Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Həsrət eviynən həsrət gününün fərqi nədir?

Həsrət eviynən həsrət gününün fərqi nədir?
Həsrət günüylə həsrət evinin fərqi bu iki kəmlənin fərqi lüğət cəhətdən müşəxxəsdir. İstəyirdim bu iki mərhələnin gedişatı haqda biləm ki, nə cür olur?
Qısa cavab

Quranda və rəvayətlərdə "həsrət evi" ifadəsi gəlməyibdir. Təkcə "həsrət günü" ibarəti (həsrət əldən çıxmış şeylər üçün təəssüflənmə günü mənasına işlənibdir). Quranda bir dəfə rəvayətlərdə isə çox istifadə olunubdur. Quranda və rəvayətlərdə "həsrət günündən" məqsəd qiyamət günüdür çünki Qiyamət günündə cənnət əhli həsrət çəkəcəklər ki, bundanda yaxşı olub yüksək dərəcələrə çata bilərdilər. cəhənnəm əhlidə həsrət çəkəcəklər ki, ey kaş günahkar və cəhənnəmlik olmayaydılar.

 

Ətreaflı cavab

Qurani kərimdə Qiyamətdən və insanın əsil mənzilindən müxtəlif adlarla yad olubdur. Əlvaqiə, Ərracifəh, Yəvmun- nədm, Yəvmun- numur, Yəvmul- həqq, Yəvmul- məsələh, Yəvmul- hesab, Yəvmul- müsahibəh, Yəvmut- təlaq və Yəvmul- həsrət Quranda qiyamət üçün zikr olan adlardır.

 

Həsrətin mənası:

 

Həsrətin əsil mənası aşkar olmaq və kəşf olmaqdır.[1] Deyilibdir çünki qiyamətdə həqiqətlər və sirlər aşkar olar (bir gün ki, adamın batini sirləri aşkar olar)[2] onu həsrət günü adlandırıblar.[3]

 

Həsrət başqa mənalarda da işlənibdir o cümlədən "peşman" mənasına (əldən çıxmış şeyə görə ki, qaytarmaq mümkün deyil) çünki həqiqətlərin aşkara çıxmağı nəticəsində insan şiddətli dərəcədə peşman olur buna görə bu günü həsrət günü adlandırıblar. Həsrətin bu mənada işlənməsi məcazidir. Habelə deyilibdir ki, həsrət "hərəkətdən qalmaq" mənasına da işlənibdir. Bu sözə əsasən adam qiyamətdə hərəkətdən dayanır daha əməl edə bilmir və işi bir dəfəlik olur. Quran təbiriylə "o gündə hər şey sona çatır"[4] və keçmişi düzəltmək olmur, ona görə qiyaməti həsrət günü adlandırıblar. Habelə "heyran olmaq" mənasına da gəlibdir qiyaməti həsrət günü adlandırıblar çünki, bəşər o gün gördüyü təzə və təəccüblü səhnələrə görə heyran qalar. "Həsrət evi" ibarəti əsil dini mətnlərdə istər Quran ayələrində istərsə də rəvayətlərdə gəlməyibdir. Amma "həsrət günü" ibarəti həm Quranda gəlibdir həm də rəvayətlərdə.

 

Quranda oxuyuruq: "Ey bizim elçimiz ümməti qəm və həsrət günündən qorxud ki, o gündə bütün şeylər sona çatacaq və camaat o gündən bərk xəbərsizdirlər və o günə iman gətirmirlər".[5]

 

Əllamə Təbatəbai bu ayənin təfsirində buyurur: Ayənin siyaqından (düzümündən) başa düşülür ki, onların həsrət çəkməyinə səbəb budur ki, iş sona çatıbdır dünyadakı əməllərinin nəticəsindən xəbərdar olurlar və zərər etiklərini bilirlər, ələ gətirə bildiklərini əldən veriblər, ayənin davamında buyurur: Bu zərər və ziyanın səbəbi dünyada qafil və xəbərsiz olmaqlardır.[6] Həsrət günü bir gündür ki, camaat Allahın itaətində səhlənkarlıq etdiklərinə görə həsrət çəkərlər.[7] Həzrəti Əmirəl- möminin (ə) buyurur: "Ey qafil və xəbərsiz insan ki, ömrü onun ziddinə və əleyhinə dəlildir və rüzgarı onu bədbəxtliyə çəkib aparır".[8]

 

Qeyd olunan ayənin təfsirində ki, gözəl rəvayət həm şiə həm də sünnü mənbələrində az ixtilafla nəql olubdur ki, Məsum (ə) gözəl misal vurmaqla ayənin təfsirini bəyan edir.

 

İmam Sadiq (ə)- dan bu ayənin təfsirini doruşdular. İmam (ə) buyurdu: "Cənnət əhli cənnətdə cəhənnəm əhli cəhənnəmdə yerlərini tutandan sonra, Allah tərəfindən carçı səslənər: Ey cənnət əhli və cəhənnəm əhli! Bilirsiniz ölüm hansı şəkildə olur? Cavab verərlər xeyir. Ölüm cənnətlə cəhənnəm arasında dayanan kül rəngli qoç kimidir.

 

Sonra hamını çağırarlar yaxınlaşıb ölümə baxın. Yaxınlaşarlar. Sonra Allahın fərmanıyla heyvanı kəsib deyərlər: Ey cənnət əhli həmişəlik cənətdə qalacaqsınız və ölüm yoxdur və ey cəhənnəm əhli həmişəlik cəhənnəmliksiniz və ölüm yoxdur". Sonra İmam (ə) əlavə etdi: Bu Allahın bəyanının mənasıdır ki, buyurub: "Onları həsrət günündən qorxud, o vaxtda ki, hər şey sona çatar onlar qəflətdədirlər və iman gətirmirlər". Yəni cənnət əhlinin işi cənnətdə əbədi qalmaqla, cəhənnəm əhlinin işi cəhənnəmdə əbədi qalmaqla bir dəfəlik olar".[9] Bəzi mənbələrdə hədisin davamında gəlibdir: "Cənnət əhli o cür sevinərlər ki, əgər öləsi olsaydılar sevincdən ölərdilər. Cəhənnəm əhli elə fəryad çəkərlər ki, əgər öləsi olsaydılar narahatçılıqdan can tapşırardılar".[10]

 

Bəli o dünyadan həm günahkarlar həsrət çəkərlər ki, nə üçün yaxşı işlər etmədik həm də yaxşı insanlar həsrət çəkərlər ey kaş! Çox yaxşı və bəyənilmiş işlər görərdik. Cənnət əhli hər anda ki, Allahı yad etməyiblər təəssüf edib və özlərini danlayacaqlar.[11]

 

Allahın Rəsulu buyurur: İki nəfər qiyamətdə hamıdan artıq həstət çəkəcəklər; biri o adamdır ki, dünyada elm dalınca gedə bilərdi amma getməyib, ikinci o adamdır ki, elmi başqasına öyrədib örgənən elmdən bəhrələnib amma müəllim öz elmindən bəhrələnməyib".[12]

 

Bəli dünyada tənbəllik axirətdə həsrətə səbəb olar.[13]

 



[1] - Əl- eyn, cild 3, səh 134 və lisanul- ərəb, cild 4, səh 189.

 

[2] - Əttariq surəsi, ayə 9.

 

[3] - Rovəzul- cinan və Ruhul- cinan, cild 13, səh 83.

 

[4] - Məryəm surəsi, ayə 39.

 

[5] - Məryəm surəsi, ayə 39,  

 

«وَ أَنْذِرْهُمْ یَوْمَ الْحَسْرَةِ إِذْ قُضِیَ الْأَمْرُ وَ هُمْ فی غَفْلَةٍ وَ هُمْ لا یُؤْمِنُون»

 

[6] - Əl- mizan, cild 14, səh 51.

 

[7] - Əttibyan, cild 7, səh 127.

 

[8] - Nəhcül- bəlağə feyzu- İslam, xütbə 63, səh 153.

 

[9] - Biharul- ənvar, cild 8, səh 346, həmin rəvayətə oxşar səhih Buxaridə cild 5 236 və habelə başqa şiə və sünnü mənbələri.

 

[10] - Biharul- ənvar, cild 8, səh 345.

 

[11] - Kənzul- ümmal, cild 1, səh 1806.

 

[12] - Nəhcül- bəlağə, cild 1, səh 245.

 

[13] - Ğorərul- hikəm, h 10626.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment