحُرِّمُ عَلَیْهِمُ الْخَبَیثَ وَ یَضَعُ عَنْهُمْ اِصْرَهُمْ وَ الْاَغْلَالَ الَّتىِ کاَنَتْ عَلَیْهِمْ فَالَّذِینَ ءَامَنُواْ بِهِ وَ عَزَّرُوهُ وَ نَصَرُوهُ وَ اتَّبَعُواْ النُّورَ الَّذِى اُنزِلَ مَعَهُ اُوْلَیکَ هُمُ الْمُفْلِحُونَ
"O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə, ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar həmin nicat tapanlardır!"
Beləliklə, Peyğəmbər (s) üçün risalət məqamından başqa, altı xüsusiyyət sadalanmışdır:
1. “Nəbi” (dəvət və təbliğ etməyə vəzifəli olmasa belə) ilahi xəbərləri bəyan edən və ona vəhy nazil olan kəsə deyilir. Amma “Rəsul” nübüvvət məqamından əlavə, Allaha tərəf təbliğ və dəvətlə vəzifələndirilmiş və bu yolda davamlılıq göstərən şəxsdir. Həqiqətdə, risalət məqamı nübüvvət məqamından daha üstün bir məqamdır. Beləliklə, risalət sözündə nübüvvət mənası da vardır və ayə Peyğəmbərin (s) xüsusiyyətlərini şərh və bəyan etdiyi üçün, hər iki sözü müstəqil şəkildə xatırlatmışdır. Həqiqətdə, “rəsul” sözünün mənasında olan bütün şeylər onun xüsusiyyəti kimi qeyd edilmişdir.
2. Peyğəmbər (s) dərs oxumamış, cəmiyyətin arasından çıxmış və əsil tövhid məkanı olan Ümmül-Qurada (Məkkədə) parlamışdır. Ana və ya ümmət (cəmiyyət) sözlərinin kökündən götürülmüş "ümm" sözünün təfsiri barədə təfsirçilər arasında fikir ayrılığı vardır. Bəziləri bu sözün mənasını "dərs oxumamış" olaraq qəbul edir, yəni Peyğəmbər (s) dünyaya gələndən ömrünün sonuna qədər heç bir müəllimdən dərs almamışdır. Bəziləri "ümmi" sözünü "varlı və zalım şəxslərin deyil, bu ümmət və cəmiyyətin arasından çıxan kəs" mənasında təfsir etmişdir. Digərləri də Məkkə "Ümmül-Qura" adlandığı üçün, onun "məkkəli" mənasında olduğunu düşünmüşlər. (1).
Müxtəlif hədis mənbələrində qeyd edilmiş islami rəvayətlərdə də bəziləri "ümmi" sözünü "dərs oxumamış" və bir qrup da "məkkəli" mənasında təfsir etmişlər. Əlbəttə, "ümmi" sözünün hər üç məfhuma işarə etməsində heç bir problem yoxdur və bir sözün müxtəlif mənalarda işlənməsi mümkündür. Eyni zamanda qədim ərəb qrammatikasında (ədəbiyyatında) da bu mövzu ilə bağlı şahidlər vardır.
3. Peyğəmbərin (s) sifət, nişanə və haqq olmasının dəlillərini Tövrat və İncil kimi əvvəlki asimani kitablarda müşahidə edirdilər.
(الَّذی یَجِدُونَهُ مَکْتُوباً عِنْدَهُمْ فِی التَّوْراهِ وَ الاِنْجیلِ).
4. O, elə bir peyğəmbərdir ki, onun dəvətinin möhtəvası əqli hökmlərlə tamamilə uyğundur. Peyğəmbər (s) yaxşı işlərə, əqlin nəzərində bilinən yaxşı əməllərə dəvət edir və əqlin pis hesab etdiyi bütün pis və çirkin işlərdən çəkindirir.
(یَاْمُرُهُمْ بِالْمَعْرُوفِ وَ یَنْهاهُمْ عَنِ الْمُنْکَرِ).
5. Peyğəmbərin (s) dəvətinin möhtəvası sağlam fitrətlə də həmahəng və uyğundur. O, sağlam fitrətin qəbul etdiyi şeyləri halal və çirkin və nifrətəlayiq hesab etdiyi şeyləri də haram hesab edir.
(وَ یُحِلُّ لَهُمُ الطَّیِّباتِ وَ یُحَرِّمُ عَلَیْهِمُ الْخَبایِثَ).
6. O, yalançı peyğəmbərlik iddiası edərək hədəfləri insan qruplarını istismar etmək olan kəslərdən deyil. Onların (insanların) çiyninə hansısa bir yükü qoymaq üçün deyil, əksinə çiyinlərindəki yüklərini aradan qaldırmaq, əl və ayaqlarına vurulmuş zəncirləri açmaq üçün gəlmişdir (göndərilmişdir).
Sadalanan bu altı xüsusiyyət və risalət məqamı birlikdə yeddi xüsusiyyəti təşkil edir və o həzrətin dəvətinin haqq olmasına aydın bir nişanə və aşkar dəlil olmaqla yanaşı, həmin məsələyə bunları əlavə edir:
فَالَّذینَ آمَنُوا بِهِ وَ عَزَّرُوهُ وَ نَصَرُوهُ وَ اتَّبَعُوا النُّورَ الَّذی اُنْزِلَ مَعَهُ اُولیِکَ هُمُ الْمُفْلِحُونَ».(3)
"Ona iman gətirən, məqamını böyük hesab edən, ona risalətin təbliğində yardım edən və ona nazil olunan nura (Qurana) tabe olan kəslər – şübhəsiz, onlar nicat tapanlardır."