Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 42:Kafir və müşriklərin dünyada gördükləri xeyirxah işlər, habelə onların minlyonlarla insana xidmət edən ixtira və kəşfləri qiyamət günü əzablarının azalmasına səbəb olacaqmi?

 

 

Cavab: İnsanların məişət və maaddi həyatını rahatlaşdıran ixtira və kəşflərin insana yalnız o zaman müsbət dünyəvi təsiri ola bilər ki, ixtira və kəşfləri edən şəxslər iman sahibləri  olsunlar və həmin işi görməkdə  yalnız Allahın razılığını qazanmağa can atsınlar və gördükləri işin mükafatını da yalnız  Allahdan istəsinlər. Allahı  və axirət dünyasını inkar edən və gördükləri işlərdə Allahdan qeyrisinin razılığını qazanmağa çan atanlar isə yalnız dünyada həsrətində olduqları və arzu etdikləri şan-şöhrət, ad-san və küllü miqdarda var-dövlət sahibi olarlar. Lakin bütün bunlarla yanaşı hər hansı bir kafir və ya müşrikin Allahın xəlq etdiyi məxluqatdan birinə yaxşılıq etməsi onun dünya və   ya axirət dünyasında mal və ruzisinin artması, məqsəd və  istəyinə  çatması, ömürünün  uzanması və ya hər hansı bir bəlanın ondan uzaqlaşdırılması kimi  şeylərlə mükafatlandırılmasına  səbəbə olar. Bəzən də, onların gördükləri xeyirxah işlərin daxili dəyişikliyə səbəb olur və buda onların tövbə edərək iman gətirmələrinə  kömək edir. Bu isə onların dünyalarını imanla dəyişmələrinə səbəb ola bilir. Bəzəndə kafir və müşriklərin bəşər övladı üçün gördüklər xeyirxah işlər onların dünya və axirət dünyasındaki əzablarının azalmasına səbəb olur. Bunu da nəzərdən qaçırılmamalıyıq ki, onların gördükləri xeyirxah işlər təsiredici, kəmiyyət və keyfiyyət baxımından biri-birindən fərqli ola bilər.

                                      ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment