Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Allahı necə çağırmalı?

Hədisi nəql edən deyir: “Mən İmam Sadiqə (ə) dedim ki, Quranda iki ayə var, onu axtarıram, ancaq tapa bilmirəm. İmam (ə) buyurdu: “Bu iki ayə hansıdır?” Dedim: “Allah Təala buyurur: “Məni çağırın ki, sizin dualarınızı qəbul edim”. Biz bu ayəni oxuyuruq, dua edirik, ancaq yerinə yetmir”.

İmam (ə) buyurur: “Güman edirsən ki, Allah vədinə xilaf çıxıb?” Dedim: “Yox”. Buyurdu: “Bəs niyə yerinə yetmir?” Dedim: “Bilmirəm”. Buyurdu: “Ancaq mən səni agah edim. Hər kim Allahın ona verdiyi əmrlərə itaət edərsə, onu duada çağırarsa, yerinə yetirər”.

Dedim: “Dua etməyin yolu necədir?” İmam (ə) buyurdu: “Allahın həmdi ilə başlayırsan, sənə verdiyi nemətləri bir-bir dilinə gətirirsən, sonra Ona şükür edərsən, sonra Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərərsən, günahlarını yadına salarsan, onları etiraf edərsən, onlardan Allaha pənah apararsan - budur dua”.

İmam (ə) buyurdu: “Bəs o biri ayə hansıdır?” Dedim: “Allah Təala buyurur: “O şeyi ki, infaq edirsiniz, Allah onun əvəzini verər. O, ən gözəl ruzi verəndir”. Mən infaq edirəm, ancaq əvəzini görmürəm”.

İmam (ə) buyurdu: “Güman edirsən ki, Allah vədinə xilaf çıxıb?” Dedim: “Yox”. Buyurdu: “Bəs niyə onun əvəzini verməmişdir?” Dedim: “Bilmirəm”. Buyurdu: “Əgər kimsə halal mal əldə edərsə, halal yolda infaq edərsə, dirhəmi hələ infaq etməmiş Onun əvəzini verər”.


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment