«Sadko» və «Ben-Qurion» hava limanı eyni memarlıq üslubunda tikilib
Bakıda Bulvardakı kafedə sionist izi
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının dənizkənarı bulvarında edilən dəyişikliklər məşhur “Sadko” kafesindən də yan keçməyib. Məlum olduğu kimi, kafe yenidən tikilir və tamamilə başqa bir görmək alacaq. Ilk baxışdan tikinti bumu gedən bir şəhərdə burda təəccüblü bir şey yoxdur. Lakin kafenin yeni görkəmi diqqəti cəlb edir.
“Sadko” kafesi ətrafından dənizə ayrı-ayrı tərəflərə 15 metr uzunluğunda 8 çıxıntı olacaq. Tam ortada kafe tikiləcək. Qeyd edək ki, “Sadko” kafesi yeni görünüşü ilə Dubaydakı məşhur Plam Cumeirah süni adasına bənzəyir. Bunu fotoları müqayisə edəndə aydın görmək mümkündür. Ancaq “Sadko”nun daha bir bənzərliyi daha çox diqqəti çəkir. Belə ki, bu günlərdə Israilə ət keçirən azərbaycanlı nazirin saxlanıldığı Təl-Əvivin Ben-Qurion hava limanının dizaynı eynilə “Sadko”nun bənzəridir. Şəkillərə baxanda da bunu demək mümkündür. Sadəcə fərq çıxıntıların sayındadı. Əgər “Sadko” kafesində ayrı-ayrı tərəflərə səkkiz çıxıntı olacaqsa, Ben-Qurion hava limanında bu çıxıntıların sayı altıdı. “Sadko” kafesinin hansı şirkət tərəfindən inşa edildiyini aydınlaşdırmaq hələ ki, mümkün olmayıb. Lakin bir məqama xüsusi diqqət yetirmək lazımdır. Israildə adətən, inşa edilən obyektlər yerli memarlıq üslübünda olur. Görünür, “Sadko”nun Ben-Quriona bənzəməsi təsadüfi deyil. Dənizkənarı bulvardakı məşhur kafenin də Israil üslubunda tikinldiyini ehtimal etmək olar. Tikintiyə cavabdeh qurumların niyə yerli deyil, Israil memarlığına üstünlük verməsi isə hələlik bəlli deyil.
source : ابنا