Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Xahiş edirik yuxarıda qeyd olunan hədisi izah edəsiniz. Vəhdəte vucuda etiqad bəsləyənlər bu barədə nə deyirlər? Və onlara verilən cavablar nədən ibarətdir

Sual 1:Xahiş edirik yuxarıda qeyd olunan hədisi izah edəsiniz.

Vəhdəte vucuda etiqad bəsləyənlər bu barədə nə deyirlər? Və onlara verilən cavablar nədən ibarətdir?

 

Cavab: Qeyd olunan hədis Usuli Kafidə möminlərin əmiri Əli (ə)-dan nəql olunmuşdur. Orada Allah-Təalanın müqəddəs zatının bütün təsəvvür olunan cismaniyyət, sifət və hallardan uzaq olduğu qeyd olunur. Hədisdə deyilir:(İmam Əli (ə)-dan soruşurlar. Allahını nə ilə tanıdın?Byurdu: Özünü mənə tanıtdırdığı şeylə. Soruşdular: O Özünü sənə necə tanıtdırdı? Buyurdu: O heç nəyə bənzəməz və hiss üzvləri ilə hiss olunmaz, insanlarla müqaisə olunmaz, yəni, cisim deyildir və  xəlq etdiyi məxluqata xas olan sifət va xüsusiyyətlərə malik deyil, elm və qüdrəti ilə bütün məxluqata  hər şeydən yaxındır, zat və sifət baxımdan bütün məxluqatdan uzaq olduğu kimi aqıl və idrakdan da uzaqdır, hər bir şey Onda olduğu ücün hər şeyə hamıdan yaxındır, qüdrət, kamal və bütün sifət və xüsusiyyətləri ilə O hər şeydən ucada qərar tutar və hec bir şey Ondan uca olmaz,(ucalıq deyildikdə məkan nöqteyi nəzərdən deyil, məqam və əzəmət nöqteyi nəzərdən ucalıq nəzərdə tutulur).

داخل في الاشياء -(Əşyaların daxilindədir).Yəni,  yaradılış aləmində mövcud olam elə bir varlıq  və elə bi hissəcik yoxdur ki,Allahın elm, qüdrət, nəzarət və idarəetməsindən kənarda qalsın. Lakin belə bir müdaxilə və təsiretmə hər hansı bir şəxsin harasa daxil olması, suyun hər hansı bir maye ilə qarışması və hərarətin suya təsir göstərməsi kimi deyil. Çünki sadalanan müdaxilə və təsiretmə cisim və əşyalara xas olan müdaxilədir.

  خارج عن الاشياء-(Əşyalardan xaricdədir).Yəni, Allahın müqəddəs zatı hər hansı bir xarici varlıqla örtülmür və Allahın müqəddəs zatı məxluqatın sifətləri ilə vəsf olunmur.

لا كشئ خارج من شئ -Yəni,Allahın məxluqatdan xaricdə olması əşyalarının biri-birindən xaricdə olmaları kimi deyil. Bütün məxluqata onların özlərindən daha yaxındır və Onun oxşar və bənzəri yoxdur. Onun məxluqatdan fərqliliyi də məxluqatın biri-birindən fərqliliyinə bənzəmir.

Həmçinin cismani sifət və xususiyyətlərə malik olmadan yaxınlıq baxımından insana özündən daha yaxındır. Allahın bütün məxluqata yaxınlıq və uzaqlığı ruhun bədənə yaxınlıq və uzaqlığından daha üstün dərəcədədir. Əgər insan ruhun bədənə olan yaxınlıq və uzaqlığını dərk etməyə acizdirsə sözsüz ki, Allahın da məxluqata olan yaxınlıq və uzaqlığını dərk etməkdən aciz qalacaqdır.1

1-Bunu da bilməyimiz lazımdır ki,hər bir varlığın tanınıb dərk olunması həmin varlığa bir növ hakim olmaq və ya hər tərəfli onu əhatə etməkdən ibarətdir. Məxluqat isə nə öz xaliqindən nə üstün ola bilər nədə onu əhatə edə bilər. Bunu üçün də onun zat və mahiyyətini dərk edə bilmir. Və əgər kimsə Allahın zat və mahiyyətini dərk edə biləcəyini təsəvvür edərsə bilməlidir ki, qeyri mümkün işə qol qoymuş və üzərinə gücü çatmayan yük götürmüşdür. Bu bir həqiqətdir ki, Allahın əbədi və tükənnməz zatını dərk etmək insanın öz acizliyini dərk etməsindən ibarətdir.Üsuli-Kafidə İmam Baqir (ə)-dan nəql olunan rəvayətdə deyilir: Allahın zat və yaradılışı barədə söz açmayın,çünki, bu barərə müzakirə edənlər yollarını azar və sərgərdan olarlar. Başqa bir rəvayətdə deyilir: Kim Allahın necəliyi barədə düşünərsə həlak olar. Deməli, Allahın necəliyi barədə düşünüb-daşınmaqda və nəticədə sərgərdan qalmaqdansa Ona necə yaxınlaşmaq və tükənməz qüdrət və hikmət sahibi olması barədə düşünüb-daşınmalı ən əsası   bütün bunlardan ibrət almaq lazımdır.

_____________________________________________________________________________

Vəhdəte vucud məsəlsinə gəldikdə isə bunu deyə bilərik ki, belə bir əqidəyə  malik olan bir neçə məzhəb və təriqət vardır ki, onlardan bəziləri həqiqi  varlıq  yalnız vahid vücudu (yəni  Allahı), digər  məxluqatı isə onun təcəllisi hesab edirlər..Ümumiyyətlə yaradılış aləmində mövcud olan  və hər biri  özünəməxsus xüsusiyyətə malik olan varlıqları  qeyri həqiqi, yeganə həqiqi varlığın  Allahın Özüdü  olduğunu necə qəbul etmək olar?! Onların dəniz və ləpələrini Allahın varlığını sübuta yetirmək və ya izah etmək üçün  çəkdikləri misallar isə tamamilə zəif və qeyri məntiqidir.

لَيْسَ كَمِثْلِهِ شَيْءٌ

(Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!(Şura/11)

  نسُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُو  

(Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!)(Muminun/91)-ayələri ilə ziddiyətlik təşkil etdiyi üçün batil və əsassızdır. Bütün bunlarla yanaşı belə bir əqidədə olan şəxslərin əməllərini nəzərə alaraq tam qətiyyətlə onların dindən çixdıqlarını söyləyə bilərik. Belə ki, Ayətullah Seyyid Muhsin Həkim özünün ,,Urvətul-vusqa” –adlı kitabında bu mətləbə toxunaraq deyi:  Bizlər müsəlman olaraq  digər müsəlmanlara yaxşı münasibət bəsləməli və hər zaman onlar barədə yaxşı fikirdə olmalıyıq. Lakin vəhdəte vücud əqidəsində olanların irəli sürdükləri nəzəriyyə və fikirləri yuxarıda qeyd olunan ayələrlə ziddiyətlik təşkil etdiyi üçün  heç cür qəbul edə bilmərik.

                                ************

وَلَمَّا جَاء مُوسَى لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ قَالَ رَبِّ أَرِنِي أَنظُرْ إِلَيْكَ قَالَ لَن تَرَانِي وَلَـكِنِ انظُرْ إِلَى الْجَبَلِ فَإِنِ اسْتَقَرَّ مَكَانَهُ فَسَوْفَ تَرَانِي فَلَمَّا تَجَلَّى رَبُّهُ لِلْجَبَلِ جَعَلَهُ دَكًّا وَخَرَّ موسَى صَعِقًا فَلَمَّا أَفَاقَ قَالَ سُبْحَانَكَ تُبْتُ إِلَيْكَ وَأَنَاْ أَوَّلُ الْمُؤْمِنِينَ

(Musa təyin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!” – dedi.)(Əraf/143)

                           

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment