Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 21: Abbasi xəlifəsi Məmun İmam Rza (ə)-dan soruşur:Necə ola bilər ki, Həzrəti Yusif (ə) kimi məsum peyğəmbər Züleyxa ilə yaxınlıq etmək istəsin? Xahiş edirik İmam Rza (ə)-mın bu barədə Məmuna verdiyi cavab və onun cavaba qane olması haqda açıqlama

 

 

 Cavab: ,,Uyunul-əxbarul Rza”-adlı kitabda nəql olunan rəvayətlərdən birində deyilir: Məmun İmam Rza (ə)-ma deyir: Ey Əbəlhəsən!

وَلَقَدْ هَمَّتْ بِهِ وَهَمَّ بِهَا لَوْلا أَن رَّأَى بُرْهَانَ رَبِّهِ كَذَلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَالْفَحْشَاء إِنَّهُ مِنْ عِبَادِنَا الْمُخْلَصِينَ

(Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir! )(Yusuf/25)-ayəsi barədə nə deyə bilərsən? İmam Rza (ə) buyurur: Ayənin mənası budur: Əgər Yusif (ə) Rəbbinin ayə və nişanələrini görməsəydi sözsüz ki Züleyxa ilə yaxınlıq etmək istərdi. Ayədə istifadə olunan لَوْلا –ləv la ( əgər  olmasaydı) kəlməsi isə birinci cümlənin vasitəsi ilə ikinci cümlənin inkarı üçün istifadə olunmuşdur. Belə olduqda isə ayə belə bi məna ifadə edəcəkdir ( Yusif Rəbbinin dəlilini gördüyü üçün Züleyxaya yaxınlaşmadı). Ayədə istifadə olunan بُرْهَانَ رَبِّهِ-burhanə Rəbbihi- kəlməsi barədə İmam Əli ibn Hüseyn  (ə)-dan verilən açıqlamada  deyilir: Züleyxa Yusif (ə)-la yaxınlıq etmək istədiyi zaman paltarını otaqdaki bütün üzərinə atıb deyir: Bütün qarşısında səninlə yaxınlıq  etməkdən həya edirəm. Həzrəti Yusif (ə) cavabında deyir: Sən heçnəyi görüb-eşitməyən bütdən həya edə bilirsən amma isətyirsən ki mən aləmləri yaradan və hər şeydən agah olan Allahdan həya etməyim?

                              ************

                               إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا

((Ya Rəsulum!) Həqiqətən, Biz səni (bəşər övladına) bir şahid, bir müjdəçi və (Allahın əzablı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. )(Fəth/8).

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment