Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün sionist yəhudi qüvvələri işğal olunmuş Fələstin torpaqlarında təsis etdikləri Ram sionist şəhərciyində 12 yaşlı fələstinli uşağa avtomat silahlardan atəş açaraq Şəhid ediblər.
Bu haqda Fələstin səhiyyə nazirliyi bəyanat verərək Muhyi Sidqi Tabaxi adlı 12 yaşllı uşağın sinə nahiyyəsindən aldığı sionist gülləsinin yarası nəticəsində Şəhid olduğunu bildirib.
Eyni zamanda sionistlər 51 yaşlı Mustafa Muhəmməd Osman adlı fələstinliyə də atəş açaraq Şəhid ediblər.
Qeyd edək ki, bu iki nəfərin Şəhid olması ilə əkeçən ilin Oktyabr ayından bu günə kimi düşmən yəhudi ünsürlər Qüds məntəqəsindən 52 fələstinlini əl Xəlil məntəqəsindən isə, 67 nəfəri Şəhid ediblər. Və hazırda 14 Şəhidin cəsədini isə, geri qaytarmaqdan imtina edirlər.