Azəri
Friday 17th of May 2024
0
نفر 0

YƏ᾽QUB İBNİ İSHAQ

YƏ᾽QUB İBNİ İSHAQ

Adı Yə᾽qub, atasının adı isə İshaq olmuşdur. Bəsrənin Bəni-həzrəm qəbiləsi tərəfindən köləlikdən azad olunmuş və Əbu Məhəmməd künyəsi ilə tanınmışdır.

Əbu Cəzri onun barəsində deyir: «Yə᾽qub on məşhur qarilərdən biri hesab olunurdu. Öz dediyinə görə, qiraəti ilk dəfə Səlam adlı şəxsin yanında öyrənmiş və beş gün müddətində Şəhab Şərnəfə Məcaşeyinin qarşısında tilavət etmişdir. Şəhab özü isə doqquz gün müddətində öz qiraətini Muslimət ibni Məharib, Müslim isə Əbul Əsvəd Duəliyə və nəhayət Əbul Əsvəd Duəli də qiraəti ilk dəfə Əlidən (ə) öyrənmişdir. Doğum tarixi dəqiq mə᾽lum deyildir, vəfatı isə 88 yaşında ikən Hicrətin 205-ci ilinə təsadüf edilir.

Əhməd, Əbu Hatəm və İbni Həyyan onun doğruluğuna və mö᾽təbərliyinə istinad etmişlər. İbni Sə᾽d isə onun rical alimləri tərəfindən bir o qədər də rəğbətlə qarşılanmadığını söyləmişdir.

Yə᾽qubun qiraətini Ruvəys və Ruh adlı şəxslər nəql etmişlər.

1. Ruvəys: Adı Məhəmməd, atası isə Bəsrə sakini və Lu᾽luyi ləqəbi ilə məşhur olan bir şəxs olmuşdur.

İbni Cəzri deyir: «Ruvəys güclü hafizəyə malik idi. Qur᾽an elmlərində özünəməxsus iste᾽dad və məharətə yiyələndiyi üçün qiraəti tədris edirdi. Özü isə bu sahədə Yə᾽qub Həzrəminin şagirdi olmuş və elə ona da təqdim etmişdir.»

Dani deyir: «Ruvəys, Yə᾽qubun ən fə᾽al və iste᾽dadlı şagirdlərindən biri idi. Məhəmməd ibni Harun Təmmar və Əbu Abdulla Zubeyr ibni Əhməd Zubeyri Şafei Ruveysin ravilərindən hesab olunurlar.»

Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfatı isə Hicrətin 338-ci ilinə təsadüf olunur.” (Təbəqatul-qurra, 2-ci cild, səh.233.)

2. Ruh: Əbdül Həsən künyəsi ilə məşhur olmuşdur. Atası Əbdülmu᾽min Bəni-Hüzəl qəbiləsi tərəfindən köləlikdən azad olunmuş və Bəsrənin tanınmış Nəhv alimlərindən biri olmuşdur.

İbni Cəzr onun barəsində deyir: «O, Bəsrənin ən mö᾽təbər şəxsiyyətlərindən biri hesab olunurdu. Alimliklə yanaşı hərbi işlərlə də məşğul olurdu. Qiraəti Yə᾽qubdan öyrənmiş və onun ən iste᾽dadlı şagirdlərindən biri kimi tanınmışdı. Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfatı isə Hicrətin 235 və ya 234-cü ilinə təsadüf olunur.» (Təbəqatul-qurra, 1-ci cild, səh.285.)

Digər ravilər kimi onun da raviləri hələ də namə᾽lum qalmışdır.

YƏZİD İBNİ QƏ᾽QA

İbni Cəzri deyir: «Yəzid ibni Qə᾽qa bir rəhbər kimi tanınmışdı. Mədinənin Bəni-Məxzum qəbiləsinə mənsub olmuş və Əbu Cə᾽fər künyəsi ilə şöhrət tapmışdı.

O, tabeinlərin ən məşhur on qarilərindən biri idi. Qiraəti Abdulla ibni Əyyaş ibni Əbi Rəbiədən, Abdullah ibni Abbasdan və Əbu Hüreyrədən öyrənmiş və onların özlərinə təqdim etmişdir.»

Yəhya ibni Muin deyir: «İbni Qə᾽qa Qur᾽an elmlərinə mükəmməl yiyələndiyi üçün Mədinəyə baş qari tə᾽yin olunmuşdu. Bu səbəbdən də hamı onu Qari adlandırırdı. O bir alim kimi hamı tərəfindən sevilir və ehtiramla qarşılanırdı. Digər ravilərdən fərqli olaraq az rəvayət nəql edərdi.»

İbni Əbi Hatəm deyir: «Atamdan İbni Qə᾽qanın necə şəxsiyyət olduğunu soruşduqda, onun mö᾽təbər şəxs olduğunu e᾽tiraf etdi. Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfatı isə Hicrətin 130-cu ilinə təsadüf olunur.»

Yəzid ibni Qə᾽qanın raviləri isə İsa və İbni Cəmaz adlı şəxslər olmuşdur.

1. İsa: Künyəsi Əbdül Haris, Mədinədə isə Hiza ləqəbi ilə tanınan İsa ibni Vərdan.

İbni Cəzri deyir: «İsa qiraət və hədis elmlərinə mükəmməl yiyələnmiş, nəql etdiyi hədislər isə hamı tərəfindən rəğbətlə qarşılanmış mö᾽təbər bir şəxsiyyət idi. Güclü hafizəyə malik olmuş və Qur᾽an elmlərində bir çox təhqiqat işləri aparmışdır. Qiraəti ilk dəfə Əbu Cə᾽fər Şeybdən və sonralar Nafe᾽dən öyrənmişdir.»

Dani deyir: «İsa, Nafe᾽nin ilk şagirdlərindən biri olmuşdur. Bə᾽zən hədislərin nəql olunmasında və mənbələrin araşdırılmasında Nafe᾽yə dəyərli məsləhətlər verərdi. Mənə belə gəlir ki, İsa Hicrətin 160-cı ilində vəfat etmişdir.»

2. İbni Cəmmaz: Adı Süleyman, atasının adı Müslim ibni Cəmmaz, künyəsi isə Əbdürrəb olmuşdur. Bəni-Zəhra qəbiləsi tərəfindən köləlikdən azad edilmiş və Mədinədə məskunlaşmışdır.

İbni Cəzri deyir: «O, güclü hafizəyə malik idi. Qiraət elmini tədris etməklə yanaşı, hərbi işlərlə də məşğul olurdu. «Əl-Kamil» və «Əl-Mustənir» kitablarının yazdıqlarına görə, İbni Cəmmad qiraəti ilk dəfə Əbu Cə᾽fər Şeybədən və sonralar Nafe᾽dən öyrənmişdir. Deyilənlərə görə İbni Cəmmaz Hicrətin 170-ci ilində vəfat etmişdir.»

Yuxarıda adları çəkilən şəxslər Qur᾽an elmlərinə mükəmməl yiyələnmiş on məşhur qari hesab olunurlar. Onların kimliyi və nəql etdikləri rəvayətlərin mö᾽təbər olub-olmaması haqda rical alimləri arasında fikir ayrılığı olsa da, biz kimsəyə irad tutmaq fikrində deyilik.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Məbəs bayramı
Sionist eldadlara səmimi sual: kimdir Hitler?
Əba Sələt Hərəvi
MUBAHƏLƏ
BUNLARI BILMƏK MARAQLIDIR
ZEYDİYYƏ MƏZHƏBİNİN E᾿TİQADLARI
Üç qrup qiyamət günü Allaha şikayət edəcək
14 Məsum (ə) Qədir-Xum barədə
QƏLBİN QƏSAVƏTİ (BƏRKİMƏSİ)
Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir ...

 
user comment