Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 67: Yuxuların hansının doğru , hansının yalan və hansının qarışıq olduğunu necə müəyyən etmək olar?

 

 

Cavab: Yuxular ümumilikdə iki hissəyə bölünürlər.

1-İlahi yuxular: Bu növ yuxular yuxuda Allah tərəfindən ruha təlqin olunur. Və bunun özü də iki hissəyə bölünür.

Birinci hissəyə aid olan yuxuların yozuma heç bir ehtiyacı olmur. Və bu növ yuxular görüldükdən oyanışa qədər isanın yaddaşında qalır. Yozuma ehtiyac duyulsa da mənası dəyişildiyi zaman duyulur. Müxtəlif bitkilərin hüyvanların bədənində  südə dəyişilməsini buna misal çəkmək olar. Belə ki , elm , insanın cisim və ruhuna müsbət təsir göstərdiyi kimi süd də onun cisim və ruhuna da bir çox müsbət təsirlər göstərir. Qarışıq yuxulara gəldikdə isə onların özləri də üç hissəyə bölünür.

1-Bir çox hallarda onların mənşəyi ya şeytanı vəsvəsələr olur və onlar  yuxunu görən şəxsin mənən əziyyət çəkməsinə və qorxmasına səbəb olur.

2- Bəzən yuxuda şəri baxımdan bəyənilməyən hətta haram olan şeylərə sövq olunur.

3- Bəzi hallarda isə xoşagəlməz yuxuların görülməsinə səbəb olan insanın əvvəlcədən  zehnində olan mənfi fikir və düşüncələr olur. Belə ki , gün ərzində kiminləsə dava-dalaş edəcəyini götür-qoy edən şəxslə yuxulurında da həmin şəxslə dava etdiyini görür. Lakin bəzi hallarda pərişan yuxuların görülməsinə səbəb olan amillər insan orqanizmindəki üç mayenin birinin digərinə üstün gəlməsi  ilə nəticələnir. Məsələn , əgər öd kisəsindəki səfra  adlanan maye həddindən artıq olarsa insan yuxusunda sarı rəngi , acı dadan yeməkləri , ildirım və bu kimi şeyləri daha çörür. Çünki, səfranın özü də sarı , acı və isti olur. Orqanizmində melanxoliya (qara sevda) həddindən artıq  çox olan  şəxslər  isə  mayenin özü turş və qara olduğundan yuxuda yandırıcı , qara rəngli əşyaları , turş yeməkləri daha çox görür. Bəlğəm çoxluğundan əziyyət çəkən şəxslər isə yuxularında ağ rəngli əşyaları , yağış suyunu , qarı dahan çox görə bilərlər. Qan çoxluğundan əziyyət çəkənlər isə əksər hallarda yuxularında qırmızı rəngli əşyaları və şirin yeməkləri daha çox görə bilərlər.

Yuxunun yozma və ya müəyyən etmə yolları.

Bunu etmək üçün insan hər şeydən əvvəl öz durumuna , daha dəqiqi desək səhhətinə diqqət yetirməlidir. Yəni,əgər yuxuya getdiyi zaman  onun orqanizmi tam normal vəziyyətdə olmuşsa deməli,  bədənindəki  adları çəkilən mayelərin hər üçü lazımı miqdardadır. Belə olduğu bir halda gün rəzindəki fəaliyyətlərinə diqqət yetirməlidir. Yox əgər gün ərzindəki fəaliyyətlərində də heç bir şübhəli məqam olmamışsa məlum olur ki , pərişan və xoşagəlməz yuxular görməsinə səbəb olan şeytani vəsvəsələrdir. İnsan gördüyü yuxunun qarışıq olmadığına əmin olduqda   onun İlahi yuxu olduğuna tam əmin olmalıdır.

İlahi yuxuların yozma yolları:

Bu barədə ən mötəbər üsul əhli-beyt (ə) tərəfindən nəql olunan rəvayətlərə nəzər salmaqdır. Mərhum Hacı Nuri ,,Biharul-nvar”-ın 14-cü cildində  həmin rəvayətlərdın bir neçəsinə içarə edir. Lakin nəql olunan rəvayətlərlə yanaşı Quran ayələrinə də müraciət etmək məsləhət görülür. Məsələn yuxuda azan verildiyi görən şəxsin

وَأَذِّن فِي النَّاسِ بِالْحَجِّ (İnsanları həccə çağır)- ayəsinə istinadən həcc ziyarətinə gedəcəyinə , mömin bir şəxs yuxuda ip gördükdə

 وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ

(Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!)- ayəsinə istinadən  kiminləsə əhd-peyman bağlayacağı, yuxuda quru taxta və ya odun gördükdə كَأَنَّهُمْ خُشُبٌ مُّسَنَّدَةٌ (Onlar, sanki (divara) söykədilmiş dirəklərdir)-ayəsinə istinaədən nifaq yaranacağı,yuxuda daş gördükdə ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّن بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً (Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu.)-ayəsinə istinadən cətinliyin meydana gələcəyi, أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ (Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?!)-ayəsinə istinadən qeybətə yol veriləcəyi,   هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ( Onlar sizin, siz də onların libasısınız.)-ayəsinə istinadən yuxuda paltar gördükdə halal qadınlarla yaxınlıq olunacağı kimi yozulmuşdur. Rəvayət və ayələrlə yanaşı yuxuların yozulmasında insan adlarının mənalrından da istifadə olunur. Məsələn,yuxuda Rəşid  adlı bir şəxsin görərsə bunu inkişaf kimi, Salim adlı şəxs gördükdə isə sağlamlıq kimi  yozmalıdır.

    Lakim bütün bunlarla yanaşı yuxuların yozulmasında insan yaşadığı dünyada baş verən və qeyb aləmi ilə əlaqəli lan  hadisələrə də diqqət yetirməlidir. Məsələn, əgər insan yuxuda vəfat etdiyini görərsə dünya həyatının müddət və ləzzətləri axirət dünyasının ləzzət və müddəti ilə müqaisədə olduqca  qisa olduğu üçün  bunu uzun ömürlük kimi yozmalıdır.Yox əgər kimsə yuxuda özünün və ya başqa birisnin bəy otağına aparıldığını görərsə əksinə olaraq bunu ömürünün azalacağı və ya  ölümünün yaxınlaşdığı kimi yozmalıdır. Çünki, çünki , ölüm həqiqi mömin üçün ilk  sevinc və şadlıqdır. Belə ki , nəql olunan rəvayətlərdən belə məlum olur ki , mömin bəndə dünyasını dəyişdikdən sonra qəbrə qoyulduqda mələklər ona yaxınlaşaraq deyərlər: Rahat yat  özünün bəy otağında.

Bunu da qeyd etmək lazımdır ki, yuxuların növləri barədə deyilənlər ümumi xarakter daşıyır və onları  ayrı-ayrı hallarla müqaisə edib yozmaq əsla düz olmaz. Və belə bir işin öhdəsindən gələ biləcək şəxslər varsa o da Allahın qəlblərini münəvər etdiyi  ve belə bir istedadı bəxş  etdiyi şəxslərdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment