Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 51: Gecə namazlarında xüsusilədə şəfi namazında oxunan surə və qunutda oxunan dualar barədə müxtəlif rəvayətlər nəql olunmuşdur. Bilmək istərdik siz bu namazlarda hansı surə və duaları oxuyursunuz.

 

 

 Cavab : Səkkiz rükət qılınan gecə namazları dörd iki rükətlik namazdan ibarətdir. Dua  kitablarında onların hər birinin ikinci rükətində oxunan surə və dualar barədə geniş məlumat verilmişdir. O ki qaldı şəfi namazına, oda sair  müstəhəb  namazlar kimi  iki rükət qılınır. İkinci rükətdə rukudan əvvəl qunutda oxunan duaya gəldikdə  bu isə bu barəfə verilən məlumatlar  əshab tərəfindən müxtəlif rəvayətlərdə nəql olunmuşdur. Əbi  Zəhhak  nəql etdiyi rəvayətdə İmam Rza (ə)-mın şəfi namazının qunutunda oxuduğu dua barədə məlumatlar verir. Abdulla  ibn Sənan da İmam Cəfər Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: İmam Cəfər Sadiq (ə) vitr namazında üçüncü rükətində qunut tutdu. Buradan belə məlum olur ki, vitr namazı üçüncü rükət hesab olunmuş və orada oxunan qunuta xüsusi diqqət yetirilmişdir. Mənə gəldikdə isə imkan daxilində şəfi namazının ikinci rükətində rukudan əvvəl yerinə yetridiyim qunutu tərk etməməyə  çalışıram. Vitr namzında oxunan qunuta  isə xüsusi diqqət yetirirəm.Vıtr namazının qunutu bu  ardıcıllıqla yerinə yetirilir. Yetmiş dəfə istiğfar oxunur yəni,(əstəğfirullahə və əsəluhuttəubə),yetmiş dəfə  deyilir: (haza məqamu əuzu bikə minənnar هذا مقام العائذ بك من النار ), üç yüz dəfə deyilir (əl-əfv العقو )  sonra isə qırx mömin şəxsin adı çəkilərək deilir: (Allahumməğfir lil ...اللهم اغفر لل-həmin şəxsin adı).

                               ************

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment