Azəri
Saturday 11th of January 2025
0
نفر 0

Allahın gözlə görünə bilmədiyini nəzərə alsaq “Mütəffifin” surəsində deyilən “ən Rəbbihim ləməhcubunə – Rəbbindən hicab arxasındadırlar” dedikdə məqsəd nədir?

Allahı gözlə görməyin mümkün olmadığını nəzərə almaqla “Mütəffifin” surəsinin 15-ci ayəsində deyilən کَلَّا إِنَّهُمْ عَن رَّبِّهِمْ یَوْمَئِذٍ لَّمَحْجُوبُونَ “xeyr, həqiqətən onlar o gün (qiyamət günü) Rəbbindən hicab arxasındadırlar” cümləsini necə izah etmək olar?

Qısa cavab

Hicab kəlməsinin mütləq maddi mənada işlənməsinin lüzumu yoxdur. Çünki əqli və nəqli dəlillərə əsasən, Allah maddi varlıq deyildir.[1] Buna görə də yuxarıdakı ayədə işlənən hicab kəlməsi maddi məna daşımır. Necə ki, sair ayələrdə də işlənən hicab kəlməsindən maddi şeylər nəzərdə tutulmur:

وَ إِذَا قَرَأْتَ الْقُرْءَانَ جَعَلْنَا بَیْنَکَ وَ بَینْ َ الَّذِینَ لَا یُؤْمِنُونَ بِالاَخِرَةِ حِجَابًا مَّسْتُورًا

“Sən Quran tilavət etdiyin zaman səninlə axirətə iman gətirməyənlərin arasında görünməz hicab qərar veririk.”[2]

Sualda qeyd olunan ayədə də müfəssirlər “məhcub” kəlməsini “məhrum” kimi təfsir etmişlər.[3] Yəni onlar Allahın rəhmətindən, kəramətindən, ehsanından, Pərvərdigarın qürb məqamından məhrum olacaqlar.”[4] Deməli, ondan maddi məna çıxarılmamalıdır.

Nəticədə ayənin tərcüməsi belə olur: “Xeyr, (onların təsəvvür etdikləri kimi deyildir) onlar həmin gündə Pərvərdigarlarının (rəhmət və kərəm) nəzərlərindən məhrum olacaqlar.”[5]

 

[1] Bu barədə əlavə məlumat almaq üçün bax: sual 1286 (sayt 1330), sual 2217 (sayt 2359)

[2] “İsra” surəsi, ayə: 45

[3] Əlavə məlumat üçün bax: sual 6838 (sayt 6928)

[4] Təbərsi, Fəzl ibni Həsən, “Məcməul-bəyan fi təfsiril-Quran”, 10-cu cild, səh. 689, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 1372-ci şəmsi il; Hüseyni Həmədani, Seyid Məhəmməd Hüseyn, “Ənvari derəxşan”, 18-ci cild, səh. 44, “Lütfi” kitab mağazasının nəşriyyatı, Tehran, birinci çap, 1404-cü qəməri il; Məkarim Şirazi, Nasir, "Təfsiri nümunə", 26-cı cild, səh. 263, “Darul-kutubil-islamiyyə”, Tehran, birinci çap, 1374-cü şəmsi il

[5] “Mütəffifin ” surəsi, ayə: 15, İlahi Qumşeinin (rəhmətullahi əleyh) tərcüməsi

Ətreaflı cavab

Бу суалын изаһлы ҹавабы јохдур.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2
Sual 80:Dini rəhbərlik və onun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
QÜSLÜN HÖKÜMLƏRİ
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini ...
İnterntdə kibersport oynayıb pul udmaq olarmı?

 
user comment