Peyğəmbər (s) və onu xatırladan hər şeyin təbərrük olması
Bütün müsəlmanlar, istər sünnü və istərsə də şiə, Peyğəmbər (s) və onu xatırladan hər şeyi böyük sayıb ehtiram etmək haqqında ortaq bir fikrə gəlmişlər. Təsdiq üçün bir çox tarixi rəvayətlərə müraciət edib böyük sünnü alimlərinin dediklərinə istinad etmək olar. Məsələn, Həzrət Zəhra (s) və digər səhabələr Rəsulullahdan (s) təbərrük istəyirdilər. Yaxud əhl sünnə rəvayət edir ki, Abdullah bin Ömər Allah Rəsulunu (s) xatırladan hər şeyi qorumağa çalışırdı. Hətta o, Peyğəmbərin kölgəsində əyləşdiyi ağacı belə mühafizə etməyə can atardı. Əhməd bin Hənbəl Rəsulullahın hər bir əşyasının bərəkət bəxş etməsinin mümkün olduğunu demişdir. Sünnə əhli fəqihləri:
"زيارة القبر أفضل المندوبات"
“Qəbirləri ziyarət etmək ən yaxşı müstəhəblərdən-dir” deyə öz nəzərlərini bildirmişlər.
Xatırlatmaq lazımdır ki, Peyğəmbər, onun əşyaları, canişinləri vəhyin həqiqəti və dinin cilvələri olduğu üçün onlara hörmət etmək lazımdır.[1]
[1] “Səhih Buxari”, 1-ci cild, səh. 59, 105, 7-ci cild, səh. 199, “Fəthul Bari”, 1-ci cild, səh. 256, 264, 408, Əllamə Əmini “Əl Qədir”, 3-cü cild, səh. 170, Əhməd Əhmədi Miyancinin “Ət təbərrok bil asarir rəsul” , səh. 66-nın nəqli əsasında.