“Əmirliklərdə xeymənin zirvəsi” adlı fiziki əlillər üçün Qurani-Kərimin tilavəti, əzbərlənməsi və təfsiri ilə bağlı 12-ci xüsusi müsabiqələr bəhmən ayının 11-dən bu ölkənin Rəsul –xiyme məntəqəsində 33 nəfərin iştirakı ilə başlandı.
İran Quran Xəbər Agentliyi : Əmirliklərin rəsmi xəbər bürosunun (Vam) məlumatına əsasən, bu müsabiqələr Rəsul-xiymənin ali hakim şurasının üzvü və müsabiqələrin təşkilatçısı Səud Bin Səğr Əl-Qasimi bəhmən ayının 11-i açıldı və bəhmən ayının 13-nə kimi davam edəcək.
O, bu barədə bütün müəssisə rəhbərliyinə öz təşəkkürünü izhar edərək bildirdi: Əlillərə kömək edən partiya və müəssisələrin həmçinin bu cür müsabiqələrin keçirməsinin əsas məqsədi əlillərin cəmiyyətdə himayə edilməsidir.
Qeyd olunmalıdır ki, Əmirliklərin Rəsul-xiymə məntəqəsinin 12-ci Qurani-Kərim müsabiqəsinin bağlanış mərasimində hədiyyələr Səud Bin Səğr Əl-Qasiminin iştirakı ilə təqdim olunacaq.
source : ایکنا