Azəri
Thursday 18th of July 2024
1
نفر 0

Qur᾽anda nƏzƏrƏ Çarpan digƏr ixtilaflar

YEDDİNCİ NƏZƏR

Qur᾽anda nƏzƏrƏ Çarpan digƏr ixtilaflar

Deyirlər: Yeddi qiraət üsulu deyildikdə [altıncı nəzərdə işarə olunan mətləblər deyil], qiraətin özündə olan ixtilaflar nəzərdə tutulur.

Bu nəzəriyyəyə əsaslanan Zərqani, özünün «Ləvayih» adlı kitabında Əbülfəzl Razidən nəql edərək yazır: Hər bir ifadədə mövcud olan ixtilaf bu yeddi xüsusiyyətdən xaric deyildir.

1. Şəxsi adların kişi və ya qadın cinsində tək, təsniyə* (ikilik – bu ərəb dilinə aid olan bir xüsusiyyətdir) və cəm halında işlənməsi;

2. Fe᾽llərdə indiki, keçmiş, gələcək və əmr formasında yaranmış ixtilaflar;

3. Hərəkə (sait hərflər) və e᾽rab (ismin müxtəlif halları) baxımından yaranmış ixtilaflar;

4. Edilən əlavələr və nöqsanlardan yaranmış ixtilaflar;

5. İfadələrin bir-birlərindən əvvəl və ya sonra tələffüz olunması nəticəsində yaranmış ixtilaflar;

6. Kəlmələrin əvəz olunması və ya dəyişilməsi nəticəsində yaranmış ixtilaflar;

Fəth, imale, tərqiq, təfxim, idğam, izhar kimi yeni kəlmə və ləhcələrin meydana gəlməsi. Belə ki, bə᾽zi qəbilələr bu kimi ifadələri bir mə᾽nada, digər qəbilələr isə tam başqa bir mə᾽nada işlətmişlər.

Cavab: Bu nəzəriyyə də digər nəzəriyyələr kimi batil və əsassızdır. Çünki 6-cı nəzəriyyəyə tutulan 1-ci, 4-cü və 5-ci iradları bu nəzəriyyəyə də aid etmək olar.

Nəzəriyyəyə tutulan digər iradlardan biri də ad (sifət) və fe᾽llərdəki ixtilafların ayrı-ayrılıqda hesab olunmasıdır. Bir halda ki, ixtilaf onların hər birinin yalnız zahiri formasındadır. Demək, biz onların hər ikisini ixtilafa səbəb olan eyni amil hesab etməliyik və belə olduqda ixtilafların sayı altıdan artıq olmayacaqdır.

Yox, əgər bütün xüsusiyyətləri nəzərə almalı olsaq, gərək fe᾽llərin indiki, keçmiş, gələcək, əmr, tək, təsniyə və cəm halında istifadə olunmalarını ayrı-ayrılıqda müxtəlif fərqlərə (hissələrə) ayıraq. Və belə olduqda isə ixtilafların sayı nəzərdə tutulandan daha çox olacaqdır.

Zərqani, İbni Quteybədən nəql edərək deyir: Cümlələrdə idğam, izhar, rum, işmam, təxfif və təshildə ixtilafın yaranması onun bir cümlə kimi formalaşmasına heç bir mənfi tə᾽sir göstərmir və bu halda onları ixtilafa səbəb olan amillərdən biri hesab edə bilmərik. Demək, qiraətdə nəzərə çarpan ixtilafların sayını altıdan çox təsəvvür etmək mümkün deyil.

1. Kəlmənin əslində deyil, zahiri formasında nəzərə çarpan ixtilaf «baid» (uzaqlaşdırmaq) fe᾽linin keçmiş və ya əmr formasında və «əmanətəhum» (sizə əmanət olunan şeylər) cümləsinin tək və ya cəm halda istifadə olunmasında yaranmış ixtilaf kimi;

2. Kəlmənin zahiri formasında deyil, əslində mövcud olan ixtilaf «nunşizuha» kəlməsinin bə᾽zən «ra», bə᾽zən də «za» hərfləri ilə tələffüz olunması kimi;

3. Həm kəlmələrin əslində, həm də zahiri formasında nəzərə çarpan ixtilaf «ihn» və «sovf» kəlmələri arasında olan ixtilaf kimi;

4. E᾽rabda nəzərə çarpan ixtilaflar; Məsələn, «və ərculəkum» kəlməsi bə᾽zən fəthə ilə, yə᾽ni «və ərculəkum» və bə᾽zən də «və ərculikum» oxunur.

5. İfadələrin bir-birindən əvvəl və ya sonra qiraət olunması nəticəsində yaranan ixtilaflar;

6. Əlavə və ya əskiltmələr nəticəsində yaranan ixtilaflar.

 

 

 

1
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment

Latisha
Thanks alot - your answer solved all my problems after sveeral days struggling
پاسخ
0     0
2011-09-12 20:58:56