Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Həzrət Peyğəmbərimizin (s) yolunu azmış rəhbərlərlə bağlı nigarançılığı

  Həzrət Peyğəmbərimizin (s) yolunu azmış rəhbərlərlə bağlı nigarançılığı

 

Peyğəmbərimizin (s) ciddi narahatlığından biri də yolunu az‌mış rəhbərlər haqdadır. Hansılar ki, öz‌başı‌na‌lıq edir, gü‌nü‌nü eyş-işrətlə keçirir, lovğalanır və yalnız şə‌h‌‌‌vətinin qeydinə qalırlar.

İslam peyğəmbəri (s) bu barədə buyurur:

“Mən öz ümmətim üçün yolunu azmış rəhbərlərdən qor‌xuram”.[1]

Əhli-sünnə qardaşlarımızdan nəql olunur ki, ikinci xəlifə Ömər yəhudilərin məhşur alimlərindən olan səma‌vi kitablar[2] bili‌cisi Kəbül Əhbara dedi: “Sənə sualım var, ca‌vab verməli, haq‌qı gizlətməməlisən”.

O, dedi: “Allaha and olsun ki, düzünü deyəcəyəm”.

Ömər soruşdu: “İslam ümməti üçün ən çox nədən qor‌xur‌san?”

Cavab verdi: “Yolunu azmış rəhbərlərdən”.

‒ “Düz deyirsən. Peyğəmbər (s) də elə bundan qorx‌du‌ğunu bizə demişdi”.[3]

Buna görə də İslam peyğəmbəri (s) müxtəlif vaxtlarda İmam Əlinin (ə) İmam Həsən (ə) və İmam Hüseynin (ə) ima‌mət[4] və xilafətinə[5] təkid etmişdi. O həzrət qorxurdu ki, yo‌lu‌nu azmış rəhbərlər səhnəyə gələrək onun neçə il‌lik zəhmətini hə‌dər etsinlər.

Tarixçilər nəql edirlər ki, Peyğəmbərimiz (s) ömrünün axır gü‌nlərində səhabələrə Usamənin dəstəsilə birlikdə şə‌hərdən çıx‌malarını və Roma ilə döyüşə getmələrini istə‌yirdi. Həzrət buyurmuşdu: “Allah Üsamənin dəs‌tə‌sindən çıxanlara lənət etsin”.[6]

O həzrət bir qrupu Üsaməyə qoşaraq şəhərdən çıxarmaq istəyirdi ki, Əmirəl-mömininin (ə) hakimiyyətə gəlməməsi üçün təxribat törətməsinlər.[7] Amma onlar Mə‌dinənin kə‌na‌rında çadır qurub döyüşə getmədilər...[8]

...Nəhayət, gecə vaxtı Mədinəyə qayıtdılar. Həzrət Pey‌‌ğəm‌bər (s) bunu biləndə buyurdu: Bu gecə Mədinədə bö‌yük şərr ya‌randı. Bir qrup mənim əmrimdən çıxıb, Usa‌mədən ayrılıb, Mə‌dinəyə gəliblər. Bilin ki, mən Allahın yanında onlardan bezaram. Usamə ilə hərəkət edin!”

 Bu cümləni həzrət daim təkrarlayırdı.[9]

 

Həzrət Peyğəmbərin (s) ümməti üçün üç duası

İmam Əli (ə) həzrət Peyğəmbərimizin (s) belə bu‌yur‌du‌ğu‌nu deyir: “Allahdan ümmətim üçün üç şey istədim. Allah-ta‌ala onların ikisini qəbul etdi və birini üm‌mətimi imtahan et‌mək üçün qəbul etmədi.

1.         Allahdan istədim ki, İlahi, mənim ümmətimi aclıq və qəhətliklə öldürmə. Bu qəbul olundu.[10]

2.         Allahdan istədim ki, müşrik və kafirlər mənim üm‌mətimə ağalıq etməsinlər. Bu istəyim də qəbul olun‌du.[11]

3.         Allahdan istədim ki, ümmətim öz aralarında yo‌lu‌nu azmış rəhbərlərə düçar olmasınlar. İşləri o yerə çat‌ma‌sın ki, öz aralarında çəkişmə və qardaş qırğını baş versin. Amma mənim bu istəyim ümmətin imtahanı üçün qəbul olunmadı.[12]

Bir başqa hədisdə o həzrət buyurur:

“Mənim ümmətim üçün ən çox qorxduğum şey, onların malının çoxalması və mallarının daha da artması üçün bir-birinə həsəd aparmaları, bir-birilə döyüşmələridir”.[13]

 

Azğın rəhbərlərin hakim olmaması üçün əziz Peyğəmbə‌ri‌‌mizin (s) zəhmətləri

Əziz Peyğəmbərimiz (s) özündən sonra ümməti azğın rəh‌bər‌lərə giriftar olmasın deyə çox çalışdı. O həzrət dəfələrlə bu‌yur‌muşdu ki, həzrət Əlini (ə) və Əhli-beyti (ə) tərk etməyin ki, yolunuzu azmayasınız.[14]

Həzrət özündən sonra bir sıra çıraqlar və əlamətlər qoymuşdu ki, yolunu azmış rəhbərlər və batil yollar tanınsın, beləliklə də, ümməti yolunu azmasın.

Müaviyənin dəstəsinin batil olduğunu aydınlaşdırmaq üçün buyurmuşdu:  “Əmmarı qətlə yetirən qrup yolunu azmış və sitəmkardır”.[15]

Həzrət bəzi xanımlarının, Təlhə və Zübeyrin Cəməl döyü‌şün‌də haqq olmadıqlarını bildirmək üçün həyat yoldaşlarına mü‌raciətlə buyurmuşdu: “Kaş biləydim, si‌z‌lər‌dən hansınızın üs‌tünə Həvabda[16] itlər hürəcək?![17]

Buna görə də Ayişə Cəməl döyüşünə gedən zaman yol‌da itlər ona hürdü. Soruşdu ki, bu yerin adı nədir?

Dedilər ki, Həvab. O, Peyğəmbərin (s) sözlərini yadına salıb qayıtmaq istədi, amma Təlhə və Abdullah ibn Zü‌beyr o yerin adının Həvab olmadığını söylədilər. Amma o inanmırdı. Bunu gör‌dükdə onlar əlli nəfər şahid gətir‌dilər. Onlar and içdilər ki, bu yerin adı Həvab deyil. O bun‌dan sonra şahidlərin sözünü qəbul etdi və onların hər birinə libas və bir miqdar yemək verdi. [18]

Əlbəttə, həzrət Peyğəmbərimizin (s) hədisləri də var idi ki, İmam Əli (ə) ilə düşmənçilik və onunla döyüşmək, həzrət Peyğəmbərlə (s) döyüşmək kimidir...

 

Həzrət Peyğəmbər (s) Əhli-beytin (ə) tərk

edilməsindən nigaran idi

İbn Abbas nəql edir ki, həzrət Peyğəmbərimiz (s) bir xüt‌bə‌sin‌də buyurdu:

“Ey camaat! Allah-taala mənə vəhy etdi ki, tezliklə sizin ara‌nızdan gedəcəyəm. Bilin ki, əmioğlum Əli (ə) qar‌‌daşım, ca‌ni‌şinim və məndən sonra xəlifəmdir, imam‌dır. Əgər ona itaət et‌səniz, Allaha itaət etmiş, itaət etmə‌sə‌niz, Allaha qarşı günah et‌miş olursunuz. Allah-taala Qur‌anı mənə nazil etdi. Əli (ə) onun təfsirçisidir. Hər kəs Quranla müxalifətçilik edərsə, yo‌lunu azacaq və hər kəs Əlidən (ə) başqasına itaət etsə, xar və zəlil olacaq.

Ey camaat! Qiyamət günü mən, Əhli beytim (ə), nəs‌lim və sizlər hamılıqla toplaşacağıq. Onda mən sizdən iki ağır əma‌nət haqqında soruşacağam. Məndən sonra bu ikisi ilə necə rəf‌tar edəcəyinizə diqqət edin. Hər kəs on‌lara əziyyət etsə, mənə əziy‌yət etmiş və hər kəs onlara zülm etsə, mənə zülm etmişdir. Hər kəs onlarla dost olsa, mə‌nimlə dost olmuş, hər kəs onlara hör‌mət etsə, mənə hörmət etmişdir. Hər kəs onlardan başqa nicat yolu ax‌tarsa, məni inkar etmişdir. Allahdan qorxun və diqqətli olun ki, sabah Qiyamət günü nə cavab verəcəksiniz?! Bilin ki, Quran və Əhli-beytimə (ə) düşmən olan kəsə mən də düşmənəm. Mən hər kəsə düşmən olsam, onun nə‌sibi əzab olacaq”. [19]

Baxmayaraq ki, Peyğəmbərimiz (s) buyurmuşdu ki, Quran və ailəm bir-birindən ayrılmayacaq və sizin ni‌ca‌tı‌nız onların hər ikisindən möhkəm yapışmağınızdadır, amma bəziləri elə əv‌vəldən bunu əməldə inkar edərək: “Allahın kitabı bizə ki‌fayətdir.”-dedilər, nəticədə, nə Qu‌ra‌na əməl etdilər və nə də Əhli-beytə (ə) tabe oldular. [20]

 

Əziz Peyğəmbərimizin (s) haqqı tapmaq üçün

çalışmaq haqda tövsiyəsi

Əziz Peyğəmbərimiz (s) dəfələrlə tapşırıb ki, camaat haqqı tap‌maq üçün çox çalışsın, ona tabe olsun, batildən və yolunu az‌mış rəhbərlərdən uzaqlaşsınlar. O həzrət bu barədə bu‌yurur:

“Ey camaat! Ey camaat! Məndən sonra ümmətim ara‌sında ixtilaflar baş qaldırdığını və onların firqələrə ayrıldıqlarını gör‌səniz, həqiqəti tapıb ona tabe olmağa çalışın. Əgər bir kəs haqq dinə itaət etsə, hətta günahkar olsa belə, tövbə etməsilə gü‌nahı bağışlanır. Yox, əgər batil dində olsa və yolunu azmış rəh‌bərə itaət edərsə, hət‌ta saleh əməl sahibi olsa belə, batil dində etdiyi yaxşı əməlləri qəbul olunmayacaq”.[21]

 


 

Azğın rəhbərlərin hakimiyyətə gəlməməsi üçün həzrət Peyğəmbərimizin (s) tövsiyəsi

Həzrət Peyğəmbər (s) ümmətinin hidayətinə xüsusi diq‌qət yetir‌diyindən, onların yolunu azmış rəhbərlərə düçar ol‌ma‌ma‌sı üçün iki göstəriş vermişdir. Əgər camaat on‌lara əməl etsə, heç vaxt yolunu azmış rəhbərlər onlara ağalıq edə bilməzlər.

1.         Heç bir müsəlmanın zalıma kömək etmək və onun əlal‌tı‌larından olmağa haqqı yoxdur. Əksinə, hamı məz‌luma kö‌mək olmalıdır. İmam Sadiq (ə) buyurub:

“Əgər Bəni-Abbasın köməkçiləri olmasaydı, heç vaxt bizim haqqımızı qəsb edə bilməzdi”. [22]

Hamı bir-birini yaxşı işlərə əmr etməli və pis işlərdən çə‌kin‌dirməlidir[23]. Yoxsa zalım cürətlənib öz günahlarını açıq şə‌kil‌də həyata keçirər və özünə tərəfdar toplayaraq,

tədricən cəmiyyəti öz əlinə alıb, camaata ağalıq edər.

Əziz Peyğəmbərimiz (s) bu barədə buyurur:

“Həmişə yaxşılığa əmr edin və pislikdən çəkindirin. Əgər belə etməsəniz, pisləriniz sizə hakim olacaq. Bu hal‌da, yax‌şılarınız dua etsələr də, duaları qəbul olun‌ma‌yacaq”.[24]

Buna oxşar hədislər başqa məsumlardan (ə) da nəql edil‌miş‌dir.[25]

Bəs nə üçün yaxşı insanların zalımların əleyhinə etdikləri dualar qəbul olunmasın?

Çünki onlar pisliyə qarşı çıxmadıqları[26] üçün günah‌kar‌dırlar. Tövbə edib səhvlərini düzəltməlidirlər. Necə ki, Allah-taala Quranda buyurur:

“Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyiş‌mədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz.[27]

 

Yolunu azmış rəhbərlərə kömək haramdır!

Yolunu azmış, fasiq rəhbərlərə kömək etmək, onları təb‌liğ etmək və onlara səs vermək doğru deyil.

Əziz Peyğəmbərimiz (s) bu barədə buyurur:

“Qiyamət günü bir səs yüksələr: Haradadır zalımlara kö‌mək edən, hətta zalımın mürəkkəb qabına pambıq qo‌yan, on‌la‌rın xeyrinə qələmi mürəkkəbə batıran və on‌la‌rın kisələrinin ağ‌zını bağlayanlar?! Onların hamısını bir yerdə məhşərə gə‌tirin!” [28]

İmam Sadiq (ə) buyurur: “Onlara məscid tikməkdə[29] belə kö‌‌mək etmə”.[30]

 

Səfvanın dəvələrini Haruna kirayə verməsi

Abbasi xəlifəsi Harun ər-Rəşid Həccə getmək üçün Səf‌van Cəm‌‌maldan (dəvəçi) kirayə dəvələr aldı. Səfvan (yed‌dinci imam) Musa İbn Cəfərin (ə) yaxın tərəf‌dar‌la‌rın‌dan idi.

Bundan sonra o Musa ibn Cəfərin (ə) hüzuruna getdi. İmam (ə) ona buyurdu:

“Ey Səfvan! Sənin hər bir işin yaxşıdır, birindən baş‌qa”.

Səfvan deyir ki, o həzrətə dedim: “Sənə fəda olum, han‌sı işim düzgün deyil?! Buyurun onu düzəldim”.

İmam (ə) buyurdu: “Sən öz dəvələrini Haruna kirayə verir‌sən”.

Ərz etdim: “Allaha and olsun ki, mən dəvələrimi ov‌çu‌luq et‌məsi və ya kef çəkməsi üçün ona verməmişəm. Də‌vələrimi ona Həcc mərasimi üçün vermişəm və özüm də onunla bir‌lik‌də get‌mi‌rəm, öz nökərlərimi dəvələrə bax‌‌maq üçün gön‌dərirəm”.

Həzrət (ə) buyurdu: “Məgər sənin kirayən Harunun əlin‌də de‌‌yilmi?! Sən istəmirsənmi ki, o sağ-salamat Həc‌dən qayıtsın və sənin pulunu versin?!”

Ərz etdim: “Bəli, istəyirəm”.

Həzrət (ə) buyurdu: “Mömin, gərək, zalımın, hətta bir saat belə sağ qalmasını istəməsin. Hər kəs onların sağ‌lı‌ğı‌nı istəsə, on‌‌lardan olacaq. Hər kəs onlardan olsa, Cəhən‌nəm atəşinə da‌xil olacaq”.

Dəvəçi Səfvan deyir: “Elə ki, Həzrətin (ə) hüzurunu tərk etdim, fikirləşdim ki, dəvələri kirayə edən Ha‌run‌dur, daha im‌tina edə bilmərəm.

Gedib bütün dəvələrimi satdım. Xəbər Haruna çatdı. Məni yanına çağırtdırıb dedi:

-Mənə xəbər veriblər ki, sən bütün dəvələrini satıbsan.

Dedim ki: “Bəli”.

-Nə üçün?

-Mən qocalmışam, daha onların dalınca çölə gedə bilmirəm. Qulamlarım da onlara yaxşı baxa bilmirlər.

-Heç vaxt! Heç vaxt! Bu sənin dəvələri satmağının də‌li‌li deyil. Mən bilirəm kim sənə deyib. Hökmən Musa ibn Cə‌fərin işidir.

Dedim: “Mənim onunla nə işim var?!”

Harun dedi: “Əgər mənimlə keçmişdəki yaxşı rabitən olmasaydı, səni öldürərdim. Onlara görə səndən keçirəm”.

Beləliklə də, onun yanından salamat qayıtdım”.[31]

 

--------------------------------------------------------------------------------

[1] “Biharul-ənvar”, 74/163

[2] Məqsəd Allah tərəfindən nazil olan, göndərilən kitablar və səhifələrdir.— Red.

[3] Müttəqi Hindi, “Kənzül-Ümmal”, 14293

[4] İmamlıq— Red.

[5] Xəlifəliklərinə— Red.

[6] “Biharul-ənvar”, 30, 432

[7] Bu, həzrətin hədəflərindən biri kimi hesablanır.— Red.

[8] Müəyyən məsləhətlərə görə orijinalda adları çəkilən şəxslərin adlarını tərcümədə gətirməkdən imtina etdik. Allah ümməti təfriqə və ixtilafdan qorusun! — Red.

[9] “Biharul-ənvar”, 28, 109

[10] İslam tarixində müsəlmanlar arasında heç vaxt qəhətlik olmamışdır. Baxmayaraq ki, müsəlmanlar arasında bəzi vaxtlar quraqlıq və qıtlıq görünmüşdür. Lakin bu çətin‌lik‌lərin əsas səbəbi müdiriyyətin düzgün aparılmaması, mömin və bacarıqlı kadrların vəzifəyə gəlməməsi olmuşdur. Necə ki, Peyğəmbərimiz (s) buyurur: “Mən öz ümmətim üçün kasıbçılıqdan deyil, düzgün və nizamlı olmayan proqramlardan qor‌xuram”. “Əvalil-ləali”, 4/39.

[11] Baxmayaraq ki, müsəlmanlar bəzi döyüşlərdə məğlub olmuşlar, lakin tarix boyu Kafir‌lər uzun müddət müsəlmanlara rəhbərlik etməmişlər.

[12] “Biharul-ənvar”, 22/443

[13] Vram ibn Faris, “Məcmuətu Vram”, 1/128.

[14] “Vəsailüş-şiə”, 27/204

[15] “Biharul-ənvar”, 33/15

[16] Yer adıdır.— Red.

[17] “Biharul-ənvar”, 18/111

[18] Mirzə Hüseyn Nuri, “Müstədrəkül-Vəsail”, 17/ 448.

 

[19] “Biharul-ənvar”, 23/153

[20] “Biharul-ənvar”, 22/473

[21] Mirzə Hüseyn Nuri, Müstədrəkül-vəsail” 1/169

[22] “ əl-Kafi”, 5/106

[23] Bunun açıqlaması şəriət risalələrində “əmr be məruf və nəhy əz münkər” bölümlərində gəlmişdir.— Red.

[24] “Biharul-ənvar”, 9, 378.

[25] “ əl-Kafi”, 5, 56

[26] O da gizli qalmasın ki, zamana və şəraitə görə həm yaxşılığa əmr etmək və həm də pislikdən çəkindirməyin özünün dərəcələri var. Bəzən insan təqiyyəyə görə sadəcə qəlbində etiraz etməlidir. Bəzən bu etiraz müxtəlif taktikalar və zərif üsullarla həyata keçirilir. Əsas, insanın haqqı daim ayaqda görmək və batili məhvə məhkum bilmək ruhunu qoruyub saxlamasıdır. Diqqət olunsun! — Red.

[27] “Rəd”, 11

[28] “Vəsailüş-şiə”, 17/181

[29] Bəzən insanın zehninə gəlir ki, zalımlar, adətən, pis işlər görürlər. Buna görə də onların zahirdə yaxşı işlər gördüyünü gördükdə adam aldana bilər. İşin zahiri dindir, amma əslində məqsəd nəfsə pərəstişdir. Meyar şəxsin niyyəti və etdiyi əməllərdir. Araşdırma və düşünmə möhtərəm oxucuya buraxılır.— Red.

[30] “Vəsailüş-şiə.”, 17/18

[31] “Vəsailüş-şiə”, 17/182


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR

 
user comment