Xəlifələrin QUR`AN və sünnənin buyurduqlarI müqabilində şəxsi rə`ylərində nümunələr
1-Allah-taala «Həşr» surəsinin 7-ci ayəsində buyurur:
مَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا
"Peyğəmbər sizin üçün hər nə gətiribsə, onu (hökmü) əxz edin və hər şeydən çəkindiribsə, (ondan) çəkinin."
«Nəhl» surəsinin 3-4-cü ayəsində buyurur:
وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى
"Peyğəmbər heç vaxt həvayi-nəfs üzündən danışmır. Ona nazil olanlar vəhydən başqa bir şey deyildir."
«Nəhl» surəsinin 44-cü ayəsində buyurur:
وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ
"Biz bu Zikri (Qur`anı) sənə nazil etdik ki, camaat üçün nazil olanları, onlara aşkar şəkildə bəyan edəsən, bəlkə təfəkkür edələr."
Peyğəmbəri Əkrəm ¡ müsəlmanları öz hədisinin yazılıb-yayılmasına təşviq edib tə`kidlə göstəriş verirdi ki, onu yazsınlar. Amma xəlifələr ictihad edərək (!) Peyğəmbər hədisinin yayılmasının qarşısını alır, onun yazılmasını qadağan edir və onların bu ictihadı islam hökmlərindən biri kimi hesab olunurdu! Sonra xəlifələrin bu kimi tədbirlərini dəstəkləmək üçün Peyğəmbərin dilindən rəvayət etmişlər ki, o həzrət guya öz hədisinin yazılmasını qadağan etmişdir! Vəziyyət bu minvalla davam etmiş və təqribən 90 il müddətində Peyğəmbər hədisinin yazılmasını müsəlmanlara qadağan etmişlər. Nəhayət, Ömər ibni Əbdül-Əziz xilafətə çatıb Peyğəmbər hədisinin yayılmasına dair fərman verdi və xəlifə məktəbinə tabe olan müsəlmanlar Peyğəmbər hədisini yazmağa başladılar. Məhz bu zaman müsnədlər, sihahlar, müsənnəfatlar yazılmağa başladı.
2-Allah-taala «Ənfal» surəsinin 41-ci ayəsində buyurur:
وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ
"Bilin ki, sizin qənimətlərinizin xümsü Allaha, Peyğəmbərə, onun qohumlarına... məxsusdur."
Peyğəmbəri Əkrəm ¡ öz həyatında bu hökmə əməl edərək onun əsasını qoymuşdur. Lakin, xəlifələr ictihad edərək Peyğəmbərlə onun yaxın qohum-əqrəbasının payını ixtisara saldılar və onu silah və minik almağa xərclədilər, bu da onların islam hökmlərindəki ictihadı hesab olundu.
3-Allah-taala «Bəqərə» surəsinin 196-cı ayəsində buyurur:
فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ
"Hər kəs təməttö ümrəsi ilə birgə həcc edərsə..."
Peyğəmbər ¡ öz həyatında təməttö ümrəsini sünnə olaraq qoyub getdi, müsəlmanlar da «Vida həcci»ndə ona əməl etdilər. Lakin xəlifələr sonralar ictihad edərək, təməttö ümrəsini qadağan etdilər və yalnız ifrad həccini yerinə yetirməyə dair göstəriş verdilər. Sonralar da onların bu ictihadı islami bir hökm halına düşdü. Xəlifələrin tədbirlərini təsdiqləmək üçün Peyğəmbər ¡-in dilindən rəvayət edib, dedilər ki, o həzrət ifrad həccini yerinə yetirməyə dair göstəriş vermiş və təməttö ümrəsini qadağan etmişdir. Müsəlmanlar da bundan sonra həcci ümrəsiz olaraq yerinə yetirmişlər. Bu üslub indiyə qədər də bə`zilərinin nəzərində bir qanun kimi qalmışdır.
4-Mütəal-Allah «Nisa» surəsinin 24-cü ayəsində buyurur:
مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً
"Müt`ə (müvəqqəti izdivac) etdiyiniz qadınların mehriyyəsini verin."
Peyğəmbəri Əkrəm ¡ nisa müt`əsinin (müvəqqəti evlənməni) bir sünnə olaraq qanun halına salmış və müsəlmanlar o həzrətin sağlığında ona əməl etmişdilər, lakin xəlifələr ictihad edərək müvəqqəti izdivacı haram etmiş və onların bu ictihadları islami bir hökm halına salınmışdır! Sonra da Peyğəmbərin dilindən rəvayət etmişlər ki, guya o həzrət müvəqqəti evlənmənin qadağan etmişdir. Xüləfa məktəbinin ardıcılları indiyə qədər müvəqqəti izdivacdan çəkinirlər!
5-Allah-taala «Maidə» surəsinin 97-ci ayəsində buyurur:
جَعَلَ اللّهُ الْكَعْبَةَ الْبَيْتَ الْحَرَامَ قِيَامًا لِّلنَّاسِ
"Allah Kə`bəni – Beytül-Həramı camaatın qiyam yeri qərar vermişdir."
Yə`ni Məkkə və onun ətrafını əmin-amanlıq hərəmi qərar vermişdir. Peyğəmbəri Əkrəm ¡ də hərəmin hüdudlarını tə`yin etmiş və onu sünnə kimi bəyan etmişdir. Lakin xəlifələr ictihad edərək Kə`bənin hörmətini pozmuş və oranı mancanaqla atəşə tutmuşlar!
6-Mütəal-Allah «Şüəra» surəsinin 23-cü ayəsində buyurur:
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
"Mən öz risalətim müqabilində sizdən, ən yaxın adamlarıma (Əhli-beytimə) məhəbbət bəsləməkdən başqa heç bir şey istəmirəm."
Peyğəmbəri Əkrəm ¡ dəfələrlə öz Əhli-beyti barəsində tövsiyələr etmişdir. Lakin xüləfalar ictihad etmiş və Peyğəmbər övladlarını, onun Əhli-beytini öldürmüş, həbs etmiş və əsarətə almışlar!
Bu kimi çoxlu hökm və sünnələri Allah və Onun Peyğəmbəri sünnə halına salmış, lakin xəlifələr ictihad edərək onların əksinə hökm vermişlər. Onların bu ictihadları da çox hallarda islami bir hökm halına salınmış, xüləfa məktəbinin ardıcılları olan bu müsəlmanlar bu hökmlərə tabe olmuşlar! Bizim qeyd etdiklərimiz də sadəcə nümunələr idi və biz onları sayıb qurtarmaq əzmində deyilik. Tarixçilər xəlifələrin çoxlu digər ictihadlarını «ovləviyyətlər» adlandırmışlar. Misal üçün, Süyuti öz «Tarix» kitabında Ömərin övləviyyətlərini bəyan edərkən deyir. «O, ilk şəxs idi ki Ramazan ayının nafilə namazının camaatla qılınmasını sünnə halına saldı və onu «Təravih» adlandırdı!»[1]
«O, müt`əni haram edən ilk şəxs idi! Həmçinin, ilk şəxs idi ki, camaatı meyyit namazına dörd təkbir deməyə vadar etmşdir!»[2]
«O ilk şəxs idi ki, mirasda ovl qərar vermişdi!»[3]
O, Osmanın övləviyyətləri barəsində yazır: «O ilk şəxs idi ki, torpaq sahələrini və abadlıqları başqalarının ixtiyarına vermişdi. Misal üçün, Fədəki Mərvanın övladlarına bağışlamışdı. Həmçinin, ilk şəxs idi ki, qoruq tə`yin etmişdir. Misal üçün, Rəbəzəni özü üçün qoruq qərar vermişdir!»
Müaviyənin övləviyyətləri barəsində isə belə yazır: «O ilk şəxs idi ki, cümə namazının xütbəsini oturan halda camaata söylədi! O ilk şəxs idi ki, bayram namazında azanı bid`ət halına salmışdır! O ilk şəxs idi ki, təkbirlərin sayını azaltmışdır! Ilk şəxs idi ki, məsciddə məxsus bir yer ayırmışdı! Ilk şəxs idi ki, oğlunu özü üçün canişin və vəli-əhd tə`yin etmişdir! Ilk şəxs idi ki bu canişinliyi öz sağlığında tərtibə salmışdır!»
Ikinci xəlifə Ömər təlaq hökmü barəsində də ictihad etmiş, Peyğəmbər sünnəsinin əksinə olaraq üç təlağın bir yığıncaqda deyilməsini həqiqi təlaq qərar vermişdir![4] "Həyyə əla xeyril-əməl" cümləsini «əssəlatu xeyrun minənnovm» cümləsi ilə dəyişdirmişdir![5]
O, əzizlərin matəmində ağlamağı qadağan etmiş, ağlayanları söyüb-döymüş və təhqir etmişdir. Halbuki, Peyğəmbər ¡ onu bu işdən çəkindirmişdi. O həzrətin özü də ölüyə ağlamış və müsəlmanlardan istəmişdir ki, həzrət Həmzə üçün ağlasınlar![6]
Həmçinin, Ömər əsr namazından sonrakı iki rəkət müstəhəb namazı qadağan etdi. Halbuki, Peyğəmbər heç vaxt onu tərk etməzdi!1
Belə ki, Osman da dörd rəkətlik namazını səfərdə tamam qılırdı. Halbuki, səfərdə şikəstə qılmaq vacibdir.2
Müaviyə də fərman vermişdi ki, Imam Əli ™-ı bütün mənbərlərdə və məscidlərdə, cümə və bayram namazlarının xütbələrində lə`n etsinlər. Onun ardıcılları da bu ədəti 40-cı hicri ilindən başlayaraq Ömər ibni Əbdül-Əzizin qadağan etdiyi vaxta qədər davam etdirdilər!
Xəlifə Yezid ibni Müaviyənin yerinə yetirdikləri!!!
Bəli, xəlifələrin özlərinin və xüləfa məktəbinin böyük şəxsiyyətlərinin Allahın Kitabı və Peyğəmbərin sünnəsi qarşısındakı bu cür ictihadları genişlənərək islami hökmə çevrilmiş, bə`zən tə`vil, bə`zən övləviyyat, bə`zən də ictihad ünvanı ilə artmağa başladı. Bu qızğın bazarı daha da rövnəqləndirən şey – xəlifələrin sözlərini və əməllərini dəstəkləyən saxta hədislərin rəvayət olunması idi! Aşağıdakılara diqqət yetirin!
XƏLIFƏLƏRIN ƏMƏLLƏRINƏ BƏRAƏT QAZANDIRMAQ ÜÇÜN HƏDIS RƏVAYƏT EDILMƏSI
Əvvəlki bölmədə xəlifələrin Allahın kitabı və Peyğəmbər sünnəsi qarşısında ictihadları və Islamda özlərindən yeni hökmlər verməsi qəbilindən olan bə`zi nümunələri qeyd etdik. Bunlardan qəribəsi xülafa məktəbinin bə`zi mühəddis və ravinlərinin əməlləridir ki, Allaha yaxınlaşmaq (qürbətən iləllah) niyyəti ilə Peyğəmbərin dilindən rəvayət etmişlər ki, guya o həzrətin özü bu ictihada fərman vermişdir. Bu tədbirlər Müaviyənin xüləfaların siyasətini təsdiqləmək və onlara bəraət qazandırmaq üçün qondardığı hədislərdən tamamilə ayrıdır.[7]
Aşağıdakı misallara diqqət yetirin:
Onlar Peyğəmbəri Əkrəmdən rəvayət etmişlər ki, guya o həzrət xəlifələrin əleyhinə qiyam etməyi qadağan etmiş və onlara itaət etməyi hər bir halda müsəlmanlara vacib etmişdir. Müslümün, Ibni Kəsirin və başqalarının Əbdüllah ibni Ömərdən nəql etdikləri rəvayəti misal göstərmək olar ki, orada deyilir: «Mədinə camaatı Yezidi xilafətdən çıxartdıqları zaman Əbdüllah ibni Ömər onun ailə və övladlarını çağırıb şəhadəteyni dedi və sonra əlavə etdi: Amma bə`d, biz bu kişi ilə Allaha və Onun Rəsuluna bey`ət əsasında bey`ət etmişik. Mən Peyğəmbərdən eşitmişəm ki, belə buyurmuşdur: «Hər kəs itaətdən çıxsa, Qiyamət günündə Allahla heç bir höccəti olmayan bir halda görüşəcəkdir. Hər kəs öhdəsində heç bir bey`ət olmayan halda ölsə, cahiliyyət dövrünün ölümü ilə ölmüşdür. Belə isə, sizlərdən heç biriniz Yezidi işdən çıxara bilməz! Sizlərdən heç biriniz bu işdə səhlənkarlıq etməməlidir, əks halda bu iş mənimlə onun arasında ayrılığa səbəb olar!»1
Müslüm Hüzeyfədən rəvayət edir ki, Peyğəmbər buyurmuşdur: «Məndən sonra elə imamlar gələcəkdir ki, nə mənim hidayətimlə yol gedər, nə də mənim sünnəmə əməl edərlər. Onların arasında elə adamlar vardır ki, qəlbləri şeytan, amma surətləri insandır.» Soruşuldu ki, «Ya Rəsuləllah! Əgər bu zəmanəni görsək, nə edək?» Buyurdu: «Hakimin fərmanını eşidib itaət edərsən, hətta kürəyinə vursa, malını zorla alsa belə!»[8]
Aşağıdakı dörd rəvayəti «Səhihi-Müslüm»dən nəql edirik:
1-Zeyd ibni Vəhəb Əbdüllahdan nəql edir ki, Peyğəmbər belə buyurmuşdur: «Məndən sonra elə azğın şəxslər gələcəklər ki, onları bəyənməyəcəksiniz.» Soruşdular ki, «Ya Rəsuləllah! Əgər bizlərdən birimiz o zamanı görsək, nə göstəriş verirsiniz?» Buyurdu: «Öhdənizdə olanları əncam verin və sizin üçün olanları istəyin.»
2-Vail Həzrəmi deyir ki, Səlmət ibni Yəzid Peyğəmbərdən soruşdu: «Ya Nəbiyyəllah! Sizin nəzərinizə görə, əgər bizim hakimlərimiz bizə hökmranlıq etsə və öz haqlarını bizdən istəsələr, bizim isə haqqımızı verməsələr, onda nə edək?» Həzrət buyurdu: «Eşidin və itaət edin. Çünki onlar öz işlərinin, siz də öz işlərinizin məs`ulusunuz.»
3-Əbu Hüreyrə deyir ki, Peyğəmbər belə buyurdu: «Hər kəs itaətdən çıxsa və camaatdan kənara çəkilib ölsə, cahiliyyət ölümü ilə ölmüşdür.» Bunun oxşarını da Ibni Abbasdan nəql etmişlər.
4-Ovf ibni Malik Əşcəi deyir: Peyğəmbərin belə buyurduğunu eşitdim: «Sizin ən yaxşı rəhbərləriniz o kəslərdirlər ki, siz onları sevirsiniz, onlar da sizi sevir; onlara salavat göndərirsiniz, onlar da sizə salam göndərir. Sizin ən pis rəhbərləriniz o kəslərdir ki, siz onları düşmən tutursunuz və onlar da sizi düşmən tutur; siz onlara lə`nət edirsiniz, onlar da sizə lə`nət edir.» Soruşdular ki, «Ya Rəsuləllah! Belə bir vəziyyətdə onlarla mübarizə etməyəkmi?» Buyurdu: «Xeyr, o zamana qədər ki, sizin aranızda namaz qılırlar (mübarizə etməyin). Agah olun! Hər kəs bir hakimin ona hökumət etdiyi zaman, hər hansı bir halda Allaha qarşı itaətsizlik etdiyini görsə, gərək onun günahından narahat olsun, lakin heç bir vəchlə ona itaətdən əl çəkməməlidir.»2
Səhabələrin, tabeinlərin və onların xəlifələrinin ictihadlarını – xüsusilə islam hömlərində – müşahidə etdik və gördük ki, onlar Allahın Kitabı və Peyğəmbər sünnəsi müqabilində öz şəxsi nəzərlərinə əməl etmişlər. Çünki siyasət öz hökumətlərinin mənafeyini məhz onda görüblər! Həmçinin, aydın oldu ki, xüləfa məktəbinin ardıcılları bu ictihadları və şəxs rə`yləri Allahın Kitabı və Peyğəmbər sünnəsindən olan aşkar hökmlərin müqabilində özləri üçün islami şəriət mənbəyi götürmüş və buna görə də xüləfa məktəbinin fəqihlərindən bə`ziləri şəxsi rə`yə, qiyasa və istihsana əməl etməyi ictihadın nümünələrindən hesab etmişlər.
Xüləfa məktəbində ictihad indiyə qədər Allahın Kitabı və Peyğəmbərin sünnəsi ilə eyni səviyyədədir və islam şəriəti mənbələrindən biri sayılır. Bu da onların Əhli-beyt məktəbi ardıcılları ilə ixtilaflı olduğu yerlərdən ibarətdir ki, onlar heç vaxt belə ictihada və rə`yə əməl etməmiş, islam hökmlərini yalnız Allahın Kitabı və Peyğəmbərin sünnəsindən əxz etmişlər. Belə ki, Əhli-beyt imamları da yalnız Allahın Kitabında və Peyğəmbərin sünnəsində mövcud olanları irs aparmış və ona əməl etmişlər. Onlar öz məktəbinin fəqihlərini də Peyğəmbər sünnəsindən irs apardıqları əsasda tə`lim vermiş və onları şəxsi rə`yə, qiyasa, istihsana və qeyd olunan ictihada əməl etməkdən çəkindirmişlər.
Bu, yə`ni bir tərəfdən bə`zi hökmlərdə Allahın Kitabına və Peyğəmbərin sünnəsinə əməl etmək və xüləfanın ictihadlarını boşlamaq, digər tərəfdən isə bə`zi hökmlərdə xüləfaların ictihadlarına əməl etmək və Allahın Kitabı ilə Peyğəmbər sünnəsini boşlamaq müsəlmanların arasındakı ixtilaflı hallardan biridir. Çünki, misal üçün, xəlifə Ömər ictihad edib Allahın Kitabı və Peyğəmbər sünnəsi müqabilində təməttö ümrəsini qadağan etdiyi halda, ondan sonrakı müsəlmanlar da ixtilafa düçar olmuşlar. Bə`ziləri, o cümlədən, hənbəlilər və bizim əsrin sələfiləri Allahın Kitabı ilə Peyğəmbər sünnəsinə əməl edərək həccdə təməttö ümrəsini yerinə yetirmiş, bə`ziləri də xəlifə Ömərin ictihadına tabe olaraq Allahın Kitabı ilə Peyğəmbər sünnəsini boşlamışlar. Bu halda ixtilafın aradan qaldırılması və müsəlmanların arasında vəhdət yaradılmasının yolu hansıdır?
[1] «Səhihi-Buxari», «fəzlu mən qamə Ramazanə» babı, «Səhihi-Müslüm», «əttərğibu fi qiyami Ramazan» babı; «Təbəqati ibni Sə`d», Lidən çapı, 3-cü cild, səh.202; «Tarixi-Yə`qubi», 2-cild səh.140; «Tarixi-Təbəri», 5-ci cild, səh.32; «Tarixi Ibni Kəsir», 3-cü cild, səh.23
[2] «Müsnədi-Əhməd», 4-cü cild, səh.370, 5-ci cild, səh.406, «Tarixi Ibni Kəsir», 3-cü cild, səh.23 və Avropa çapı, 3-cü cild, səh.45
[3] «Müstədrəki-Hakim», 4-cü cild, səh.339
[4] «Səhihi-Müslüm», «kitabüt-təlaq», təlaqus-səlas babı; «Müsnədi-Əhməd», 2-ci cild, səh314; «Sünəni Əbu Davud», «təlaq» kitabı, nəsxül-müraciə bə`də səlasi təliqatin babı; «Sünəni Beyhəqi», 7-ci cild, səh.336 «Müstədrəki-Hakim», 2-ci cild, səh.196: «Sünəni Nəsai», cənaiz kitabı, ədədüt-təkbirat ələl-cənazə babı.
[5] «Müsənnəf», Ibni Əbi Şeybə, «Müvəttə», Malik, əl-əzanu vəttəsvib babı, həmçinin «Şərhi-Təcrid», imamət bölməsinin axırları.
[6] «Səhihi-Buxari», əbvabi cənaiz, indəl-məriz babı, həmçinin «yuəzzəbul-məyyit bi bukai əhli əleyh» babı, «ər-rəculu yun`a ila əhlil-beyt bi nəfsih», «qovlun-Nəbi: inna bikə ləməhzunun» babları; «Səhihi-Müslüm», «əl-buka ələl-məyyit» babı, kitabu cənaiz, «rəhmətuhu minəs-sibyan vəl-iyal» babı; «Tarixi Təbəri», «Tarixi Ibni Əsir» Əbu Bəkrin ölümü bəhsləri, 13-cü ilin hadisələri; «Sünəni Nəsai», cənaiz kitabı; «Müsnədi-Əhməd», 1-ci cild, səh.335, 2-ci cild, səh.40 və səh.333; «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 1-ci cild, səh.111; «Istiy`ab» kitabında Həmzənin tərcümeyi-halı.
1 «Səhihi-Müslüm» mə`rifətur-rək`əteyn kanə yusəllihima bə`dəl-əsr babı, «Müvəttə», Malik, məvaridunnəhy ənis-səlat bə`dəs-sübhi vəl-əsr.
2 «Səhihi-Müslüm», səlatu müsafirin və qəsruha babı; «Səhihi-Buxari», ma caətittəqsir babı; «Müsnədi-Əhməd», 4-cü cild, səh.94 «Tarixi Təbəri», «Tarixi Ibni Əsir»
[7] Müaviyənin tədbirlərinin ətraflı izahı həmin kitabda qeyd olunmuşdur. Həmçinin, «Ayişənin rolu» kitabının «Müaviyə ilə yanaşı» bölməsinə müraciət edə bilərsiniz.
1 «Tarixi Ibni Kəsir», 7-ci cild, səh.232; «Səhihi-Müslüm» və başqa kitablardan «iki məktəbin imamət barəsindəki nəzərləri» bölməsində nəql etmişik. Həmçinin, bilmək lazımdır ki, Yezidə itaət və onunla bey`ət etmək Peyğəmbərin sözünün nümunələri deyildir. O həzrətin sözünün nümunələri haqq olan imama itaət və bey`ətin səhihliyidir ki, bu da Peyğəmbərlə bey`ət və ona itaətdən ibarətdir.
[8] Bu rəvayətin mənbəsini imamət bölməsində qeyd etdik. Bu, hədis bizim nəzərimizə görə Hüzeyfənin vəfatından sonra quraşdırılıb onun adından deyilmişdir.
2 «Səhihi-Müslüm», «Imarə» kitabı, hədis:45, 49, 53, 54 və 66