Azəri
Sunday 28th of April 2024
0
نفر 0

ƏHLİ-HƏDİS (3)

ƏHLİ-HƏDİS (3)

ƏQİDƏLƏR (2)

 

 

1. Xəbəri sifətlər nədir?

2. Xəbəri sifətlər barəsindəki nəzərlər hansılardır?

3. Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?

 

 

2. ƏHLİ-HƏDİSİN İNANCLARINDA XƏBƏRİ SİFƏTLƏR

Dördüncü dərsdə qısa şəkildə qeyd etdik ki, kəlam alimlərinin arasında ilahi sifətlər barədə çox güclü fikir ayrılığı yaranmışdı.

Onlar ümumi halda sifətləri iki qismə bölmüşlər:

1. Zati sifətlər;

2. Xəbəri sifətlər.

Zati sifətlər dedikdə, Allah-taalanın elm, qüdrət, həyat, eşitmək, görmək s. kamal sifətləri nəzərdə tutulur. Xəbəri sifətlər dedikdə isə, Qur᾿an ayələri rəvayətlərin zahirinin dəlalət etdiyi üz, əl, ayaq, qərar tutmaq s. sifətlər haqda danışılır. Qeyd etmişdik ki, bu kimi sifətlər Qur᾿anda rəvayətlərdə gətirildiyindən, onlara xəbəri sifətlər deyilir.

Bu bölgüdən sonra Allahın sifətlərinin zata necə bağlı olması, sifətlərin zata artırılması, yoxsa onunla eyniyyət təşkil etməsi ilə əlaqədar ixtilaf yaranmışdı. Daha çox münaqişə mübahisələrə səbəb olan digər bir ixtilaf isə, xəbəri sifətlərin necə cilvələndirilməsi ilə əlaqədardır. Bu barədə dörd müxtəlif təfsir izah yaranmışdır ki, onlardan biri əhli-hədisə əş᾿ərilərə məxsusdur.

Bu dərsdə həmin üç məzhəbi tanıtdırmaqla yanaşı, əhli-hədisin bu barədə qəbul etdiyi mövqeyi aydınlaşdıracağıq.

XƏBƏRİ SİFƏTLƏRLƏ ƏLAQƏDAR DÖRD MƏZHƏBİN MÖVQEYİ

1. Müşəbbihə məzhəbi: Bu məzhəb xəbəri sifətləri Allahın zatı üçün qəbul etmiş onlar üçün müəyyən xüsusiyyətin olduğuna da inanmışlar. Bu məzhəbdə xəbəri sifətlər insani sifətlərə təşbih edilmiş belə təsəvvür yaradılmışdır ki, Allah-taala da insan kimi iki gözə, iki ələ, iki ayağa malikdir. Şəhristaninin nəql etdiyinə görə, bunlar hətta Allahla əl verib görüşməyin mümkünlüyünü qəbul etmişlər. Onların fikrincə, xalis müsəlmanlar əgər ruhi məşğələlər vasitəsilə imanın yüksək dərəcələrinə nail olsalar, həm dünyada, həm axirətdə Allah-taala ilə qol-boyun olub görüşə bilərlər. Onlar təkcə axirətdə deyil, Hətta dünyada da Allahın görünməsini mümkün hesab etmişlər.[1]

Bu məzhəbin ardıcılları Qur᾿anda Allah haqqında işlənən ᾿birlərin hamısını, o cümlədən istiva, üz, əl, gəlmək, üstünlük sairəni heç bir təfsir yozum olmadan zahiri ᾿nalarda izah etmiş onlara e᾿tiqad bəsləmişlər.

Onların iddiasına görə, Peyğəmbəri-Əkrəmdən (s) rəvayət olunan çoxlu hədislərdə Allah üçün zahiri batini bədən üzvləri nəzərdə tutulmuşdur

2. ᾿təzilə məzhəbi: Bu məzhəbin ardıcılları xəbəri sifətlər barəsində ᾿vil yozuma inanaraq deyirlər ki, xəbəri sifətlərin hər birini, ondan əldə olunan ᾿nalarla təfsir etmək lazımdır bu kəlmələrin təkcə zahiri ᾿naları ilə kifayətlənmək olmaz. Misal üçün, «Allah-taalanın ərşdə qərar tutması» ifadəsini qüdrətin aşkar edilməsi hakim kəsilmə ᾿nasına, yaxud «Allahın əlləri» ifadəsini qüdrət ne᾿mət ᾿nasına yozmaq lazımdır.

3. Əş᾿ərilərin bir qrupu inanırlar ki, ayə rəvayətlərdə Allahın vəsf edildiyi bütün ifadə sifətlərə, onların ᾿nasında təfəkkür etmədən, təfsirə yol vermədən inanıb qəbul etməli bunların həqiqi ᾿nalarını Allahın özünə həvalə etməliyik. Buna görə bu qrupa «müfəvvizə» (həvalə edən) deyilir.

4. Əhli-hədis əş᾿əri məzhəbinin ardıcılları Allah-taala barəsində xəbəri sifətlərə inanır, o sifətlər üçün heç bir xüsusiyyət olmadığını deyir Allahı insani sifətlərə təşbih etmirlər. Onlar həmin sifətləri zahiri ᾿nalara yozur başqa ᾿nalar haqda düşünməkdən çəkinirlər.

Əhməd inbi Hənbəl «Əs-sünnə» kitabında deyir: «Allah eşidəndir şəkk etmir; görəndir, tərəddüd etmir; alimdir, cahil deyil; bağışlayandır, paxıl deyil; helimlidir, tələsməz; hifz edəndir, unutmaz; ayıqdır, xəta etməz; yaxındır, qafil olmaz; danışar, eşidər, görər, baxar, gülər, şad olar, sevər, ikrah nifrət edər, razı olar, qəzəb edər, rəhm edər, bağışlayar, əta edər, məhrum edər, hər gecə istədiyi şəkildə dünya asimanına nazil olar. Bəndələrin qəlbləri Allahın iki barmağının arasındadır ki, hər şəkildə istəsə, onları tutar, hər nəyi istəsə onda (qəlblərdə) yerləşdirər.

Allah-taala Adəmi Öz əli ilə xəlq etdi. Asimanlar yer qiyamətdə Allahın əlinin içində olacaqdır. O, qiyamət günü bir dəstəni Öz əli ilə cəhənnəmdən çıxaracaq, öz gözü ilə behişt əhlinə baxacaq, onlar da Allahı görəcəkdir. Allah mərhəmət əlaməti olaraq, onlarda təcəlli edəcək (cilvələnəcək). Öz ne᾿mətlərindən onlara verəcək. Cəza günü olan qiyamətdə bəndələr Allaha təqdim olunacaq, Allah onların hesabı ilə şəxsən özü maraqlanacaq onu heç bir şəxsə həvalə etməyəcəkdir

İbni Hənbəl daha sonra bir neçə rəvayəti nəql edir ki, onlarda Allah-taala üçün zahiri bədən üzvləri, o cümlədən əl, bilək, sinə, ayaq, barmaq, göz s. üzvlər, eləcə müəyyən fe᾿llər, o cümlədən səs, kəlam, gülüş s. qeyd edilmişdir.[2]

Əbul Həsən Əş᾿əri həmin sifətlərin Allaha aid olduğunu deyir, onların başqa ᾿nalara yozulmasından çəkinir inanır ki, Allah-taala bu sifətlərə, heç bir xüsusiyyət təşbih olmadan malikdir. O, xəbəri sifətlərin xüsusiyyətsiz olduğuna ᾿kid edir. Halbuki, ibni Hənbəl yalnız «Leysə kəmislihi şəy᾿un» ayəsini misal çəkməklə kifayətlənir. Əş᾿əri «Əl-İbanə» kitabında belə deyir:

«Həqiqətən Allah-taala Öz ərşində qərar tutmuşdur. Necə ki, Qur`an özü buyurmuşdur: «Ərrəhmanu ələl ərşistəva»; Həqiqətən Allahın üzü vardır, amma xüsusiyyətsizdir. Necə ki, Qur`an özü buyurmuşdur: « yəbqa vəchu rəbbikə zülcəlali vəl ikram»; Həmçinin iki əli vardır, amma xüsusiyyətsizdir. Necə ki Qur`an özü buyurmuşdur: «Xələqtu biyədəyyə»; Həmçinin buyurmuşdur: «Bəl yədahu məbsutətani»; Allahın xüsusiyyətə malik olmayan gözləri vardır. Necə ki, Qur`an özü buyurmuşdur: «Təcri bi ə`yunina».

O, həmin kitabın başqa bir yerində belə deyir:

Əgər «istiva barəsində fikriniz nədir?» - deyə soruşsalar, Özünün buyurduğu kimi, «Allah-taala Öz ərşində qərar tutmuşdur» deyərəm. Bu yerləşmə «qərar tutma» Ona layiq olan tərzdədir adi şəkildə başa düşülən istivadan tam fərqlənir - deyə cavab verərik

O, başqa bir yerdə deyir: «Allah-taala buyurmuşdur: «Kullu şəy`in halikun illa vəchəh». Həmçinin buyurmuşdur « yəbqa vəchu rəbbikə zülcəlali vəl ikram». Bu iki ayədə Allah-taala öz üzündən xəbər verir. Belə ki, Onun üzü fani, zavala uğrayan deyil, həlak olmazdır. «Təcri bi ə᾿yunina», «vəsnəil-fulkə» kimi ayələrdə Öz üzündən gözündən xəbər verir. Belə ki, o, müəyyən xüsusiyyətə həddə malik deyildir[3]

TƏNQİDLƏR MÜLAHİZƏLƏR

Aydındır ki, əhli-hədis əş᾿ərilər təcəssüm (Allahı cism bilmək) təşbih (Allahı cismə oxşatmaq) kimi yanlış fikirlərə düşməmək üçün, eləcə Allah-taalanı məxluqatın sifətlərindən pak münəzzəh bilmək üçün bu yolu tutmuşlar. Onlar Allahın sifətləri haqda mövcud olan ayə rəvayətlərin hər birinə imanlı olmaq, ᾿vil təfvizə düçar olmamaq üçün belə bir mövqe seçiblər.

Şübhəsiz, hər bir ᾿min şəxs Allahın Özünü vəsf etdiyi şeylərə imanlı olmalıdır. Bundan əlavə, Allah kəlamını onun zahirindən başa düşülən başqa bir ᾿naya yozmaq aşkar nəssin (Qur᾿an ya rəvayətin) əsasında olmayan yozumlara əl atmaq olmaz.

Bu zaman bir tərəfdən təşbih təcsimdən pəhriz etmək, digər tərəfdən isə əsaslı olmayan bir yozumdan qaçmaq üçün ᾿tədil orta bir mövqe seçmək lazımdır. Amma əhli-hədis əş᾿ərilərin tutduğu yol bu hədəfi ᾿min etmir. Çünki, «xüsusiyyətsiz» sözünün ümumi bir söz olmasından ondan aydın bir ᾿na başa düşülməməsindən əlavə, əsas e᾿tibarilə xüsusiyyət necə olmaq əl, göz s. sözlərin ᾿na təzahürdür. Belə ki, bu sözlərdən xüsusiyyət götürüldükdə, onların həqiqəti aradan gedir. Misal üçün, «Allah-taala hər gecə dünya asimanına nazil olur, amma bu nazilolma xüsusiyyətsizdir» - deyilsə, nazilolmanın ᾿nasını zehinlərə çatdırmaq olmaz. Çünki nazilolma məsələsində əsas ünsür hərəkətdir. Xüsusilə, dünya səması maddi bir varlıqdır ondakı nazilolma hərəkət maddi olmalıdır.

Digər irad isə xəbəri sifətlərin varid olduğu rəvayətlərlə əlaqədardır.

Tədqiqatçıların e᾿tiqadına görə, bu rəvayətlərin əksəriyyəti sənəd baxımından ᾿təbər deyildir. Buna görə yalnız Qur᾿an ayələrində səhih hədislərdə gələn sifətlərlə kifayətlənməli, onların izah yozumunda da digər səhih hədislərə istinad edilməlidir.

Bu mövzu ilə əlaqədar digər bir irad da bundan ibarətdir ki, kəlmənin zahiri ᾿nasını əxz etmək iki cür ola bilər:

Hərfi zahir cümlə ilə əlaqədar olan zahir. ᾿ni, hər hansı bir sözə cümlə tərkibində deyil, təklikdə diqqət yetirildikdə, onun leksik xüsusi ᾿nası nəzərdə tutulur. Həmin sözə cümlə tərkibində baxıldıqda, mümkündür ki, o, öz həqiqi ᾿nasında deyil, məcazi ᾿nada işlədilmiş olsun. Məsələn, «əl» kəlməsi təklikdə işlənəndə, onun bədən üzvü olması başa düşülür, amma cümlə tərkibində işləndikdə, onun məcazi ᾿nalarından biri olan güc qüdrət ᾿nasını çatdırması da mümkündür. Belə ki, «Sad» surəsinin 17-ci ayəsində bu söz məhz həmin ᾿nada işlənmişdir. Aydındır ki, bu ayə «Bizim bəndəmiz olan Davudun əlləri vardır», ᾿ni «onun bədənində «əl» adlı xüsusi bir üzv vardır» ᾿nasını çatdırmaq istəmir. Çünki ələ malik olmaq təkcə Davud əleyhissəlama məxsus deyildir.

Omonim sözlər haqda verilən izahlara diqqət yetirməklə, deyilişi yazılışı eyni olub, müxtəlif ᾿nalar verən sözlərin işlənmə qaydalarını xatırlamaq bu mübahisələrin həll olunmasında kifayət edər.

Bu fikir həqiqətdə xəbəri sifətlər barədə söylənən beşinci nəzərdir ki, onun əsasında sifətlərin zahiri ᾿nalarını götürüb, onları ᾿vil etməkdən çəkinirlər. Amma burada sifətin «hərfi zahir» (leksik ᾿nası) ᾿nasına deyil, cümlənin zahiri ᾿nasına diqqət yetirilir.

SUALLAR TAPŞIRIQLAR

1. Xəbəri sifətlərin ᾿rifini deyin.

2. Müşəbbihə məzhəbinin xəbəri sifətlər barəsindəki nəzəri nədir?

3. ᾿təzilə firqəsinin xəbəri sifətlərlə əlaqədar nəzərləri nədən ibartdir?

4. Kimlərə müfəvvizə deyilir? üçün?

5. Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzərləri nədir?

6. Əhli-hədisin xəbəri sifətlər barədə irəli sürdükləri nəzəriyyəyə tutulan iradları izah edin.



[1] Şəhristani, Əl-miləl vən-nihəl, 1-ci cild.

[2] İbni Hənbəl, «Əs-sünnə» kitabı.

[3] Əş᾿əri, «Əl-İbanə» kitabı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“BISMILLAHIN” LƏTIF GÖRÜNTÜLƏRI-1
"Əhzab" surəsi
Qiyamətin şahidlik evi
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Haramdan doğulan uşağın əlamətləri
VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir

 
user comment