İordaniya xalqı ötən cümə namazının ardından hökumətin idarəçilik işlərinə etiraz etmək məqsədilə nümayiş təşkil edib.
Quran Xəbər Agentliyi : Ölkədə nəşr edilən müstəqil “Susənə” qəzetinin yazdığına görə, İordaniyada fəaliyyət göstərən İslami hərəkat İordaniya rəhbərliyinin konstitusiyada köklü islahatlar aparması istəyilə cümə namazının ardından paytaxt Əmmanda etiraz nümayişi təşkil etməyə dəvət edib.
Əmmanda təşkil edilən etiraz aksiyası “Hüseyn (ə)” məsciddən başlayaraq Rəsul-eyn bölgəsinə qədər davam edib.Xəbərdə həmçinin bildirilir ki, sentyabrın 8-i ölkə rəhbərliyinin islahatlar aparması tələbilə bir qrup şəxs Məclis binası qarşısında piket təşkil edib.
source : ایکنا