Beynəlxalq şöbə: Avropada yaşayan müsəlman tələbələr və gənclər təşkilatının illik iclası tir ayının 8-dən Belçikanın paytaxtı Bruseldə başlanır və bu ayın 13-nə kimi davam edəcək.
İran Quran Xəbər Agentliyi : «saphirnews» xəbər bürosunun məlumatına əsasən, Avropanın islam təşkilatlarının yüzlərlə gənc və tələbə üzvləri, Fransanın Burdu şəhər məscidinin İmam camaatı Tareğ Ubru, Avropa parlamentinin üzvü və Pakistanda yaşayan müsəlman Səccad Kərim, eləcə də, Belçika parlamentinin müsəlman nümayəndəsi Uzdəmir bu islam yığıncağında iştirak edəcəklər.
Avropanın müsəlman tələbə və gənclər təşkilatı öz illik yığıncaqlarında gələcək nəslin şəraitinin yaxşılaşdırılması naminə müsəlmanlara elan etdi: Bu iclas Avropada yaşayan müsəlmanların gələcək nəslinin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm bir addımdı, dini və rəsmi şəxslərə münasib proqramların hazırlanması və mühüm qərarların alınmasında, Avropada yaşayan müsəlmanların çətinliklərinin aradan qaldırılmasında kömək olacaq.
source : ایکنا