Bəzi təhlilçilərin nəzərinə görə, israil tərəfinin belə bir addım atması Suriya ərazilərindən işğal etdiyi Coalan yüksəklikləri və İran İslam Respublikası və Livan Hizbullah Təşkilatının Suriyada yerləşən hərbi bazalarının qarşısının alınması məqsədi ilə baş tutub.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin və İsrail baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Məlumata görə, söhbət zamanı Yaxın Şərqdəki vəziyyət və hərbi xətt üzrə əlaqələr müzakirə olunub.
Kremlin mətbuat xidmətinin bildirdiyinə əsasən, danışıq İsrail tərəfinin təşəbbüsü olub.
Bəzi təhlilçilərin nəzərinə görə, israil tərəfinin belə bir addım atması Suriya ərazilərindən işğal etdiyi Coalan yüksəklikləri və İran İslam Respublikası və Livan Hizbullah Təşkilatının Suriyada yerləşən hərbi bazalarının qarşısının alınması məqsədi ilə baş tutub.
Qeyd edək ki, Suriya Dövləti rəsmi olaraq Livan Hizbullah Təşkilatı və İran İslam Respublikasından rəsmi dəvət edərək bu ölkədə hərbi bazaların inşa edilməsinə icazə veribdir.