Azəri
Sunday 16th of June 2024
0
نفر 0

Həzrət Peyğəmbərin (s) alimin yolunu

 Həzrət Peyğəmbərin (s) alimin yolunu

 

Həzrət Peyğəmbərin (s) alimin yolunu

azmasından nigarançılığı

 

Əziz Peyğəmbərimiz (s) buyurur:

“Mən özümdən sonra alimlərin büdrəməsindən qor‌xu‌ram”.[1]

Əziz Peyğəmbərimiz (ə) camaatın yolunu azmış alimə itaət edərək haqdan uzaqlaşmasına görə nigaran idi. Bu‌na görə də camaatın nicatı üçün düzgün yolu göstərmiş və buyurmuşdur:

“Mən özümdən sonra ümmətimin büdrəmiş alimə itaət etməsindən qorxuram. Mən nicat yolunu sizlərə gös‌tə‌ri‌rəm. Nicat yolu ondadır ki, səbir edin, qoy yolunu az‌mış alim düz yola gəlsin. Onun səhvində ona itaət et‌məyin”.[2] [3]

 

Ümmətdən iki sinifin yolunu azması

Əziz Peyğəmbərimiz (s) buyurub:

“Ümmətimdən iki sinif islah olarsa, onların qalanı da is‌lah olacaq, yolunu azarsa, qalanı da yolunu azacaq”.

Həzrətdən (s) soruşdular: “Onlar hansılardır?”

Buyurdu: “Ümmətin fəqihləri (din alimləri) və hakim‌lə‌ri”.[4]

Bəli, camaat öz hakim və alimlərinin dinindədir[5]. Necə ki, hədislərimizdə ona işarə edilmişdir.[6]

 

Quranı bilən münafiq

Əziz Peyğəmbərimiz (s) buyurub:

“Ümmətimin yolunu azmasına səbəb olacaq şeylərin üçün‌dən ən çox qorxuram. Birincisi, alimin büdrəməsi, ikin‌cisi, mü‌nafiqin Quran ayələrinə söykənərək dəlil-sü‌but gətirməsi, üçün‌cüsü isə, dünyanın sizə üz gətirməsi nəticəsində ru‌hu‌nu‌zun çirklənməsi”.[7]

Bir başqa hədisdə İmam Əli (ə) buyurur:

“Fasiq alim və cahil abiddən uzaq durun. Çünki Pey‌ğəm‌bərdən (s) eşitdim ki, ey Əli, mənim ümmətimin hə‌lakı ikiüzlü, şirin dilli və Qurandan (şeytani niyyətlə-Red.) istifadə edən münafiqin əli ilə olacaq”.[8]

Həzrət Əli (ə) Əziz Peyğəmbərimizin (s) ona belə bu‌yur‌‌du‌ğunu nəql edir:

“Mən ümmətim üçün nə mömin və nə də müşrikdən qor‌xuram. Çünki Allah-taala mömini imanı vasitəsilə camaatı az‌dır‌maqdan saxlayar. Müşriki şirki səbəbilə müsəlmanların ya‌nın‌da xar və zəlil edər (onun sözlərinə qulaq asmazlar). Mən si‌zin üçün ikiüzlü münafiqdən qor‌‌‌‌xuram ki, sizin qəbul et‌di‌yi‌niz əhkamı və Quranı bilir, si‌zin bildiklərinizi danışır, amma bəyən‌mədik‌ləri‌ni‌zi edir”.[9]

Qurandan dəlil gətirən və camaatın qəlbinə şübhə sa‌lan münafiqin xətəri kafir və müşrikdən çoxdur. Çünki mü‌na‌fiq zahiri gözəl və məntiqli sözlərlə digərlərini al‌dadır və yolundan azdırır.

 

 


 

Saleh alimlərin vəzifəsi

Əziz Peyğəmbərimizin (s) camaata olan xüsusi diq‌qə‌tinə görə onlara doğru yol göstərmək, zamanın haqq İma‌‌mının (ə. f.) böyük qeybdə olduğu dövrdə xalqı büd‌rə‌mələrdən qoru‌ma‌ğı alimlərin öhdəsinə qoymuşdur.

O həzrət buyurmuşdur:

“Bidətlər[10] ümmətim arasında baş qaldıran zaman alim el‌mini aşkar etməlidir[11]. Etməsə, Allahın lənəti ona olacaq”.[12]

Başqa bir hədisdə isə buyurmuşdur:

“Camaata lazım olan elmi gizlədən və onlara yol gös‌tər‌mə‌yən şəxsin Qiyamət günü ağzına atəşdən yüyən vu‌rulacaq”.[13]

 

 

--------------------------------------------------------------------------------

[1] “Biharul-ənvar”, 70, 150

[2] Bu hədis göstərir ki, birincisi, hətta din alimi olmasına rəğmən şəxs səhvlərə, gü‌nah‌lara düçar ola bilir. İkincisi, meyar şəxslərin sözləri, əməlləri deyil, haqdır. Buna əsa‌sən hər hansı bir alim ilahi təqvaya riayət etməzsə, ona itaət olunmamalıdır. Əziz Pey‌ğəmbərimizin (s) bu sözü hər şeyi gözləri, qulaqları ilə ölçüb öz səhv əməllərini belə, alimlərə bağlayanlara cavabdır. “Filankəs belə edirdi, belə deyirdi”, “əgər belədirsə, bəs onda niyə filankəs belə edir?”-kimi sözlər bu hədis qarşısında keçərsizdir. İmam Əli (ə) də buyurub ki, haqqı tanı ki, haqq əhlini də tanıyasan”.— Red.

[3] Şeyx Səduq, “əl-Xisal”, 1/164

[4] “Biharul-ənvar”, 2/49

[5] Camaat öz hakim və alimlərinin dinindədir. Bir az düşünən şəxs bunun doğruluğunu təsdiq edəcək. Görürsən ki, ölkə başçısı və alimlər, başbilənlər sağlam olduqda adi camaat da onlara tabe olduğu üçün sağlam olur, onlar yolu səhv getdikdə xalqı da arxalarınca çəkib aparırlar.—Red.

[6] “Kəşful-ğümmə”, 2/21: “Camaat öz hakimlərinin dinindədir” bölümü.

[7] Şeyx səduq, “Xisal”, 163; “Biharul-ənvar”, 70/92

[8] “Biharul-ənvar”, 2/106

[9] Seyid Rəzi, “Nəhcül-bəlağə”, 385

[10] Din adı ilə dində yaradılan yeniliklər.— Red.

[11] Doğrudur, müəyyən qədər dini bilgilərə yiyələnənlərə də öz elmi səviyyələrinə uyğun alim demək olar. Amma, adətən, alim dedikdə, din elmləri mütəxəssisləri nəzərdə tutulur. Buna baxmayaraq, digər müsəlmanlar və möminlər də dəvətin şərt‌lərinə əməl etməklə digərlərinə qardaşlıq əli uzada bilərlər. Yenə də unutmayaq ki, zaman, məkan və şəraitə görə dəvətin növləri və dərəcələrində dəyişiklik yaranır. Məsələn, günahkarın əməlinə zahiri mimika ilə reaksiya verməyin özü də bir pis‌likdən çəkindirmə sayılır. Təfərrüatını şəriət alimlərinin risalələrində axtarın.— Red.

[12] “Vəsailüş-şiə”, 16/ 270

[13] “Biharul-ənvar”, 2/78.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Bilirsinizmi şəban ayında ən üstün əməl hansıdır?
Zina haqqında
Şəvval ayını 1-ci günü
Bütün bədbəxtliklərin açarı
Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi ...
TƏHRİFİN MƏNA VƏ NÖVLƏRİ
MƏHƏMMƏD FIZULININ FƏLSƏFI GÖRÜŞLƏRI (5)
BEYTÜL-MALI TALAYANLARA CIDDI XƏBƏRDARLIQ
İslam dini və elm
Onuncu imam həzrət Əli İbn Məhəmməd (ə)

 
user comment