Azəri
Sunday 21st of July 2024
0
نفر 0

Avqustun 1-də niyə oruc tutmaq lazımdır?

Avqustun 1-də niyə oruc tutmaq lazımdır?

Bu saatadək avqustun 1-nin Şəban ayının 30-u, yaxud Ramazan ayının 1-i olması hələ ki, məlum deyil. Bu baxımdan, avqustun 1-də yuxarıda deyilən niyyətlərdən (qəza, müstəhəb) biri ilə oruc tutmaq vacibdir. Əgər gün ərzində mübarək ayın daxil olması məlum olsa, sadəcə, niyyət Ramazan ayının orucuna çevrilir.

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: Məlum olduğu kimi, qəməri aylarının başlanması və qurtarması Ayın görünməsi ilə müəyyən edilir. "Ayın görünməsi" dedikdə, birgünlük Ayın vizual (o cümlədən, iriləşdirən cihazlarla) görünməsi nəzərdə tutulur. Lakin, birgünlük Ay çox nazik olduğundan və buludluq, səmanın toz-torpaqla tutulması kimi amillərin nəticəsində, onu görmək müəyyən çətinliklərlə müşayiət olunur. Bu səbəbdən, qəməri ayının başlanması və qurtarması heç də həmişə öncəki gecədə məlum olmur. Bu məsələ, mübarək Ramazan ayında xüsusi aktuallıq kəsb edir. Belə ki, mübarək ayda mömin və möminələrin üzərində vacibi orucun tutulması vəzifəsi mövcud olduğundan, ayın başlanmasını və qurtarmasını bilmək çox əhəmiyyətlidir. Müqəddəs dinimiz, hər məsələdə olduğu kimi, bu mövzuda da dəqiq vəzifələr müəyyən etmişdir. Şəban ayının axırıncı günü - ayın 30-u, yaxud Ramazan ayının əvvəli - ayın 1-i olması məlum olmayan gündə üzrlü səbəbi olmayan mükəlləfin vəzifəsi - oruc tutmaqdır. Bu zaman niyyəti Ramazan ayının orucu kimi tutmaq olmaz - çünki, Ramazan ayının daxil olması dəqiq məlum deyildir. Qəzası olan - qəza niyyətilə, qəzası olmayan - kiminsə qəzası niyyətilə, yaxud müstəhəb oruc niyyətilə həmin gündə oruc tutmalıdır. Əgər gün ərzində mübarək Ramazan ayının daxil olması məlum olsa, sadəcə niyyəti dəyişmək kifayətdir. "Niyyəti dəyişmək" dedikdə, hansısa sözləri demək gərək deyil. Sadəcə insan müəyyənləşir ki, "tutduğum oruc - artıq Ramazan ayının orucudur", bu, kifayət edir.

Bu il avqustun 1-i - məhz belə günlərdəndir. Bu saatadək avqustun 1-nin Şəban ayının 30-u, yaxud Ramazan ayının 1-i olması hələ ki, məlum deyil. Bu baxımdan, avqustun 1-də yuxarıda deyilən niyyətlərdən (qəza, müstəhəb) biri ilə oruc tutmaq vacibdir. Əgər gün ərzində mübarək ayın daxil olması məlum olsa, sadəcə, niyyət Ramazan ayının orucuna çevrilir.

Allah Təala cəmi ibadət və itaətlərimizi qəbul etsin!


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Obaşdanda şiriniyyatdan istifadə etməyin!
İsntanbulda Fars dili də tərcümə dərsləri başlayıb
Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq

 
user comment