Vəkil Anar Qasımov: "İslamçılara verilən ittihamın kökündə bu dayanır ki, guya Mövsüm Səmədov mütəşəkkil dəstək yaradaraq silah əldə edib Quba rayonunda yaşayan yəhudiləri öldürmək istəyib"
Azərbaycan İslam Partiyasına qarşı təziqlər Yəhudi sifarişi imiş
Verəcəyimiz məlumatı düzünü desəm indiyə qədər məndə eşitməmişdim. Eşidəndən sonra həqiqətən çox təəccübləndim. Bir neçə gün bundan əvvəl islamçıllarla bağlı keçirilən məhkəmə prosesində iştirak edirdim.
Məhkəmədə AİP sədri Mövsüm Səmədovun vəkili vəkil Anar Qasımov çıxış edərkən Mövsüm Səmədovun və islamçıların ittiham olunduqları maddələrin birinin Qubada yaşayan yəhudilərə qarşı silahlı basqın təşkil etmək olduğunu bildirdi. Guya Mövsüm Səmədov və digər həbs olunanlar silahlı mütəşəkkil dəstə yaradaraq Qubada yaşayan yəhudiləri öldürmək istəyiblər. Nə qədərdə absurd məsələdir. Niyə məhz yəhudilər.? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Mövsüm Səmədovun vəkili Anar Qasımov bunları bildirdi:
İslamçılara verilən ittihamın kökündə bu dayanır ki, guya Mövsüm Səmədov mütəşəkkil dəstək yaradaraq silah əldə edib Quba rayonunda yaşayan yəhudiləri öldürmək istəyib. Əgər bunun belə bir məqsədi vardırsa və ya Qubada yəhudiləri öldürücəkdirsə silahlar Astaradan və Gəncədən niyə çıxırdı.? Onuda qeyd edim ki, istintaq işinin özündə heç bir yəhudi millətinə xas olan bir nəfər yoxdur. Məhz bunun əsas səbəbi Azərbaycan İslam Partiyasının yəhudi İsrail rejiminə və İsrailin Fələstinlə bağlı məsələlərinə qarşı sərt mövqedə olmasıdır. Lakin istintaq işinin özündə bir dənədə olsun yəhudi dindirilməyib.
Hazırda islamçılar həm terroçuluqda, həm yəhudilər öldürmək istəməkdə, həm də dövlət çevrilişində ittiham olunurlar.
source : ابنا