Mədəniyyət və incəsənət şöbəsi: Ötən gün Hindistanın “Əmruha” şəhərində “Əmirxan Dərbar” hüseyniyyəsində İslamda qadın hüququ mövzsunda konfrans keçirilib.
İQNA Quran agentliyinin məlumatına əsasən, Kəlkətə şəhərinin ruhanisi “Seyid Əthər Abbas” bildirib ki, qadınların hüquqları dünyada diqqət mərkəzindədir və bu sahədə çoxlu araşdırmalar aparılıb. “İslam qadınların hüququ haqda 1400 il bundan öncə danışıb və onlar üçün çox dəyər verir”, -deyə Abbas deyib.
O əlavə edib ki, Peyğəmbərin (s) qızı dünya qadınları üçün nümunədir və əgər bu nümunənin həyatına diqqət olunarsa İslamın ailəyə verdiyi dəyəri dərk etmək mümkündür.
source : www.iqna.ir