Azəri
Sunday 21st of July 2024
0
نفر 0

Azərbaycanın vətənpərvər oğlu Mübariz İbrahimov vətən uğrunda öz şirin canından keçdi .Bəs sən necə?

Mübariz İbrahimov Ağakərim  oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N saylı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artıq Gizir kimi çalışmağa başlayıb.Çox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayından Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayır.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır. 22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağlasığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir. Düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşür. Düşmən postunu keçmiş ve 6 saat döyüşdükdən sonra duşmənin 140-dan  çox əsgər və zabitini məhv etmişdir. Qayıtmaq imkanı ola-ola geri dönməmiş daha da irəli getmiş və vətən yolunda, bizlər üçün canından keçmişdir. Məhz bundan sonra Ermənistanda 3 günlük matəm elan olunmuşdur. Ən böyük arzusu olan şəhidlik zirvəsinə ucalmışdır.  Özünün də dediyi kimi VƏTƏN SAĞ OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun, yeri cənnətlik olsun....amin!

 

ŞƏHİDİN YAZDIĞI SON MƏKTUB:

 

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

 

ŞƏHİDİN VALİDEYNLƏRİNİN ONUN BARƏSİNDƏ DEDİKLƏRİ:

 

Şəhid mübariz İbrahimovun atası Ağakərim İbrahimov deyir ki, "Mənim 3 oğlum var idi. Onlardan birini vətənimə qurban demişdim. Mübarizin cəsədinin geri qaytarılmaması məni qətiyyən narahat etmir. Artıq oğlum Allahın dərgahındadır, məqamı isə ucadır - o, şəhiddir. Ağakərim İbrahimov onu da bildirib ki, oğlunun şəhid olmasından ...bir aya yaxın vaxt ötməsinə baxmayaraq, heç bir dövlət qurumu onlara maddi yardım göstərməyib.  Mənim oğlum naməhrəmlərə baxmazdı. O çox gözəl və yaraşıqlı olduğundan rayon və kənddə ona baxardılar. Lakin Mübariz özünü onlardan gizlətməyə üstünlük verərdi. Papağı ilə gözünü gizlədər və çalışardı ki, naməhrəmlərə baxmasın və onlarla ünsüyyət qurmasın. O naməhrəmə baxmağın günah olmasına görə bu şeylərdən çəkinərdi". İslam-azeri.az

 

 

Anası Şamama xanım da atası kimi oğlunun şəhid olmasına narahat deyil. "Mənim oğlum halallığı sevirdi. Heç vaxt harama əl atmazdı. Vətəni sevərdi, ibadətdən ləzzət alardı. Namaz və oruc, həmçinin sədəqə verməyi çox xoşlayardı. Məktubda bizə tövsiyyə etdiklərini kamil surətdə özü yerinə yetirərdi".


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Obaşdanda şiriniyyatdan istifadə etməyin!
İsntanbulda Fars dili də tərcümə dərsləri başlayıb
Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq

 
user comment