Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 23: Möcüzə, sehr və şöbədəbazlıq arasındaki fərqin nədən ibarət olduğunu izah edin.

 

 

Cavab:Möcüzə Allahın peyğəmbərlərinin vasitəsilə başqalarının həyat keçirdiyi və başqalarının bacara bilmədikləri  xariqüladə işlərə deyilir. Belə ki, insanlar malik olduqları müxtılif elm və bacarıqlara baxmayaraq görülən işə bənzərini nümayiş etdirə bilmir və onların müqabilində aciz qalırlar. Möcüzə vasitəsi ilə peyğəmbərlərin peyğəmbərlik iddiası sübuta yetirilir və Allah-Təala Onun hikmət və elmi ilə müxalif olduğu üçün heç vaxt peyğəmbərlik iddiasında olan yalançının əli ilə möcüzə göstərmir. Çünki möcüzənin hər hansı bir yalançının vasitəsi ilə həyata keçməsi əqli baxımdan da bəyənilməyən  işdir. Və şübhəsiz ki, qəlbləri günaha aludə olan şəxslər  hər şeyi bilən və hikmət sahibi olan Allah-Təaladan uzaq olarlar.

Sehr isə xəbis və nadan insanların hər hansı bir xariqüladə işi yerinə yetirilmələrinə deyilir.Onlar bu  kimi işləri hər hansı bir məqsədlə yerinə yetirər və bundan öz mənafeləri üçün istifadə edərlər. Möcüzədən fərqli olaraq  sehr başqaları tərəfindən də öyrənilə bilir. Burada möcüzə ilə sehr arasında iki əsaslı fərqin olduğu üzə çıxır.

1-          Möcüzə Allah tərəfinfən peyğəmbərlərinin iddiasını sübuta yetirmək,sehr isə şeytan tərəfindən xəbis və alçaq insanların hiylələrini biruzə vermək üçün nümayiş etdirilir. Yəni, möcüzə ilə peyğəmbərləri həqqaniyyəti, sehr ilə isə xəbis insanların şeytani niyyətləri sübuta yetir.

2-          Əgər xariqüladə işlər bütün eyb və nöqsanlardan, bütün mənfi əxlaqi xüsusiyyətlərdən uzaq olan və eyni zamanda ən gözəl əxlaqi xüsusiyyətlərə malik olan və dünya malına tamahı olmayan və bütün diqqəti yaradılış aləminin xaliqinə olan şəxs tərəfindən həyata keçərsə demək həmin   xariqüladə iş İlahi xüsusiyyətə malik olan möcüzədir. Bu kimi işləri yerinə yetirən şəxs peyğəmbərlik və ya imamlıq iddiası edərsə onun gördüyü xariqüladə işlərə möcüzə, bundan qeyrisi olduqda isə kəramət  deyilir. Yox əgər xariqüladə işlər dünyapərəst və əxlaqi dəyərlərə malik olmayan şəxslər tərəfindən həyata keçərsə o artıq möcüzə deyil sehrdir, həmin şəxs isə sehrbaz adlandırılır.Din bu kimi insalnarı lənətləyərək  tənqid atəşinə tutur. Ağıl və düşüncə sahibləri xariqüladə işlərin əməlisaleh və  dünya malına azaciqda olsun meyli olmayan təqva sahibləri tərəfindən həyata keçirildiyini gördükdə bunun möcüzə və ya kəramətdən savayı bir şey olmadığına, dünyapərəst və dindən uzaq həris insanlar tərəfindən həyata keçdiyini gördükdə isə bunun sehr olduğuna əmin olar və onların əməllərinə etinasızcasına yanaşaraq batil olduğuna hökm verərlər.Sehrbazların gördükləri xariqüladə işlər nəqədər ecazkar və  heyranedici olsa belə bu onlarda zərrə qədərdə olsun maraq doğurmaz. Və bunada tam əmin olarlar ki, sehrbazların gördükləri xariqüladə işlərin bəzi sir və yolları vardır və onları sehrbazlardan da öyrənmək  mümkündür.

3-          Möcüzə ilə sehr arasındaki əsas fərqlərdən biridə möcüzənin peyğəmbər tərəfindən hec bir ilkin  hazırlıq olmadan Allahın izni ilə həyata keçməsi, sehrin isə sehrbazın müəyyən  hazırlıq görməsində və ədviyyat kimi müxtəlif baş gicəlləndirici vasitələrdən istifadə etməsindədir. Belə ki,əgər peyğəmbərlər bu işdə yalnız Allahın əmrinə sığınırlarsa sehrbazlar müxtəlif bihuşedici ədviyyatlardan və sair vasitələrdən istifadə edərək müşahidəçilərin gözünü oğurlayar və beləcə olduqca sadə işləri onların gözləri önündə xariqüladə iş kimi göstərirlər. Onlar bu kimi işlərdə hətta cin  və şeytanlardan da istifadə edər və beləcə məqsədlərinə daha tez çatırlar. Bütün bunları nəzərə alaraq fiqh alimləri  sehri öyrənməyi yalnız sehrbazların  hiylələrini üzə çıxarmaq məqsədilə  icazə vermiş və müəyyən şəxslərin bu fənnə yiyələndikləri təqdirdə digər müsəlmanların üzərindən götürüldüyünü bildirmişlər. Fiqhi termin olaraq buna vacib kifayu deyilir.

Burada bunu da qeyd etmək lazımdır ki, bəzi hallarda sehrbazlar heç bir vasitələrdən istifadə etmədən  bir sıra fiziki məşqələlər sayəsində xariqüladə işlər göstərirlər. Bu kimi hallarda əgər onlar peyğəmbərlik iddiasında olarlarsa Allah-Təala camaatı zəlalətə sürüklədikləri üçün onların əsassız  iddiasını ifşa edər və  batil olduqlarını hamıya əyan edər.

4-          Möcüzə zaman və məkan baxımından mücərrəd bir əməldir.Yənin, peyğəmbər hansı zamanda və hansı məkanda olurlarsa olsun Allah-Təaladan izn istəyərək öz həqaniyyətini sübuta yetirmək üçün möcüzə göstərə bilər. Və bu arada onun iddiası ilə göstərəcəyi möcüzə biri-biri ilə müvafiq olmalıdır. Möcüzənin həyata keçməsində lazım olan şərtlərdən biridə iddiaçıların irəli sürdükləri tələbləri inadkarlıq üzündən olmamasıdır. Yəni, peyğəmbər  iddiaçıların yalnız iman gətirəcəkləri təqdirdə möcüzə göstərməli və onların yersiz tələblərinə məhəl qoymamalıdır.

Lakin sehrbaz öz sehrini nə zaman oldu və harada gəldi nümayiş etdirə bilmir. Belə ki, bunun üçün o lazımı şəraitə ehtiyac duyur. Sehrbazlar peyğəmbərlərdən fərqli olaraq ondan tələb olunanı deyil, yalnız öz bacarıqları çərçivəsində  olanı nümayiş etdirə bilirlər.  Və əgər kimsə  uzun illər çəkdiyi riyazət (fiziki və psixoloji məşqələlər) nəticəsində öz nəfsinə hakim olaraq başqalarının tələb və istəklərini uyğun olaraq xariqüladə işlər  yerinə yetirib peyğəmbərlik iddiasında olarsa öz bəndələrinə rəhimli və mehriban olan Allah onun  insanalar haqq yoldan azdırmasına əsla imkan verməz.

                             ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment