Azəri
Saturday 18th of May 2024
0
نفر 0

Vaqiə” surəsinin axırlarında buyurulur ki, insan ölümdən dərhal sonra öz əməllərinin nəticəsini görəcəkdir. Bu məsələnin ölüm səkrətləri (anları) ilə ziddiyyəti vardırmı?

Salam. “Vaqiə” surəsinin axırlarında buyurulur ki, insan ölümdən dərhal sonra öz əməllərinin nəticəsini görəcəkdir: ya kamil rifahda və firavanlıqda, ya da kamil cəhənnəm əzabında olacaqdır. Digər tərəfdən də ölüm anlarının vəziyyəti irəli çəkilir ki, bu, hətta peyğəmbərlərə də şamil olur. Bu iki ayənin arasında necə uyğunluq yaratmaq olar?
Qısa cavab

“Vaqiə” surəsinin 83-87-ci ayələrində ölümdən qabaqkı vəziyyətə işarə olunur. Amma behişt və cəhənnəmlə əlaqədar olan sonrakı ayələr ölümdən sonrakı aləmlə əlaqədardır və ölüm anları ilə əlaqəsi yoxdur ki, onunla da ziddiyyəti olsun.

Ətreaflı cavab

Nəzərdə tutduğunuz ayələr “Vaqiə” surəsinin 86-96-cı ayələridir. Onların barəsində ətraflı bəhs aparmaq üçün əvvəlcə həmin ayələrin tərcüməsini qeyd edirik: “Əgər (yaramaz) əməlləriniz qarşısında heç vaxt cəzalandırılmayacaqsınızsa, onda onu (ruhunuzu) qaytarın, əgər düz deyirsinizsə! Əgər o, müqərrəblərdən olsa, asayişdə, reyhanda və behişt nemətlərindəndir! Əgər yəmin (sağ tərəf) səhabələrindəndirsə, ona deyilər: “Salam olsun sənə yəmin səhabələrindən olan dostların tərəfindən!” Amma əgər təkzib edənlərdən və azğınlardan olarsa, onu cəhənnəmin yandırıcı suyu ilə qarşılayarlar! Onun aqibəti cəhənnəm atəşində olmaqdır. Bu, haqq və yəqin mətləbdir! Belə isə, böyük Allahın adını (hər bir eyib və nöqsandan) pak-pakizə bil və təsbih de!”

Yuxarıdakı ayələrdə bərzəx aləminə işarə edilir. Çünki  insanın bu (maddi) dünyadan başqa bir dünyaya nəql olunmasına hazırlıq məqamı olan ölüm ərəfəsində qərar tutur və halətlərdən biri ilə vəziyyəti tamamilə alt-üst olur: ya ilahi nemətlərə, mənəvi mükafatlara, asayiş və reyhana qərq olur; ya da dərdli əzablara düçar. Ayədə mövcud olan şahidlər göstərir ki, bunların bir hissəsi qiyamətə, digər hissəsi isə qəbirə və bərzəx aləminə aiddir.[1]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql olunan bir hədisdə oxuyuruq: “Vəfatı zamanı möminə verilən behişt nemətləri asayişdən ibarətdir. Qəbrində möminə müjdə verilən ilk şey budur ki, ona deyilər: “Allahın razılığı sənə müjdə olsun! Behiştə xoş gəlmişsən! Allah sənin dəfn mərasimində – qəbrinə qədər gələrək  iştirak edənlərin hamısını bağışladı, onların sənin barəndə verdikləri şəhadətləri təsdiqlədi, sənin bağışlanmağın üçün onların etdiyi duanı qəbul etdi![2]

Əbu Bəsir imam Sadiq (əleyhis-salam)-dan belə rəvayət edir: “Ayədə deyilən “fərovhun və reyhan” – asayiş və reyhan qəbirdədir, lakin əbədi nemətlərlə dolu olan cənnət axirətdədir.”[3]

Yuxarıda işarə etdiyiniz ölüm səkrətlərinə (anlarına) gəldikdə isə, bu, ölümdən əvvəldir və insanın canvermə halına aiddir.[4] Amma ölümdən sonrakı çətinliklər ayədə işarə edilən yalnız üçüncü qrupa, yəni Allahı və haqqı təkzib edənlərə şamil olur. Lakin müqərrəblər və yəmin səhabələri nicat tapanlardır.

Bu barədə əlavə məlumat almaq üçün əlaqədar görünüşlərə müraciət edə bilərsiniz:

“Qiyamətdə sual”, sual 3641 (sayt 4546)

“Şiələrin etiqadına görə qiyamət günü ən mühüm sual”, sual 7490 (sayt 7673)

“Bərzəx aləmi və qiyamət hadisələri”, sual 4905 (sayt 5312)

“Bərzəx və bərzəx həyatı”, sual 3891 (sayt 4160)

“Bərzəxdə savab və cəza”, sual 5674 (sayt 6146)

 


[1] Məkarim Şirazi, Nasir,  "Təfsiri nümunə", 23-cü cild, səh. 287 və 288, “Darul-kutubil-islamiyyə”, birinci çap, Tehran, 1374

[2] Süyuti, Cəlaləddin, “Əddurrul-mənsur fi təfsiril-mə’sur”, 6-cı cild, səh. 166, Ayətullah Mərəşi Nəcəfinin kitabxanası, Qum, 1404-cü qəməri il

[3] Qummi, Əli ibni İbrahim, “Təfsiri Qummi”, tədqiq: Musəvi Cəzairi, Seyid Təyyib, 2-ci cild, səh. 350, “Darul-kitab”, dördüncü çap, Qum, 1368-ci şəmsi il

[4] Ölüm səkrətlərinin (anlarının) mənasının aydın olması üçün aşağıdakı hədisə diqqət yetirin: İbni Abbas rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in ölüm anlarında Fatimeyi-Zəhra (əleyha salam)  dedi: “Ata can! Mən dünyada sənsiz bir an belə, səbir edə bilmərəm. Sabah (qiyamətdə) nə vaxt görüşəcəyik?” Həzrət buyurdu: “Əhl-əyalımdan mənə qovuşan ilk şəxs sənsən. Biz cəhənnəmin üzərindən çəkilən sirat körpüsünün üzərində görüşəcəyik.” Fatimə dedi: “Ata can! Məgər Allah-taala cəhənnəm odunu sənin gözünə və qulağına haram etməmişdirmi?!” Həzrət buyurdu: “Elədir, lakin ümmətim oradan keçincəyə qədər mən orada dayanacağam.”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Uxdud səhabələri kim idi?
SALAMUN ALEYKUM AQA. AYAT HAMAZI OLU INSAN UCUN QILDIRMAQ VACIBDIRMI ? EGER VACIBDIRSE ...
O şəxs ki namazı yatmış halda qılır onun üzü qibləyə olmağı necədir ?
SƏCDƏNİN HÖKÜMLƏRİ
İCARƏNİN HÖKÜMLƏRİ
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl ...
QÜSLÜN HÖKÜMLƏRİ
Sual 75: Dirayətlə rəvayət arasındaki fərq nədən ibarətdir? Hədislər neçə ...
Namazda Bismillahın deyiliş tonu

 
user comment