Azəri
Sunday 16th of June 2024
0
نفر 0

ORUCUN QƏZASININ HÖKÜMLƏRİ

ORUCUN QƏZASININ HÖKÜMLƏRİ

114- Sual: Ramazan ayının orucunun qəzasını, ardıcıl tutmalıuıq?

Cavab: Xeyir. Qəza oruclarını ardıcıl tutmaq lazım deyil.

115- Sual: Orucları qəza olmuş şəxs üçün, başqasını əcir etmək olarmı?

Cavab: Şəxs diridirsə başqası onun oruc və namazlarını yerinə yetirə bilməz. Amma vəsiyyət edə bilər ki, qəza oruclarımı tuta bilmədiyim halda, mənim ölümümdən sonra bir şəxsi onların qəzası üçün əcir edin.

116- Sual: Ramazan ayının orucu boynunda olan şəxs, atasının orucunu tuta bilərmi?

Cavab: Öz qəza oruclarının vaxtı genişdirsə, maneəsi yoxdur.

117- Sual: Keçmiş ramazan ayının oruclarında bir neçə gün iftar etmişəm amma sayını unutmuşam. İndi neçə gün qəza orucu mənə vacibdir?

Cavab: Yəqininiz olan miqdar qəzasını tutun. Şəkk etdiyiniz günlərin qəzaları vacib deyil, baxmayaraq ki, onları qəza etmək ehtiyata uyğundur.

118- Sual: Ramazan ayında səfər ya xəstəlik ucbatından tutulmayan orucları ramazan ayı qurtarandan sonra təcili tutmalıyam?

Cavab: Xeyir. Lazım deyil. Ancaq o qədər təxirə salınmayın ki, təklifə laqeyidlik sayılsın.

119- Sual: Məni qonaqlığa dəvət ediblər və məndə qəza orucu tutmuşam edə bilərəm ki orucu açım və sonrakı günlərdə yerinə yetirim?

Cavab: Ramazan ayının qəza oruclarını günortadan qabaq iftar etməyin işkalı yoxdur. amma günortadan sonra cayiz deyil. İftar edən şəxsə kəffarə vacib olur. Onun kəffarəsi on miskinə təam vermək, əgər buna gücü çatmırsa, üç gün oruc tutmaqdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Bizim məntəqəmizdə təzəlikdə su lüləsi çəkilib amma suyun verilməsini ...
Abbasi xəlifəsi Məmun yuxarıda qeyd olunan ayəyə istinad edərək İmam Rza ...
ETİKAFIN HÖKÜMLƏRİ
Salamu eleykum. vetr namazi tam olaraq nece qlinir.sag olun
Sual: Din ideoloji baxışdırmı? Bu məsələyə doktor Şəriətinin münasibəti ...
MÜXTƏLİF AİLƏ HÖKÜMLƏRİ
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA
“Muzzəmmil” surəsinin beşinci ayəsinə deyilən إِنَّا سَنُلْقِی ...
Qadının Sədəqə verməsi
“Quran qiraətinin batini ədəb qaydaları” dedikdə məqsəd nədir?

 
user comment