Böyük təqlid mərcələri bütün dünyada müsəlmanların Fələstin amallarının müdafiəsi üçün Fələstin xalqının, saxta və uşaqöldürən sionist rejim üzərində qələbəsində iştirakını zəruri adlandırıblar.
Həzrətlər Ayətullahuluzma Abdullah Cəvadi Amoli, Ayətullahuluzma Nasir Məkarim Şirazi, Ayətullahuluzma Hoseyn Nuri Həmədani, Ayətullahuluzma Cəfər Sobhani, Ayətullahuluzma Seyid Mohəmməd Əli Ələvi Qorqani öz müraciətlərində xalqın Ümumdünya Qüds günü yürüşündə geniş iştirakının vacibliyini vurğulayaraq, bütün dünya müsəlmanlarını keçmişdəkindən daha geniş şəkildə Ümumdünya Qüds günü yürüşündə iştiraka çağırıblar.
Böyük təqlid mərcələri xalqın Ümumdünya Qüds günü yürüşündə geniş iştirakını vurğulayaraq, bildiriblər ki, sionist rejim yetmiş ildən çox bir müddətdə müsəlmanların ilk qibləsini işğal etmiş bir xərçəng şişidir.
Mübarək Ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə Ümumdünya Qüds günü adlandırılıb.
Ümumdünya Qüds günü yürüşü sabah, iyunun səkkizində, həmçinin 1439-cu hicri qəməri ili ramazan ayının 23-də İranla yanaşı digər ölkələrdə də keçiriləcək.