Azəri
Wednesday 8th of May 2024
0
نفر 0

Zalımın zülmü varsa...

 

 

 

Kimsə güc qazanan kimi başqalarından bir addım irəli keçmək, onlardan daha xoş, daha rahat ömür yaşamaq istəyir. Amma bu xoş və rahat həyat ədalət prinsipinə söykənmirsə, başqalarının haqqını qəsb etmək bahasına əldə edilirsə, ortaya zülm çıxır, zülm tüğyan edir insanlar arasında. Az zəhmət çəkmək, çox qazanmaq, hamıdan üstün, hamıdan rahat olmaq, hər şeyin əlasına sahiblənmək... Hamısı nəfsin istəkləridir. Və insan halalına, haramına baxmadan, olar-olmaz düşünmədən bu lüksə, bu zənginliyə can atırsa, zahirdə varlandığı kimi, əsl həqiqətdə müflisləşir, nə zamansa başqalarına əl açacaq qədər miskin bir hala gətirir özünü.
İslam dinində zülmə qarşı mübarizə ən önəmli amillərdən biridir. Bizə hər bir işimizdə ədalətlə hərəkət etmək tövsiyə edilir. Hələ bu yetmir, üstəlik, o da buyurulur ki, harada zülm görsəniz, onun qarşısında dayanın, bacarırsınızsa, əlinizlə, əllə bacarmırsınızsa, dilinizlə o zülmün qarşısını alın. Əgər bunlar da əlinizdən gəlmirsə, onda ürəyinizdə ona qarşı qəzəblənin, ona ikrah hissi yaşayın. Dinimizdə o da buyurulur ki, əgər bir zalım məzluma zülm edirsə və bu zülmü dayandırmağa imkanı olan biri kənardan laqeyd-laqeyd baxırsa, onun qarşısını almırsa, qiyamət günü o zalımla eyni dərəcədə günahkar sayılacaq.
Nə qədər də ədalətli, nə qədər də gözəl bir fərman, bir müjdə.
Kimsə bir məqamı işğal edir və bu işğalla da zülmün təməli qoyulur, neçə-neçə insan o işğalın dəmir pəncələri altında inləyir. İnsanlar işğaldan qurtarmaq üçün çarə axtarırlar, çırpınırlar. İşğal etmək başqalarının haqqını tapdamaqdır. Bəzən də belə olur: işğal edir, öz rahatlığını təmin etməkdən başqa, bir iş görmür. Belə bir uşaq hekayəsi var: it pişiyi küncə qısnayıb boğmaq istəyir, pişik pəncəsi ilə mübarizə aparır və var gücü ilə bağırır. Bu zaman bir qadın qaça-qaça gəlib iti qovur və kənarda dayanıb sakitcə baxan oğlanı məzəmmət edir. Oğlan bir qədər incik, bir qədər də təəccüblü halda: “Axı mən nə etdim”, - deyə soruşur. Qadın ona belə cavab verir: “Mən sənin nə etdiyinə görə yox, etməli olduğunu etmədiyinə görə qınayıram”. Bəli, hər kəs oturduğu məqamın məsuliyyətini anlamalıdır, hər kəs bir gün hesab verəcəyini bilməlidir. Zülm təkcə başqalarının haqqını qəsb etmək deyil, həm də boynuna düşən vəzifəni yerinə yetirməməkdir. Tutduğun məqamdan ancaq öz rahatlığın üçün istifadə edirsənsə, sən də zalımsan. Çünki o məqamdan çox adam çox şey gözləyir, o məqamın imkanları təkcə sənin üçün deyil, hər kəsin oradan bir alacağı, bir umacağı var. Amma sən hər kəsin haqqını bir tərəfə qoyub, o məqamın bütün gücünü şəxsi mənfəətinə çevirmisən. Sən zalımsan! Zalımın zülmü varsa, məzlumun da Allahı var,
Bu gün xalqa zülm edərsən, sabah haqqın divanı var.
İnsanın qəlbi Haqqın aynasıdır. Yəni insan bəzi gözəlliklərə sahib olaraq, Allah-Təalanın bəzi gözəl adlarına ayna tuta bilər, güzgü ola bilər. Allah-Təalanın hər adı bir cür gözəllik, bir cür nurdur. Və əgər bizim könül aynamız təmizdirsə, hissiz-passızdırsa, ləkəsizdirsə, o aynada əks olunan o parlaq nur bizim üzümüzdə də görünəcək, əməllərimizdə də, həyatımızda da.
Allah-Təala adil Allahdır, hər kəsdən daha ədalətlidir. Buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymayacaq.
Və bir gerçək də var ki, Allah-Təala heç vaxt insana zülm eləməz, zülmün qaynağı insanın özüdür. Qurani-Kərimdə bu haqda xeyli bilgilər var:
“Kafirlər bizə deyil, özlərinə zülm edirdilər”.
“O inkarçılar əsl zalımlardır”.
“Allah əsla zalımları sevməz”.
“Allah zalım bir toplumu hidayətə qovuşdurmaz”.
Əgər ətrafın zülmlə çevrələnibsə, o zülmün ilkin səbəbini özündə axtar. Axtarışın ən doğru başlanğıcı xətanı özündə görməyə çalışmaqdır. Bunu biz demirik, İlahi kəlamda belə buyurulur. Demək, hər cür şikayət əsassızdır. Özümüzdən başlamalıyıq, özümüzdən! Zülmdən qurtarmağın tək yolu budur.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!
NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Quranda möminlərin sifətləri
İmam Hüseyn (ə) və İmam Zaman (ə.f)
"Fatihə" surəsi
İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?
Qadın öz pulu ilə həccə getmək istəyir, amma əri icazə vermir və getməyə ...
CAHANIN ƏN ŞƏRƏFLI QONAĞI
Kumeyl duasının şərhi
Quranın hikmətləri bir daha təsdiqləndi

 
user comment