Azəri
Sunday 28th of April 2024
0
نفر 0

. Nisa surəsi

4. Nisa surəsi
(Mədinədə nazil olmuşdur, yüz yetmiş altı ayədir)


Bağışlayan və mehriban Allahın adı ilə
1. Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir.
2. Və yetimlərin mallarını (onlar həddi-büluğa çatdıqdan sonra) özlərinə qaytarın. Murdar və haram (mal)ı (qiymət fərqinə görə) pak və halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları ilə dəyişdirməyin). Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin ki, həqiqətən, bu, böyük günahdır.
3. Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır.
4. Və qadınların mehrlərini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin.
5. Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla layiqli bir tərzdə danışın.
6. Yetimləri evlənmək həddinə (hər bir insanın və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə (və mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla və tələm-tələsik yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan) çəkinsin. Yoxsul olan isə (yetimin malından) ürfi (və ədalətli zəhmət haqqı) miqdar(ın)da yesin. Beləliklə, onların mallarını özlərinə qaytarmaq istəyən zaman, onlar üçün şahid tutun (ki, sonradan bir mübahisə, dava-dalaş düşməsin). Allah yetərli hesab çəkəndir.
7. Kişilərin ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, ya çox, müəyyən və vacib bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım və gərəklidir, onun miqdarı və necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir).     
8. Miras bölgüsü zamanı orada (vərəsələrdən olmayan) qohumlar, yetimlər və yoxsullar olsalar, onlara o maldan ruzi olaraq bir şey verin və gözəl, bəyənilən söz deyin.     
9. Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun. Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində ədalətə riayət etsinlər).     
10. Həqiqətən, yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar. 
11. Allah sizə övladlarınız(ın mirası) barəsində oğlanın payının iki qızın payı qədər olmasını tövsiyə edir. Beləliklə, əgər (varislərin hamısı) qadın – (iki qız və ya) iki qızdan çox – olsalar (ilkin hökmə əsasən, ölənin) mirasın(ın) üçdə ikisi onlarındır (və əgər ölənin ata-anası yoxdursa qalan hissə də onlara çatır). Əgər (varis təkcə) bir qız olsa, mirasın yarısı onundur (və əgər ölənin ata-anası yoxdursa, qalan hissə də ona verilir). Əgər ölənin övladı varsa, onun ata və anasının hər birinə mirasın altıda biri verilir. Əgər övladı yoxdursa və varis yalnız ata ilə anadırsa, onda (malın) üçdə biri ananın (qalan hissəsi atanın)dır. Əgər ölənin qardaşları varsa, malın altıda biri anasınındır. (Bütün bunlar) onun etdiyi vəsiyyətdən və ya (boynunda olan) borc(un maldan ayrılmasın)dan sonradır. Siz atalarınız və oğullarınızdan hansı birinin sizin üçün daha xeyirli olmasını bilmirsiniz. (Buna görə də irs çatan şəxslərin payları arasındakı fərqlərdən təəccüblənməyin və ona etiraz etməyin. Bu bölgü üslubu) Allah tərəfindən olan bir vacibdir. Həqiqətən, Allah həmişə alim və hikmət sahibidir.     
12. Əgər arvadlarınızın (sizdən, yaxud başqa bir ərdən) uşağı yoxdursa etdikləri vəsiyyət və ya (boyunlarında olan) borc(un həmin maldan ayrılmasın)dan sonra onların mirasının yarısı sizindir, əgər uşaqları olsa onların mirasının dörddə biri sizindir. Həmçinin əgər sizin (ondan və ya qeyrisindən) övladınız yoxdursa, etdiyiniz vəsiyyət və ya (öhdənizdə olan) borc(un ayrılmasın)dan sonra sizin mirasınızın dörddə biri onundur və əgər övladınız varsa, mirasınızın səkkizdə biri onundır. Əgər irsi bölünən kişi və ya qadının ata, ana və övladı olmasa və onun (ana tərəfdən) bir qardaşı, yaxud (ana tərəfdən) bir bacısı olmuş olsa, o ikisinin hər birinə mirasın altıda biri çatır (və əgər babaları olmasa qalan hissəsi də onlara verilir). Əgər bir nəfərdən çox olsalar (qardaş yaxud bacı və ya hər ikisi olsa), varislərə ziyan vurmaq qəsdi olmayan vəsiyyətdən, yaxud (ölənin boynunda olan) borc(un ayrılmasın)dan sonra onlar malın üçdə birində (bərabər şəkildə) şərikdirlər. (Bu,) Allah tərəfindən olan bir tapşırıqdır. Allah alim və həlimdir.     
13. Bunlar Allahın sərhədləridir (Onun sərhəd kimi pozulmaz hökmləridir). Kim Allaha və Onun peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından həmişə çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Budur böyük uğur və nailiyyət!     
14. Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır.     
15. (Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya və ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını alana və ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol kimi onlara zina üçün müəyyənləşdirilmiş cəza növünün icra olunması göstərilib.)     
16. (Ey İslam hakimləri) sizlərdən həmin əməli (zinanı) etmiş hər iki nəfəri (arvadı olmayan kişi ilə əri olmayan qadını ilahi cəza növünün icrası ilə) incidin. Əgər (cinayətlərinin qazının yanında sübut olunmasından qabaq) tövbə etsələr və (özlərini) düzəltsələr, onlardan vaz keçin. Həqiqətən, Allah həmişə tövbələri qəbul edən və mehribandır.     
17. Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir. 
18. Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır.     
19. Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur.     
20. Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehrlərindən əl çəksinlər).     
21. Onu necə geri alırsınız halbuki siz (cismi və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!     
22. Atalarınızın evlənmiş olduğu qadınlarla – (cahiliyyət dövründə olub) keçən istisna olmaqla – evlənməyin. Həqiqətən də, bu iş çox çirkin, (Allahın) qəzəb(in)ə səbəb olan və pis bir yoldur.
23. (Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:) analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları və bacınızın qızları, (eləcə də süd əmmək və evlənmək yolu ilə digər bir altı dəstə:) süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın – yaxınlıq etdiyiniz arvadlarınızın himayənizdə olan qızları – əgər onlarla yaxınlıq etməmisinizsə onda sizə (ananı boşayıb qızla evlənməkdə) bir günah yoxdur – eləcə də (oğulluğa götürdüyünüz deyil) sizin belinizdən olan oğullarınızın arvadları və həmçinin iki bacını bir yerdə (eyni zamanda) almaq – (cahiliyyət dövründə olub) keçən istisna olmaqla – sizə əbədi haram olunmuşdur. Həqiqətən, Allah həmişə çox bağışlayan və mehribandır.     
24. Və (həmçinin) ərli qadınlar – (müharibə zamanı kafirlərdən) əsir düşənlər istisna olmaqla – (sizə haram oldu). (Çünki onların ərsiz əsir düşmələri təlaq hökmündədir.) Bunlar (bu hökmlər) Allahın sizin üçün yazdığı və qərara aldıqlarıdır. Bunlardan (sadalanan on dörd qismdən) başqaları sizə halal oldu ki, günahdan çəkinən və zinadan uzaq halda öz mallarınızla (onlarla evlənmək) istəyəsiniz. (Sadalanan on dörd qismdən başqa) müvəqqəti evləndiyiniz qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin. Vacib mehriyyə təyin olunduqdan sonra (mehriyyənin aradan götürülməsi və ya onun azaldılıb-çoxalması barəsində aranızda) qarşılıqlı razılığa gəldiyiniz şeydə sizin üçün günah yoxdur. Həqiqətən, Allah həmişə (işlərin xeyirini) bilən və (şəriət və xilqətdə) möhkəm yaradılış sahibidir. 
25. Sizlərdən azad və möminə qadınlarla evlənməyə maddi imkanı olmayan şəxs malik olduğunuz kənizlərdən cavan və möminə qızlarla evlənsin. Allah imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (hamınız iman telləri vasitəsi ilə bir-birinizə bağlanmış bədənin üzvlərisiniz). Buna görə də sahiblərinin icazəsi ilə onlarla evlənin və mehriyyələrini zina əhli və gizlin aşnası olana deyil, namuslu olduqları təqdirdə gözəl bir tərzdə onlara ödəyin. Beləliklə əgər bu qadınlar (kənizlər) evlənəndə(n sonra) çirkin işə (zinaya) mürtəkib olsalar, onların cəzası azad qadınlar üçün olanın yarısı qədərdir. (Kənizlə evlənməyə verilən) bu (icazə) sizin (subaylıq) məşəqqət(in)dən və (zinanın) zərər(in)dən qorxanınız üçündür. Sizin üçün səbr etmək daha yaxşıdır. Allah çox bağışlayan və mehribandır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Əhzab" surəsi
Qiyamətin şahidlik evi
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Haramdan doğulan uşağın əlamətləri
VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq

 
user comment