Beynəlxalq şöbə: Fələstin əsirlər komitəsi məlumat verib ki, sionist rejimi Qərb sahillərində yaşayan onlarla müsəlmanın Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə səfər etməsinin qarşısını alıb.
İQNA Quran agentliyi “Palestine Info” saytına istinadən məlumat verir ki, Fələstin əsirlə komitəsi ötən gün bəyanat yayaraq bildirib ki, sionist rejiminin qüvvələri Allah evinin zəvvarlarını İordaniya sərhəddində saxlayaraq onları sorğu sual edib əşyalarını axtarıb. Bundan sonra zəvvarlardan bəziləri sionist rejimi üçün təhlükə olduğu iddiası ilə və bəzi digərləri isə təhlükəsizliyin təmini bəhanəsi ilə Məkkəyə səfər etməsinin qarşısı alınıb. Fələstin əsirlə komitəsi sionist rejiminin zəvvarlarla etdiyi hərəkəti pisləyərək bildirib ki, bu rejimin təhlükəsizliyin təmini iddası Fələstinli zəvvarların Həcc ziyarətinin qarşısını almaq üçün bəhanədir.
source : www.iqna.ir