Həmasın sözcüsü Xalid Məşəl Tehrandakı konfransda od püsgürdü.
Bizim Müqavimətdən savayı yolumuz yoxdur
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən: Həmasın sözcüsü Xalid Məşəl Tehrandakı konfransda od püsgürdü.
"Kursor" saytına istinadən verdiyi xəbərə görə, Tehranda keçirilən Fələstini Müdafiə üzrə Beynəlxalq konfransda, Qəzzadakı Həmas siyasi-hərbi birləşməsinin Dəməşq şəhərində yerləşən təşkilatının rəhbəri Xalid Məşəl, Fələstin-İsrail münaqişəsinə toxunaraq belə deyib:
"Mənə elə gəlir Ərəb Dünyası bir gün anlayacaq ki, Həmasın müqavimətdən savayı yolu yoxdur. Sionist rejimi ciddi zərbələr almayınca, tam zəifləməyincə və ərazilərimizi tərk etməyincə müqavimət övladlarının nəyə qadir olduğunu hiss edib görəcəkdir."
source : ابنا