Məclisi rəhmətliyin buyurduğu kimi, misali bədən maddi deyil ki, ölümdən sonra onu gətirib, ruha deyələr: O bədəndən çıxıb, bu bədənə buyurun. Misali bədən bir lətif (qeyri-maddi) bədəndir ki, ölməzdən əvvəl də həmin şəxslə idi. Hər bir ruh iki bədənə malikdir: Lətif bədən və kəsif, torpaq bədən. Bu iki bədən istər ibadəti, istərsə də savabı birgə ediblər. Amma yuxudakı bütün işləri yol getmək, danışmaq və s. misali bədən icra edir. Bir göz qırpımında Kərbəlaya, Məşhədə gedir, şərqə, qərbə gedir və məhdudiyyəti də yoxdur. Göründüyü kimi misali bədən həmişə şəxslədir. Lakin ölü zamanı misali bədən həmişə şəxslədir. Lakin ölüm zamanı misali bədən cismin bədəndən tam ayrılır.
BÜTÜN HALLARDA CƏZALANAN VƏ FAYDALANAN RUHDUR
İnsanın ruhu ölümdən sonra surət alır. Bu surət dünyəvi surətin eynidir. Yəni o, xarici bədənə çevrilmir, yalnız maddi bədənin şəkilini alır. İndi özünüz bilin, istəyirsiniz ona misali bədn deyin, yaxud bərzəx qəlibi adlandırın, ya da ruh deyin. Lakin lətif olduğundan maddi göz onu müşahidə edə bilmir. Ümumiyyətlə, dünyada günah edən də ruhdur, sonradan cəzalanan da (istər misali bədənlə, istərsə də müstəqil) Qiyamətdə isə həmin maddi bədənlə olar.
QURANDA BƏRZƏX SAVABI VƏ BƏRZƏX ƏZABI
“Möminun” surəsi: “Sübh və axşam, Qiyamət bərpa olan günədək oda çəkilər onlar. Fir”on ailəsini (tərəfdarlarını) ən çətin işgəncələrə daxil edin!”
Bu Quran ayəsi bərzəx əzabına dəlalət edir, Fir”on və onun tərəfdarlarının (onlar nildə batıb ölmüşdülər.) Qiyamətədək sübh və axşam oda çəkiləcəklərindən danışır.
İmam Sadiq (əleyhissalam) buyurur: “Qiyamətdə öübh və axşamın olmayacağı səbəbindən, ayədə bərzəx nəzərdə tutulur.”
Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Əzab əhlinə bərzəxdə sübh və axşam Cəhənnəmdəki yeri göstərilər. Behişt əhlinə isə Behiştdəki yeri göstərilər və deyilər ki, Qiyamətdəki yerin budur.”
“Hud” surəsi: “Əzab əhli olanlar yer və göy durduqca oddadırlar. Allah istəməyincə, onlar üçün ətin fəryad və nalə vardır. Doğrudan da, Allah istədiyini edir. Amma səadət əhli olanlar yer və göy durduqca Behiştdədirlər.”
İmam (əleyhissalam) buyurur: “Ayədə bərzəx nəzərdə tutulur. Məqsəd bərzəx əzabı və bərzəx savabınır. Çünki, Qiyamətdə asiman (göy) yoxdur, yer isə əvəz ola.
HƏBİB NƏCCAR BƏRZƏX BEHİŞTİNDƏ
“Yasin” surəsi: “Ona cənnətə daxil ol, deyildəi, dedi: Kaşqövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”
Bu ayə Fironçular arasındakı mömin Həbib Nəccara aiddir. Öz qövmünü Peyğəmbərlərin yoluna də”vət edən bu şəxsi dara çikib öldürürlər. Həbib Nəccar ilahisavaba yetişdi, onun xoş aqibətindən qövmünün 0əbərdar olmasını arzuladı.
Ona deyilən “cənnətə daxil ol” yəni bərzəx Behişti. Başeqa bir rəvayətdə bu hissə “Qiyamət Behiştindən (mərtəbcə) alçaqda olan bərzəx Behişti” kimi təbir olunub.
MƏİŞƏTƏN ZƏNKA VƏ QƏBİR ƏZABI
“Taha” surəsi: “Hər kəs Allahın öyüd nəsihətindən üz dindərsə, güzəranı daralar və Biz Qiyamət günü onu məhşərə kor olaraq gətirərik.”
Çox təfsirçilər bu ayədəki “məişətən nənka” ifadəsinin qəbir əzabına işarə olduğunu bildirmişlər. Bu məna Həzrət Səccad (əleyhissalam)-dan da rəvayət olunmuşdur.
BƏRZƏX QİYAMƏTƏDƏKDİR
“Möminun” surəsi: “Onların ölümü çatanda “Pərvərdigara, məni qaytar dünyaya, saleh əməllər edim”, deyərlər. Cavab veriər ki, faydasız, əbəs sözlər danışırsınız. Onların önündə, dirilib duracaqları günə qədər bərzəx vardır.”
Bu ayədən aşkar görünür ki, dünya həyatından sonra və Qiyamətdən əvvəl insanın bərzəx adlandırılmış daha bir həyatı vardır.
İNSANIN ŞƏXSİYYƏTİ ONUN RUHU İLƏ BAĞLIDIR
Qurani Kərimin zihr edilmiş ayələri və digər ayələrini düşündükdə aydın olur ki, insan ruhu cismdən tamamilə fərqli olan həqiqətdir.
Ruhun bədənlə olan birliyində, ruh iradə və şüur vasitəsi ilə bədəni idarə edir. İnsanın əzaları ilə birgə çürümür. İnsan şəxisiyyəti, insan həqiqəti (ruh) ölümdən sonra qalır; ya əbədi səadətə, ya da əbədi əzaba qovuşur. Bu səadət və ya əzab insanın cismi və ictimai xüsusiyyətlərindən asılı olmayıb, birbaşa dünyadakı əməlləri ilə bağlıdır.
İslam alimləri ruhun “ruh bədən deyil ölümlə yoxd olmur, onun hökmləri cismin hökmlərindən fərqlidi” Müddəalarını sübut etmək üçün, xeyli əqli dəlillər gətiriblər. Allah-Taalanın, Onun Rəsulunun, Məsum Ömamların (əleyhissalam) buyurduqlarından əlavəyə ehtiyacımız yoxdur və bu mətləb gün kimi aydındır.
BƏRZƏX BEHİŞTİ “MÜTMƏİNNƏ NƏFS” ÜÇÜNDÜR
Ümumiyyətlə, üç qisim nəfs zikr olunub:
1. “Mütməinnə (xatircəm) nəfs”
2. “Ləvvamə nəfs” özündnə rzı qalmayıb, həmişə özünü danlayan nəfsdir, yaxşı hesab olunur, bəyənilir.
3. “Əmmarə nəfs” insanı günahlara çəkib, əzba düçğr edən nəfsdir.
“Fəcr” surəsi: Ölüm zamanı mütməninnə nəfs sahiblərinə xitab olunar ki, “Ey aramlıqda və xatircəmlikdə olan nəfs, öz Rəbbinə doru razıdır. Mənim Behiştimə daxil ola!” (Yəni Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak ailəsi) Bərzəx Behişti və bərzəx Cəhənnəmin haqqında aydın və işarəylə çoxdur. Bura qədər deyilənlərə kifayətlənirik.
source : الشیعه