Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Həzrət Adəmin övladları, kimlə evləndilər?

Habil kiminlə evləndi? Onlardan sonra insan nəsli necə artdı?
Qısa cavab

Həzrət Adəmin (ə) övladlarının evlənməsi barəsində, İslam alimləri arasında iki nəzəriyyə vardır:

 

1.             O zamanlar bacıyla qardaşın evlənməsinin haram olması Allah tərəfindən qərar verilməmişdi; çünki bəşər nəslinin qalması üçün başqa bir yol yox idi, bunun üçün də onlar bir- biriylə evləndilər.

 

2.             Başqa bir nəzəriyyə bundan ibarətdir ki, öz yaxınlarıyla bir insanın evlənməsi xoşa gəlməz bir iş olduğu üçün, Həzrət Adəmin(ə) övladlarının evlənməsi mümkün deyil və Adəmin (ə avladları yer üzündə olan başqa bir nicatdan olan nəsillə evləndilər. Sonralar ki, onların övladları bir- biriylə əmi uşağı oldular bundan sonra o övladların evlənməsiylə insan nəsli artmağa başladı.

 

Bu iki nəzəriyyədən birincisini Əllamə Təba- təbai (rəh) Əlmizan təfsirinin müəllifi təyid edir.

 

Ətreaflı cavab

Bu sual keçmiş zamanlardan insanların zehnində yaramışdır ki, həzrət Adəmin övladları kimlərlə evlənmişdir? Aya bunlar öz bacılarıyla evlənmişdirlərmi? Aya onlar mələk və ya cin cinsindən olan bir tayfayla evlənmişdirlərmi? Aya onlar başqa insanlarla evlənmişdirlərmi? Əgər öz bacılarıyla evlənmişdirlərsə, bacıyla qardaşın evlənməsinin haram olmasını nəzərə alaraq ki, bütün dinlərdə bu cür hesab olunur, necə bu cür evliliyi qəbul etmək olar?

 

İslam alimləri arasında bu mövzuda iki nəzəriyyə vardır və hər birinin də özləri üçün dəlilləri vardır ki, Qurandan və ya rəvayətlərdən istifadə etmişdirlər.

 

Biz burada bu iki nəzəriyəni qısa olaraq açıqlayırıq:

 

1. Onlar öz bacılarıyla evlənmişdirlər. O zamanlar Allah tərəfindən bacıyla qardaşın evlənməsinin haram olması hələ də qərar verilməmişdir, başqa bir tərəfdən isə bəşər nəslinin qalması üçün bundan başqa bir yol yox idi, bəs onlar bir- biriylə evlənmişdirlər; çünki qanun qoymaq haqqı Allah tərəfindəndir, o cür ki, Quran buyurur: " ان‌ الحکم‌ الاّ لله" hökm yalnız Allaha aiddir.[1]

 

Əllamə Təba Təbai (rəh) bu mövzuda buyurur: "Adəm və Həvvanın yaranmasından sonra ilk evlilik; yəni Adəm övladlarının bacıyla- qardaşın evlənməsidir ki, həzrət Adəmin qızları qardaşlarıyla həyat qurdular; çünki o zaman insan nəslinin davamı yalnız onlara bağlı idi...

 

Bunun üçün də heç bir eybi yoxdur (baxmayaraq ki, bizim dövrümüzdə təəccüblüdür) bu məsələnin şəri məsələ olduğu üçün, yalnız bu məsələni Allahın işi olduğunu da qəbul etmək lazımdır. Çünki o dur bir gün bir işi halal və başqa bir gün isə o işi haram etsin.[2]

 

Nümunə təfsirinin müəllifinin nəzərinə görə bu nəzəriyyə çox təəccüblü deyildir: "Eybi yoxdur müvəqqəti olaraq və lazım olduğu bir zamanda bir dəstə insanlar üçün bu cür izdivaclar o zamanlarda mənüəsiz olsun və sonralar başqaları üçün əbədi haram olsun".[3]

 

Bu nəzəriyyənin tərəfdarları, Quran ayələrindən özləri üçün dəlillər də gətirirlər ki, Allah- Taala bu cür buyrmuşdur: Onların ikisindən (Adəm və Həvva) yer üzündə çoxlu kişi və qadınlar yaratmışdır".[4]

 

Bundan əlavə o rəvayətlərdə ki, mərhum Tərərsi "Eytiyac kitabında İmam Səccad (ə) rəvayət edir bu mətləbi təyid etmişdir.[5]

 

Başqa bir nəzəriyyə bundan ibarətdir ki, çünki Adəmin övladları bir- biriylə evlənməsi mümkün deyildir; bunun üçün də yaxınlarla (bacıyla) evlənmək bəyənilməz bir iş və şəri cəhətdən haramdır. Adəmin övladları başqa bəşər cinsi və əvvəlki nəsillərdən ki, yer üzündə qalmışdılar, onlarla evləndilər. Sonralar ki, onların övladları əmi uşağı oldular, onlar bir- biriylə evləndilər. Bu nəzəriyyəni də bəzi rəvayətlər təyid edir; çünki Adəm nəsli yer üzündəki ilk insan nəsli hesab olunmur, bəlkə onlardan əvvəl də yer üzündə insanlar yaşamışdır. Amma bu nəzəriyyə Quran nəzəriyyəsi ilə uyğun gəlmir; çünki Quran ayəsi insan nəslinin artmasına yalnız bu iki nəfər vasitəsiylə olmasını bildirir. Bəs bu cür rəvayətlər Quranın əksinə olan nəzəriyyəni bildirir bunun üçün də biz bu cür rəvayətləri qəbul etməyə ixtiyarımız yoxdur.

 

Bu dəlillərdən nəticə alırıq ki, ,Habil və Qabilin mələk və cin cinsindən olan qdınlarla evlənmələri nəzəriyyəsi batil və qəbul edilməzdir; çünki ayə bunu bildirir ki, bəşər nəsli yalnız bu iki nəfər (Adəm və Həvva) vasitəsiylə yaranmışdır.[6] Əgər bu iki nəfərdən başqalarının da bu işdə rolu olsaydı, lazım idi ki, buyursun: Bu iki nəfər və başqaları vasitəsiylə...

 

Əllamə Təbatəbai bu mövzuda buyurur: "İnsan nəsli yalnız Adəm və Həvva vasitəsiylə olmuşdur. Bu iki nəfərdən başqa heç bir şəxsin insan nəslinin artmasında rolu olmamışdır".[7]

 

Bunun üçün də, biz o rəvayətləri qəbul etməliyik ki, Quran ayələriylə uyğun olsun ki, birinci nəzəriyyəni təyid edir.

 



[1] - Yusif surəsi, ayə 40.

[2] - Əl- mizanın tərcüməsi, cild 4, səh 216

[3] - Bax: Nümunə təfsiri, cild 3, səh 274.

[4] - Nisa surəsi, ayə 1

 

"وبث‌ منهما رجالاً کثیراً و نساءاً".

 

[5] - Əl- ehticac, cild 2, səh 314.

 

[6] - Nisa surəsi, ayə 1

 

"وبث‌ منهما رجالاً کثیراً و نساءاً".

 

[7] - Əl- mizanın tərcüməsi, cild 4, səh 216.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment