Azəri
Thursday 18th of July 2024
0
نفر 0

“Tövbə” surəsinin 43-cü və ya “Təhrim” surənin 1-ci ayəsi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in ismətsiz olduğuna (hər növ günah və xatadan uzaq olmamasına) dəlalət edirmi?

“Tövbə” surəsinin 43-cü ayəsində buyurulur: عَفَا اللَّهُ عَنْكَ لِمَ أَذِنْتَ لَهُمْ حَتَّى يَتَبَيَّنَ لَكَ الَّذينَ صَدَقُوا وَ تَعْلَمَ الْكاذِبينَ “Allah səni bağışlasın! Nə üçün onlara izn vermişsən ki, düz deyənlər sənə aydın olsun və yalançıları tanıyasan?!” “Təhrim” surəsinin 1-ci ayəsində isə buyurulur: يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ “Ey Peyğəmbər! Nə üçün həyat yoldaşlarının razılığını əldə etmək üçün Allahın halal etdiyi şeyləri (özünə) haram edirsən?! Allah bağışlayan və mərhəmətlidir.” Lütfən, bu iki ayənin təfsirini bəyan edin. Vəhhabilər bu iki ayəyə istinad edərək deyirlər ki, İslam Peyğəmbəri günah və xətalar qarşısında ismətli deyildir və yalnız ilahi vəzifəsini təbliğ etmək məqamında məsumdur. Çünki birinci ayə buna dəlalət edir ki, o həzrət günah iş görmüşdür; ikinci ayə də buna dəlalət edir ki, k Peyğəmbər öz arvadlarının istəyinə tabe olaraq Allahın halalını haram etmişdir!
Qısa cavab

“Tövbə” surəsinin 43-cü ayəsinin izahında ətraflı cavabda qeyd olunanları mütaliə edin. “Təhrim” surəsinin 1-ci ayəsində də  şəri təhrim (qadağa) yoxdur. “Nə üçün özünə haram edirsən” cümləsi məzəmmət məqamında deyil, əksinə Peyğəmbərə qarşı bir növ şəfqət və ürəyiyananlıqdır. Çünki o, and içməklə özünü həmin nemətdən və halal işdən məhrum etmişdi. Halbuki, həyat yoldaşının razılığını qazanmaq məqsədi ilə özünü bəzi halal və caiz işlərdən məhrum edərək özünü çətinliyə salmasının lüzumu yoxdur. Bu misaldakı kimi: Bir nəfər həddindən artıq əzab-əziyyətlə qazanc əldə etmək istəyir, amma özü ondan çox da bəhrələnmir. Biz belə adama deyirik ki, nə üçün özünə bu qədər əzab-əziyyət verirsən, halbuki bu əziyyətlərin nəticəsindən bəhrələnmirsən?!

Ətreaflı cavab

“Təhrim” surəsinin 1-ci ayəsinin şəni-nüzulu və təfsiri:

“Ey Peyğəmbər! Nə üçün həyat yoldaşlarının razılığını əldə etmək üçün Allahın halal etdiyi şeyləri (özünə) haram edirsən?! Allah bağışlayan və mərhəmətlidir.”

Bu ayənin şəni-nüzulu barəsində münasib və məşhur nəql budur ki, Peyğəmbəri-əkrəm (Cəhişin qızı) Zeynəb adlı həyat yoldaşının yanına gedəndə, əvvəlcədən hazırladığı balı o həzrətə verirdi. Bu xəbər Aişəyə çatanda çox narahat oldu. Onun özü deyir: Mən və Həfsə (Peyğəmbərin arvadlarının birinin adıdır) qərara gəldik ki, hər vaxt Peyğəmbər bizim yanımıza gəlsə, dərhal “səmğ,[1] məğafir[2] yemişsən?!” - deyə soruşaq. Peyğəmbər həmişə çalışırdı ki, onun ağzından və ya paltarından heç vaxt xoşagəlməz iy gəlməsin və həmişə israr edirdi ki, ətirli olsun. O həzrət  bir gün Həfsənin yanına gələndə o, həmin sözü Peyğəmbərə dedi, həzrət buyurdu: “Mən məğafir yeməmişəm; Zeynəbin evində bal yemişəm. And içirəm ki, bir daha o baldan yeməyəm (çünki arının o balı xoşagəlməz iyi olan bir bitkidən sorması və ehtimal üzrə məğafirin üstündə oturması mümkün idi). Amma bu sözü bir kəsə demə! (Camaatın qulağına çatar və “nə üçün Peyğəmbər halal bir şeyi özünə haram etmişdir?” deyələr, yaxud Peyğəmbərin bu və buna oxşar hallardakı işinə tabe olarlar, yaxud da Zeynəbin qulağına çatar və ürəyi sınar.)

Lakin Həfsə bu sözü faş etdi və sonradan məlum oldu ki, bu hadisənin özü həzrət Peyğəmbərə qarşı məkr imiş. Peyğəmbər bu işdən çox narahat oldu. Bundan sonra yuxarıdakı ayələr nazil olaraq hadisəyə elə son qoydu ki, artıq belə işlər o həzrətin evində bir daha  təkrar olunmasın.[3]

Şübhəsiz, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) kimi böyük və alicənab insan təkcə özünə aid deyil, bütün islam dünyasına və bəşəriyyət aləminə aiddir. Əgər evinin içində onun əleyhinə məkrli tədbir görülərsə, zahirdə kiçik bir iş olsa da belə, onu görməməzliyə vurmaq olmaz. Çünki onun abır-heysiyyəti bəzilərinin əlində oyun-oyuncaq olmamalıdır. Əgər belə hadisə baş verərsə, onunla ciddi şəkildə qarşılaşmaq lazımdır.

Yuxarıdakı ayə belə bir hadisə ilə əlaqədar və Peyğəmbərin abır-heysiyyətini qorumaq üçün böyük Allah tərəfindən o qadınlara qarşı rəva görülən sərt bir rəftardır. Buna görə də bu şərif ayədəki qadağa şəri qadağa deyil, sonrakı ayələrdən məlum olduğu kimi, Peyğəmbərin and içməyinə aid idi. Bildiyimiz kimi, bəzi mübah işlərin tərk edilməsinə dair and içməyin heç bir günahı yoxdur. Odur ki, “nə üçün haram edirsən” cümləsi məzəmmət məqamında deyil, Peyğəmbərə qarşı bir növ şəfqət və ürəyiyananlıqdır. Yəni, ey Peyğəmbər! Nə üçün arvadlarının razılığını cəlb etmək üçün and içərək   özünü Allahın halal buyurduğu işlərdən və nemətlərdən məhrum edir, bəzi caiz və halal işləri tərk edərək özünü çətinliyə salırsan?! Bu misaldakı kimi: Bir nəfər həddindən artıq əzab-əziyyətlə qazanc əldə etmək istəyir, amma özü ondan çox da bəhrələnmir. Biz belə adama deyirik ki, nəticəsindən bəhrələnmədiyin halda nə üçün özünə bu qədər əzab-əziyyət verirsən?!

Ayənin axırındakı əfv və rəhmət də bu hadisəyə səbəbkar olan qadınlara aiddir. Ayədə buyurulur ki, əgər (Ayişə və Həfsə) həqiqi mənada tövbə etsələr, Allah tərəfindən olan bu əfv və rəhmətə nail olacaqlar. Yaxud da buna işarə edilir ki, daha yaxşı olardı ki, Peyğəmbər belə and içməz və ehtimal üzrə o həzrətin bəzi həyat yoldaşlarının ona qarşı hörmətsizliyə cürətlənmələrinə səbəb olmazdı.[4]

“Tövbə” surəsinin 43-cü ayəsinin izahında aşağıdakı görünüşlərə müraciət edə bilərsiniz:

1. “Quranda peyğəmbərlərin isməti”, sual 129 (sayt 1069)

2. “Quran nəzərindən peyğəmbərlərin isməti”, sual 8596 (sayt: az8565)

3. “Peyğəmbərimizin (səlləllahu əleyhi və alih) isməti və tərki-övla”, sual 1857 (sayt 1973)

4. “Peyğəmbərlərin isməti”, sual 7564 (sayt 8522)

 


[1] Ağacdan axan və budağın, yaxud kökün üstündə quruyan şirəyə deyilir. (İbni Mənzur, Məhəmməd ibni Mükrəm, “Lisanul-ərəb”, 8-ci cild, səh. 441, “Darus-sadir”, Beyrut, 3-cü çap, 1414-cü qəməri il; Məhyar, Rza, “Əbcəd – fars-ərəb lüğəti”, səh. 559, bi. ta, bi.ca

[2] Məğafir – Hicazda bitən ürfüt adlı ağacdan çıxan və xoşagəlməz iyi olan mayedir (şirədir).

[3] Bəğəvi (Möhyis-sünnə), Əbu Məhəmməd Hüseyn ibni Məsud, “Məalimut-tənzil fi təfsiril-Quran” (“Təfsiri Bəğəvi”), 5-ci cild, səh. 116 4-cü çap, 1417-ci qəməri il; Ənsari Xəzrəci (Şəmsəddin Qurtəbi), Əbu Əbdillah Məhəmməd ibni Əhməd, “Əl-camiu liəhkamil-Quran” (Qurtəbinin təfsiri), 18-ci cild, səh. 177, “Darul-kutubil-Misriyyə”, Qahirə, 2-ci çap, 1384-cü qəməri il; Fəxrəddin Razi, Əbu Əbdillah Məhəmməd ibni Ömər, “Məfatihul-ğeyb”, 30-cu cild, səh. 568, “Daru ehyait-turasil-ərəbi”, Beyrut, 3-cü çap, 1420-ci qəməri il; “Səhihi Buxarı”, 6-cı cild, səh. 194 – Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”dən nəqlən: 24-cü cild, səh. 271-272, “Darul-kutubil-islamiyyə”, Tehran, 1-ci çap, 1374-cü şəmsi il

[4] “Təfsiri-nümunə”, 24-cü cild, səh. 272-273; Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, 19-cu cild, səh. 330, (“İslami nəşriyyat”ın dəftərxanası, Qum, 5-ci çap, 1417-ci qəməri il

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment