Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 49:

 Sual 49: Quranın bir neçə ayəsində qeyb elminin yalnız Allaha məxsus olduğu göstərilir, lakin bəzi hallarda adı insanların da qeybdən xəbər verdiklərində  və onların verdikləri xəbərlərin doğru olduğunun şahidi oluruq. Bu barədə açıqlama vermənizi  xahiş edirik.

                            

 Cavab: Aləmdə ğözlə müşahidə olunan və olunmayan bütün məxluqatın sirrindən agah olan yalnız  Allahın müqəddəs zatıdır. Və Onun heç bir şəriki yoxdur. Məxluqat  Onun tərəfindən xəlq olunmuş və Onun tərəfindən idarə olunduğu kimi hamılıqla Onun elminə tabe olur və Onun elm dairəsində hərəkət edir.

    Amma o ki qaldı kimlərinsə qeyb barərə verdikləri məlumatlara bu barədə nəql olunan rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, qeyb aləminə aid olan bəzi məsələlər yalnız Allaha  agah olar və istər Allaha hamıdan yaxın olan mələklər olsun, istərsədə peyğəmbərlər kimsə onlar barədə hər hansı bir məlumata malik olmaz. Lakin bundan qeyri  məlumatlar Allahın istək və iradəsi tələb etdiyi qədər mələklərin, peyğəmbərlərin və sair əməlisaleh insanların  ixtiyarına qoyulur. Buradan belə məlum olur ki, qeyd olunan ayələrdə qeyb elminin yalnız  Allaha məxsus olduğuna işarə olunduqda qeyb aləminə xas olan Allahın zati elmləri nəzərdə tutulur. Peyğəmbərlərin, məsum imamların və bəzi əməlisaəeh insanların qeyb aləmi barədə verdikləri məlumatlar isə Allahın Özünün onlara bəxş etdiyi  elm və məlumatlardır və onlar bundan artığından agah olmazlar.

    Lakin onlarla  yanaşı bəzi şəxslər riyazı və astronomik hesablamalar aparmaq ya cinlərlə ünsiyyətdə olmaqla və ya  fal alətlərindən istifadə etməklə gələcəkdən xəbər verərlər. Bütün bunları başa düşmək üçün  bir neçə məqama diqqət yetirmək lazımdır.

1-Bilmək lazımdır ki , adları çəkilən şəxslər metafizika aləmindən tam agah olmaz və onların verdikləri məlumatlar hər zaman ya yarımçiq ya da nöqsanlı olar. Və bütün bunlarla yanaşı onlar dünyada baş verəcək ümumi hadisələr barədə deyil, cüzi hadisələr barədə xəbər verərlər.

2-Verilən xəbərlərin dəlil və sübutu olmadığı üçün sağlam düşüncəli hər bir şəxs onları qəbul edə bilmir və apardığı qısa araşdırmadan sonra onların nəqədər nöqsanlı olduğu üzə çıxarır. Xəstənin nəbzinin yoxlayaraq onun gələcək vəziyyəti barədə xəbər verən həkimin  veridyi xəbərləri astronom, falçı və bu kimi şəxslərin verdikləri xəbərlərdən  qəbul etmək daha məntiqi nəzərə çarpır. Çünki, onlardan fərqli olaraq həkim  əvvəlcədən verdiyi xəbəri heç olmasa nəyəsə əsaslandırır ,lakin adları çəkilən şəxslər əllərində heç bir dəlil və sübut olmadan özlərinə belə dəqiq məlum olmayan hadisələr barədə xəbərlər verirlər. Məsələn,birinin nə zaman dünyasını  dəyişəcəyi və ya başına nələrin gələcəyini əvvəlcədən xəbər  verirlər. Lakin, insanın qohum-əqraba ilə yaxşı münasibətdə olduqda və vaxt aşırı onların ziyarətinə getdikdə  ömürünün uzadılmasına səbəb oldugunu nəzərə almırlar. Bunun üçündə nəql olunan rəvayətlərdə bu kimi şəxslərin sözlərinə inanmaq və onların dediklərinə əməl etmək yasaq olunaraq  bütün işlərdə yalnız  Allaha təvəkkül edib işlərin aqibətini Ona tapşırmaq tövsiyə olunur.

    Bir sözlə bütün aləm Allahın zati elmindən nəşət tapmış və onun üzərində qurulmuşdur. Amma o ki  qaldı peyğəmbərlərin və məsum imamların bildiklərinə bu Allahın onlara bəxş etdiyi lütfdən savayı bir şey olmamışdır. Onlardan qeyriləri isə dünyada baş verəcək hadisələr barədə əvvəlcədən hec bir dəqiq məlumat verə bilməzlər. Və əgər onların verdiklər xəbərlər baş verən hadisələrlə üst-üstə düşərsə  bunu təsadüfdən savayı  başqa bir şey hesab etməməliyik. Çünki bu da artıq bizə məlumdurki onların yalanları  verdikləri doğru xəbərlərdən daha çox olur. Bunu da bilmək lazımdır ki, adları çəkilən tayfaların verdikləri xəbərlər  qeyb aləmindən xəbərlər deyil, zənn və gümandan savayı bir şey olmaz. Necəki, onların malik olduqları  məlumatların əsasını da məhz zənn və güman təşkil edir. Və bunuda əlavə etmək lazımdır ki, falçı və baxıçılar  həmin məlumatları hər hansı bir alət və vasitələrlə verir ,lakin Allah Özünün qeyb elminə arada   heç bir vasitə və alət olmadan  yiyələnir və onu  istədiyi peyğəmbər və məsum imama bəxş edir.Nəzərə çarpan məsələlərdən biri də budur ki, adları çəkilən şəxslər hər hansı hadisə barədə düzgün məlumat versələr belə onu xırdalıqları barədə heç bir məlumata malik olmurlar. Məsələn, əgər bir şəxsin nə zaman dünyasını dəyişəcəyi barədə  xəbər verərlərsə  bunun dəqid nə zaman və hansı şəraitdə baş verəcəyi barədə heç bir məlumata malik olmazlar. Və bütün bunlar Allahın zati elminə məxsus olar.

(Qeyb elmi yalnız Allaha məxsusdur və Ondan böyük güc və qüdrət sahibi yoxdur)

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment