Azəri
Monday 14th of October 2024
0
نفر 0

TÖVRAT

 

Tövrat, yaxud Əhdi-ətiq yəhudi qövmünün tarixini, məzhəbi nəğmələrini və hökmlərini əhatə edən nəzm və nəsr məcmuəsindən ibarətdir. Əhdi-ətiq bir neçə bölmədən ibarətdir ki, həzrət Musaya vəhy şəkilində nazil olan Tövrat yalnız onun bir qismini təşkil edir. Buna görə də Tövratın Əhdi-ətiqin hamısına aid edilməsi qələbə yönündən və Tövratın sair Bəni-İsrail peyğəmbərlərinə nazil olan səhifə və kitablarla müqayisədə daha artıq əhəmiyyət kəsb etməsidir.

Yəhudilərin və məsihilərin nəzərində Əhdi-ətiq müqəddəs kitab sayılır, amma onun kitablarının sayı barəsində ixtilaf mövcuddur. Bə’zi yəhudi alimləri Əhdə müəyyən hissələri əlavə etmişlər, halbuki başqaları həmin hissələri qəbul etmirlər; katolik məsihilərinin nəzərində mö’təbər sayılan nüsxələr protestantların nüsxələrindən 7 kitab artıqdır.

Əhdi-ətiq kitabı ibri dilində, az bir qismi isə fəldani dilində yazılmışdır ki, hər ikisi də ərəb dili kimi sami dillər qrupundandır. Əhdi-ətiqin bir hissəsi yunan dilində mövcuddur ki, ibri nüsxəsindən tərcümə edilmişdir. Bu tərcümə Misir padşahı Filadelsofun dövründə (Miladdan 258 il qabaq) 72 nəfərin vasitəsilə tərcümə edilmiş və onun ibri nüsxəsi ilə müəyyən fərqləri də vardır. Katoliklərin qəbul etdiyi 7 kitab da bu tərcümədə movcuddur. Onlar aşağıdakılardır:

Tubiya, Yəhudiyyət, Hikmət, Yəsu ibni Yəsrax, Bardək və birinci, ikinci məkatiban. Yəhudilərin nəzərində ibri nüsxəsi daha mö’təbər sayılır.

İbri nüsxəsinə əsasən, Əhdi-ətiq 39 kitab və səhifədən ibarətdir. Onun əvvəldəki 5 kitabı Tövratın əsfarları adı ilə tanınır və yəhudilərin e’tiqadına görə, eynilə vəhy kəlamıdır və Sina dağında Musaya nazil olmuşdur. İbri kəlməsi olan «Tövrat» şəriət, yaxud dini tə’limlər mə’nasındadır.

Tövratın beşlik təşkil edən sifrlərindən hər biri xüsusi bir məsələni əhatə edir:

1. Sifri peydayiş: Bu kitabda dünyanın və insanın xilqəti, Adəm ilə Həvvanın başına gələn əhvalatlar, onların düçar olduqları xətalar və nəticədə behiştdən xaric olmaları ilə əlaqədar məsələlərə toxunulub. Adəmin övladlarının başına gələn hadisələr, Nuh tufanı, həzrət İbrahimin və onun nəslindən olan sair peyğəmbərlərin yə’ni, həzrət İshaqın, Yə’qub övladlarının, xüsusilə həzrət Yusifin əhvalatları nəql olunur. Bu sifr həzrət Yusifin vəfatını bəyan etməklə sona çatır.

2. Sifri xuruc: Bu kitabda Bəni-İsrail qövmünün həzrət Yusifdən sonrakı tarixi, bu qövmün həzrət Musanın zühuruna qədər başına gələn hadisələr, onların arasından Bəni-İsrailin Misirdən çıxaraq çöllərdə avara-sərgərdan qalmaları, məşhur 10 fərmanın mətni və Yəhuvə ilə əlaqədar çoxlu e’tiqadi məsələlər nəql olunmuşdur.

3. Cifri e’dad: Bu kitabda Bəni-İsrail qövmünün 12-lik təşkil edən əsbat bölgüsü üzrə sayı, bu qövmün mənzillərinin, ictimai tərbiyə və tənzimlərinin tərtibə salınması bəyan edilib. Bu sifrdə, eləcə də Bəni-İsrail qövmünün daxilində baş verən bə’zi qiyamlar, Musanın dövründə baş verən hdisələr bəyan edilmişdir.

5. Təsniyə sifri: Bu kitabda əvvəlki dörd kitaba nisbətən geniş şəkildə şərh olunan mühüm əqidəvi və tarixi bəhslər və şəriət hökmləri ixtisarla təkrar olunmuş, nübüvvət və Yuşe ibni Nunun canişinlik məsələsi ilə əlaqədar olunan bəhslər (həzrət Musanın yerinə) işıqlanlırılır.

Tövratın beşlik təşkil edən əsfarından sonra Bəni-İsrail peyğəmbərlərinin sair kitabları və səhifələri Əhdi-ətiqin sonrakı bölmələrini təşkil edir və onun 12 bölməsi Bəni-İsrail qövmünün tarixinə həsr edilmişdir:

1. Yuşe ibni Nunun səhifəsi; Bu, həzrət Musa (ə)-ın canişini olan Yuşe ibni Nunun tarixinə şamildir.

2. Hakimlər kitabı; Burada padşahlar tə’yin olunmazdan qabaq Bəni-İsrail qazilərinin öhdəsinə aldıqları işlər və tarixlər qeyd olunub.

3. Rut kitabı; Bu, Rut adlı qadının tərcümeyi-halını bəyan edir ki, o, Əvbiyənin anası idi. Əvbiyə də Yəsanın, o da Davudun atası idi.

4. Səmuil peyğəmbərin birinci kitabı; Bu Bəni-İsrail peyğəmbərlərindən olan Səmuil peyğəmbərin tarixi və Şaulun (Talut) padşahlığa seçilməsini bəyan edir.

5. Səmuil peyğəmbərin ikinci kitabı; Bu da həzrət Davud (ə)-ın hakimiyyətini bəyan edir.

6. Padşahların birinci kitabı; Bu, həzrət Davud (ə)-ın, həzrət Süleyman (ə)-ın və onların canişinlərinin hakimiyyət dövrünü bəyan edir.

7. Padşahların ikinci kitabı; Bu da Bəni-İsrail padşahlarının Buxtunnəsərin hücumundan və onun Babildən qovulmasına qədərki tarixini bəyan edir.

8. Təvarixi-əyyamin birinci kitabı; Bu, Bəni-İsrailin nəsəbnaməsini və bu qövmün tarixini həzrət Davud (ə)-ın vəfatına qədərki təkrarını bəyan edir.

9. Təvarixi-əyyamin ikinci kitabı; Bu, həzrət Süleymanın və ondan sonrakı padşahların Babildən qovulduqları vaxta qədərki tarixini bəyan edir.

10. Əzra’ kitabı; Bu, Yerusəlimin (Beytül-müqəddəsin) yenidən abadlaşdırılması, Yəhuyanın azad edilməsi və onun Üzeyrlə birlikdə Yerusəlimə qayıtmasını bəyan edir.

11. Nəhmya kitabı; Yəhudilərin Yerusəlimə qayıdaraq bu şəhəri yenidən abadlaşdırması Nəhmyanın dilindən bəyan edilir.

12. İstər kitabı. Burada yəhudilərin məhv olma təhülkəsinin aradan qaldırılması, İran padşahı Xəşayarın yəhudi arvadı olan İstərin vasitəçiliyi bəyan olunur.

Sonrakı beş kitab hikmətli sözlər, münacat və şe’rdən ibarətdir:

1. Əyyub (ə)-ın kitabı; Burada Əyyub peyğəmbərin düçar olduğu imtahanlar və çətinliklər, bu çətinliklər qarşısında onun davranışı bəyan olunub.

2. Davud (ə)-ın Zəburu (Məzamir); Bu, həzrət Davud (ə)-ın münacatlar məcmuəsidir.

3. Əmsali Süleyman kitabı; Bu da Süleyman peyğəmbərin hikmətli kəlamlarından ibarətdir.

4. Camieyi Süleyman kitabı; Bu, həzrət Süleyman peyğəmbərin təxəllüsü olan Camiyə ibni Davudun adıdır və bu kitab varlığa və həyata bədbinliklə yanaşır.

5. Süleymanın qəzəlləri kitabı. Bu da Süleyman peyğəmbərin dilindən söylənən aşiqanə qəzəllər və şe’rlərdən ibarətdir.

Nəhayət sonrakı 17 kitab peyğəmbərlərin Bəni-İsrail qövmü barəsində qabaqcadan verdikləri xəbərlər və bu qövmün başına gələcək çətinliklərlə əlaqədar varid olan xəbərdarlıqlardan ibarətdir.

Bu 17 kitab aşağıdakılardır:

Əşqiya peyğəmbərin səhifəsi, İrmiya peyğəmbərin səhifəsi, İrmiya peyğəmbərlərin mərsiyələr kitabı, Həzqiya peyğəmbərin səhifəsi, Daniyal peyğəmbərin səhifəsi, Ruşəh peyğəmbərin səhifəsi, Yuil peyğəmbərin səhifəsi, Amil peyğəmbərin səhifəsi, Üvəbədya peyğəmbərin səhifəsi, Yunis peyğəmbərin səhifəsi, Mikap peyğəmbərin səhifəsi, Nahun peyğəmbərin səhifəsi, Həbquq peyğəmbərin səhifəsi, Səfniya peyğəmbərin səhifəsi, Həcci peyğəmbərin səhifəsi, Zəkəriyyə peyğəmbərin səhifəsi, Məlaki peyğəmbərin səhifəsi.

Qeyd olunanlar Əhdi-ətiqin ümumi şəkildə təqdim olunması idi ki, yəhudilərin Tövrat və sair müqəddəs kitablarını ehtiva edir. Amma cavab verilməli ən mühüm sual bundan ibarətdir ki, bu müqəddəs kitabın həqiqi e’tibarı nə dərəcədədir? Görəsən onda olan mətləblər doğrudanmı Allah kəlamıdır və Bəni-İsrail qövmünün alimləri tərəfindən təhrif edilməyibdir? Onların şəxsi mənafeləri, xəyal və təsəvvürləri ilə, həmçinin Bəni-İsrail qövmünün nəfsani istəkləri ilə qarışmayıbdır (onlar həmişə maddi bir Allaha malik olmaqlarını arzu edirdilər) və nəhayət görsən bu kitab həqiqət yolundan çıxmayıbdırmı?

Əgər Qu’ranı əsas me’yar götürsək, şübhəsiz, ikinci ehtimal doğrudur. Çünki Qur’ani-Kərimdə kitabın təhrif edilməsi yəhudi qövmünə aid edilir.[1] Başqa bir yerdə isə Qur’an aşkar şəkildə onların Allahın kitabını öz tərəflərindən yazaraq Allaha aid etdikləri bəyan olunur.[2]

Yəhudilər Tövratı (müqəddəs kitabın hamısını) ilahi vəhy hesab edirlər. Amma həqiqət bundan ibarətdir ki, tarixi sənədlər əsasında Tövratın şəhadət sandığında, yaxud Əhd tabutunda saxlanan əsil nüsxəsi Buxtunnəsərin ikinci hücumunda aradan getmiş və o ikinci dəfə olaraq, Miladdan 457 il qabaq yazılmışdır. Aydındır ki, bu qədər zaman fasiləsi ilə həmin kitabın düzgünlüyünə xatircəmlik tapmaq olmaz. Bundan əlavə, Təsniyə sifrində həzrət Musanın vəfatı nəql olunduğuna görə şübhəsiz ki, bu kitab həzrət Musanın öz kəlamı ola bilməz; məlumdur ki, başqaları tərəfindən yazılmışdır. Bundan daha mühüm məsələ budur ki, bu kitabda mövcud olan çoxlu mətləblər Allaha heç vaxt aid edilə bilməz və onları vəhy hesab etmək olmaz; ilahi peyğəmbərlər heç vaxt bu kimi sözlər deyə bilməzlər. Məsələn, Həzrət Nuhun həddindən artıq məst olmaq əhvalatı; belə ki, məstlik nəticəsində öz övrətini açmış və bu işi özü də hiss etməmişdir[3] Eləcə də həzrət Nuhun kəskin sərxoşluğu, öz iki qızı ilə yaxınlıq etməsi və öz atalarından hamilə olmaları[4] Harun tərəfindən danaya pərəstiş və camaatın da bu pərəstişə də’vət edilməsi[5]

Həzrət Süleyman və Davuda şirk və azğınlıq nisbəti vermək,[6] Yə’qubun Allahla güləşərək onu məğlub etməsi.[7]

 

--------------------------------------------------------------------------------

[1] Maidə-13 və 14, Nisa-46.

[2] Bəqərə-79.

[3] Sifri-peydayiş, 9-cu bab, 19-25-ci ayələr.

[4] Sifri-peydayiş, 19-cu bab, 31-32-ci ayələr.

[5] Sifri-xuruc, 32-ci bab.

[6] Padşahların birinci kitabı 11-ci bab.

[7] Sifri peydayiş, 32-ci bab, 25-32-ci ayələr.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ISLAM FӘLSӘFӘSI
Quran təfsirinin qayda-qanunları
Əhli-sünnə alimlərinin kütləvi surətdə qırılmasına qərar
Peyğəmbər (s) və onu xatırladan hər şeyin təbərrük olması
BRAHMAN AYİNİ (2)
DÜNYANIN QURULUŞU ONUN ZATIDIRMI?
Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
ÖLÜM ANLAYIŞI
İMAMƏT
Sədaqət, bəsirət, aram qəlb, İlahi diqqət – zakirlərin xüsusiyyətləri

 
user comment