Beynəlxalq sektor: Almaniyanın Hamburq İslam Elmləri institutunun səyləri sayəsində Qurani-Kərimin alman dilində 700 səhifəlik tərcüməsi üzərində iş başa çatmışdır.
İQNA İran Quran İnformasiya Agentliyi institutun müdiri, Dialoq jurnalının baş redaktoru Məhəmməd Rəzəvi Radla söhbətləşib. O deyib: “Elə düşünürəm ki, Qurani-Kərimin təkcə tərcüməsi bəs etmir və onun məfhumları açıqlanmamış qalır. Qurani-Kərimin bir çox ayələri təfsir edilməlidir ki, əsil məna ortaya qoyulsun. Bu ehtiyacı nəzərə alaraq hazırkı ağır layihəni həyata keçirdik.”
source : www.iqna.ir