Beynəlxalq şöbə: Həcc ziyarətinə yollanan 71 yaşlı azərbaycanlı zəvvar Suriya ərazisində dünyasını dəyişib.
İQNA Quran agentliyi Trend informasiya agentliyinə istinadən məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşovanın dediyinə görə, hadisə noyabrın 6-da axşam Suriyanın Şam şəhərində, oradakı müqəddəs yerləri ziyarət edərkən baş verib.
Dadaşova deyib ki, Məkkəyə gedərkən yolda vəfat etmiş zəvvarın meyitinin vətənə çatdırılması üçün iş görülür. Şənbə günü Suriyanın Şam şəhərində Azərbaycan vətəndaşı Xanbala Atakişiyevin səhhəti qəfildən kəskin pisləşib. İlk tibbi yardım göstərilməsinə baxmayarq, zəvvarın həyatını xilas etmək mümkün olmayıb.
"QMİ vəfat edən şəxsin meyitinin vətənə çatdırılması məsələsi ilə bağlı artıq Azərbaycanın Suriyadakı səfirliyi ilə əlaqə saxlayıb", - Dadaşova bildirib.
source : www.iqna.ir