Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 25:Xahiş edirik hədisdə istifadə olunan مَوْلَى (mövla)-kəlməsinin mənalarını izah edəsiniz.

 

 

Cavab:Lüğətdə مَوْلَى (mövla) -kəlməsi üçün on altı məna qeyd olunmuşdur.1-malik, 2-Rəbb 3-azad edən, 4-azad olmuş, 5-qonşu, 6-başın arxası və ya qabaq tərəfi, 7-tabeçilik, 8- and içilərək əhd-peyman bağlanılan şəxs, 9-kürəkən, 10-əmi oğlu, 11-səxavətli,xeyirxah, 12-xeyirxahlıq olunmuş, 13-dost və sevgili, 14-köməkçi, 15-itaət olunan,ağa. 16-işlərin icrasına hamıdan layiq olan.

Hədisdə  istifadə olunan  مَوْلَى (mövla) kimi çoxmənalı kəlmə ilə qarşılaşdıqda əqli və ləfzi qərinələrə müraciət etmək lazımdır. Belə bir qaydanı nəzərə aldıqda sonra tam qətiyyətlə deyə bilərik ki, mütəvatır hədislərdən olan ,,Qədir-Xum”-hədisində Peyğəmbər (s) ,,Mən kimin mövlasıyamsa Əli (ə)-da onun mövlasıdır”- buyurduqda burada istifadə olunan مَوْلَى (mövla)-kəlməsi yuxarıda qeyd  olunan on iki mənanın heç biri ilə əlaqəli deyildir.13-cü (dost) və 14-cü (köməkçi) mənalara gəldikdə isə əlimizdə belə bir mənanı təsdiqləyəcək hər hansı bir əqli nə ləfzi qərinə yoxdur. Digər tərəfdən də belə bir məna tək Həzrəti Peyğəmbər (s) və Həzrəti Əli (ə)-ma deyil, bəlkə bütün möminlər arasında müştərək olan bir mənadır.Yəni, hər bir mömin digər möminin dost və köməkçisidir.

وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ

(Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar)).(Tövbə/71).

Qurana görə möminlərin dostu tək möminlər deyil, həmdə mələklərdir.

نَحْنُ أَوْلِيَاؤُكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ

(Biz dünyada da, axirətdə də sizin dostlarınızıq). (Fussilat/31).

Bütün bunlarla yanaşı əlimizdə belə bir mənanın nəzərdə tutulmadığına dair kifayət qədər qəti əqli və ləfzi qərinələr vardır. Burada nəzərdə tutulan məna varsa o da sonuncu 15-ci (itaət olunan,ağa) və 16-cı (işlərin icrasına hamıdan layiq olan) mənalarıdır ki, belə bir mənaları  təsdiqləyəcək kifayətə qədər əqli və ləfzi qərinələr vardır. Dediklərimızı sübuta yetimək üçün Peyğəmbər (s)-mın hədisin əvvəlində istifadə etdiyi ibarətə nəzər salaq. Orada buyurulyur.

الست اولى بكم من انفسكم

(Yəni sizin işlərininizin idarə olunmasında sizə sizin özünüzdən irəli deyiləmmi?) Artıq bundan sonra buyurur:

                                             هُ من كنت مولاهُ و علي هذا مولا             

Mən kimlərin işlərinin idarə olunmasında onun özündən daha yaxınamsa Əli də eynilə mənim kimi onların işlərinin idarə olunmasında onların özlərindən bu işə daha yaxındır. Bura qədər dediklərimiz  sözün 16-cı mənasının nəzərdə tutulduğuna dair ən tutarlı ləfzi dəlil idi. Və belə bir mənanı nəzərə alaraq diğər mənalar istər əqli baxımdan olsun, istərsədə dil və lüğət baxımından tamamilə yad və qeyri həmahəng nəzərə çarpır.

   İkinci qərinə- Peyğəmbər (s)-mın bəyanatından sonra Ömər ibn Xəttabın təbrik üçün Əli (ə)-mın yanına gələrək ona

 بخ بخ يا علي اصبحت مولاى كل مؤمن و مؤمنة-yəni (təbrik edirəm səni ya Əli,sən  hər bir mömin kişinin və möminə qadının ağası oldun).İbn Əsir özünün ,,Nəhayə”-adlı kitabında yazır: Ömər ibn Xəttab Qədir-Xumda Əli (ə)-mı təbrik edərkən  مَوْلَى (mövla)-kəlməsindən istifadə edərkən ,,ağalıq” və ,,yiyələnmə”- mənasını nəzərdə tutmuşdur.

Üçüncü qərinə- Həssan ibn  Sabitin Qədir-Xumda hamının yaddaşında olan  bu qəsidəni deməsidir.

و قال له قم يا علي فانه رضيتك من بعدي اماما و هاديا

(Peyğəmbər (s) ona buyurdu: Qalx ya Əli! Bu bir həqiqətdir ki, mən özündən sonra sənin  rəhbər və yol göstərən olmana razı oldum)

Buradan belə məlum olur ki, Qədir-Xumda iştirak edən Həssan ibn Sabitə də məlum olmuşdur ki, Peyğəmbər (s) öz bəyanatında مَوْلَى (mövla)-kəlməsindən istifadə etdikdə ,,rəhbəriyyət” və ,,imamət” mənasını nəzərdə tutmuşdur.

Dördüncü qərinə - Peyğəmbər (s) öz bəyanatında buyurur انت امام كل مؤمن و مؤمنة بعدي و ولي كل مؤمن و مؤمنة بعدي-(Sən məndən sonra hər bir mömin kişinin və hər bir möminə qadının imam və rəhbəri və məndən sonra hər bir mömin kişinin vər bir möminə qadının ağası olacaqsan). Bu cümləni Sədruləimmə Əxtəb Xarəzmi,Zeyd ibn Ərqəmdən, Əbdürrəhman ibn Əbi Leyladan, İbn Abbas isə Qədir-Xum hadisəsini yad edərkən nəql etmişdir. Adları çəkilən şəxslərlə yanaşı hədisi nəql edən ravilərin arasında İbn Məğazəli Şafei və İbn Mərdəviyyə bir neçə yolla Bəridədən nəql etmişdir. Ravi deyir: Günlərin biri Yəmən səfərindən qayıdırdım.Peyğəmbər (s)-mın yanına gedib ona Əlidən şikayət etmək istədim. Peyğəmbər (s) mənim şikayətimi eşitcək üzünü turşudaraq buyurur:

.

بريد الست بالمؤمنين من انفسهم يا(Mən möminlərə onların özlərindən daha yaxın deyiləmmi?). Dedim:Bəli elədir ya Rəsulullah. Sonra buyurdu :

من كنت مولي فعلي مولاه ان عليا اولى بالناس بكم بعدي-(Mən kimi ağası və mövlasıyamsa Əlidə məndən sonra onun mövlası və ağasıdır. Əli məndən sonra camaata onların özlərindən daha yaxındır).

Beşinci qərinə-

يَاأَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

(Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!)(Maidə/67)

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

(Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!)(Maidə/3).

سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ

((Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu.)(Məaric/1).

Ayələrinin nazil olma səbəblərindən və təfsirlərindən də belə məlum olur ki, Peyğəmbər (s) Qədir-Xum çölündə Əli(ə)-mı özündən sonra xəlifə və rəhbər  təyin etmişdir.

Altıncı qərinə- Əhməd ibn Hənbəl və başqaları nəql etmişlər ki, Əli (ə) Kufə məscidinin minbərinə qalxaraq camaata and verərək onlardan Qədir-Xum çölündə Peyğəmbər (s)-mın onu öz yerinə xəlifə və imam təyin etməsinin şahidi olduqlarına dair şəhadət versinlər. Məsciddə iştriak edənlərdən otuz nəfəri ayağa qalxaraq Qədir-Xum çölündə Pryğəmbər (s)-mın Əli İbn Əbi Talib (ə)-mın əlini qaldıraraq  bu sözləri dedməsinə şəhadər verdilər اتعلمون اني اولى بالنؤمنين من انفسهم قالوا بلى يا رسول الله Sonra isə من كنت مولاه فعلي مولاه  –buyurmasına şəhadət verdilər. Deyilənləri nəzərə alaraq deyə bilərik ki, hədisdə مَوْلَى(mövla)-kəlməsindən məqsəd dost və ya başqa bir məna deyil,  yalnız və yalnız  sahiblik, rəhbərlik, imamətdir. Çünki, bundan qeyri məqsədlə nə Allah Peyğəmbəri minlərlə zəvvarı qızmar günün altına bir yerə yığar,nədə Əli İbn  Əbi Talib (ə) kimi böyük bir şəxsiyyət  Kufə məscididndə yerli əhaliyə and verərək onlardan Qədir-Xum da  şahidi olduqllarına şəhadət vermələrini istəyərdi. Dostluğa gəldikdə isə bu bu tək Əli (ə)-ma aid deyil,bəlkə bütün möminlərə şamil olan bir fəzilətdir.

Altıncı qərinə- Nəql olunan bur çox rəvayətlərə əsasən Peyğəmbər (s)-mın sonuncu həcc ziyatətində  yetmiş mindən artıq zəvvar iştirak etmiş və onlar  Qədir-Xum adlanan məntəqəyə çatdıqda bəzi qəbilələrin ayrılaraq bir qədər uzaqlaşmasına baxmayaraq Peyğəmbər (s)-onların  hamısını geri çağırır. Günortanın istisində günəşin qızmar istisi orada iştirak edənlərə əziyyət verməsinə baxmayaraq əbalarını ayaqlarının altına, üst paltarlarını isə başları üstə tutaraq diqqətıə Peyğəmbər (s)-mın çıxışına diqqətlə qulaq asırlar. Hamının görə bilməsi üçün dəvələrin yükündən hündür bir yer hazırlanır və Peyğəmbər (s) Əli (ə)-mın əlindən tutaraq camaata xitabən buyurur:

الست اولى بكم من انفسكم - (Mən sizə sizin özünüzdən irəli deyiləmmi?) Hamı bir nəfər kimi cavab verir:

 بلى يا رسول الله-(Bəli Ya Rəsulullah belədir!). Sonra Peyğəmbər (s) buyurdu:

فليبلغ الشاهد الغائب به ان من كنت مولاه فعلي مولاه-(Elə isə burada hazır olanlar olmayanlara çatdırsın,bilin və agah olun ki, mən kimin mövlasıyamsa (rəhbəri və ağasıyamsa) Əli də onun mövlasıdır (ağası və rəhbəridir)).Sonra dua edərək buyurdu:

اللهم وال من والاه و عاد من عاده -(Ey mənim Allahım onunla dost olanlarla dost,düşmən olanlarla  düşmən ol.) Bütün bunlar ondan xəbər verir ki, Peyğəmbər (s)-mın Qədir-Xum çölündə belə bir bəyanatla çıxış etməsindən ən başlıca məqsədi Əli (ə)-mı özündən sonra öz yerinə canişin təyin etməsi olmuşdur. Bir daha qeyd etmək istəyirik ki, Peyğəmbər (s) kimi böyük bir şəxsiyyətin elə bir şəraitdə minlərlə insanı bir yerə toplayaraq onlara (Mən kimin dostuyamsa Əli də onun dostudur)-deməsi nə əqli baxımdan qəbul olunası bir haldır,nədə ki onun yüksək şəxsiyyətinə yaraşan bir hərəkət. Bu barədə ətraflı  məlumat əldə etmək istəyənlər ,,Kifayətul-muvəhhidin”-adlı kitaba müraciət edə bilərlər.

                                  ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment