Azəri
Thursday 18th of July 2024
0
نفر 0

NAMAZDA ŞƏKKİN HÖKÜMLƏRİ



52- Sual: Zöhür namazını qurtardıqdan sonra şəkk etmişəm üç rükət qılmışam ya dörd rükət, vəzifəm nədir?

Cavab: Öz şəkkinizə etina etməyin.

53- Sual: Əgər səcdədə və ya alını möhürdən qaldırdıqdan sonra, şəkk etsəm ki, bir səcdə yerinə gətirmişəm ya iki səcdə, bu halda vəzifəm nədir?

Cavab: Sualda qeyd edilən şəxs iki səcdəni yerinə gətirdiyinə yəqin tapması üçün lazımdır əlavə bir səcdə də yerinə gətirsin.

54- Sual: Təsbihati- ərbəəni oxuyan vaxtı, qabaqkı, rükətin səcdələrinin sayında şəkk etsək, bizim vəzifəmiz nədir?

Cavab: Sualda qeyd edilən şəxs öz şəkkinə etinə etmədən namazına davam etsin.

55- Sual: Sübh namazının rükətlərinin sayında şəkk etsək, əsası ikinci rükətə qoymaq olapmı?

Cavab: İki və üç rükətli namazlarda şəkk etmək, namazın batil olmasına səbəb olur. Buna əsasən bir az fikirləşdikdən sonra heç bir tərəfə güman etməsəniz, namaz batildir və ikinci dəfə yerinə yetirməlisiniz.

56- Sual: İxlas surəsini oxuyan vaxtda həmd surəsinin oxunmasında şəkk etmişəm, bu halda həmd surəsini təkrar oxumalıyam?

Cavab: Təkrar oxumaq lazım deyil. Ümumiyyətlə namazın əməllərindən bir əmələ ya zikrə məşğul olduqdan sonra, qabaqkı əməldə və ya zikirdə şəkk etsəniz, öz şəkkinizə etina etməyəcəksiniz. Məsən: həmd surəsini oxuyan vaxda, təkbirətul ehramda şəkk etsəniz, ya səcdədə, rukunu yerinə yetirməkdə şəkk etsəniz ya namazın salamını deyən vaxtda, təşəhhüddə şəkk estəniz şəkkinizə etina etməyəcəksiniz. Fiqh terminalıgiyasında bu şəkk növünə »vaxtı ötən şəkk deyilir«.

57- Sual: Namazın kəlmələrindən birini dedikdən sonra kəlmənin düzgün tələffüzündə şəkk etsəm, vəzifəm nədir?

Cavab: Namazın zikirləri, həmd və ya surəni oxuduqdan sonra onun düzgün tələffüzündə şəkk etsəniz, öz şəkkinizə etina etməyin.

58- Sual: Səcdə halında şəkk etdim ki, namazın axırıncı şəcdəsidir ya şükür səcdəsi, nə etməliyəm?

Cavab: Səcdədən qalxandan sonra təşəhhüd və salamı deyin. Çünki bu halda əgər axırıncı səcdə olarsa, vəzifənizə əməl etmisiniz. Əgər həqiqətən şükür səcdəsi olubsa, artıq təşəhhüd və salamın namaza bir zərəri yoxdur.

59- Sual: Şam azanından sonra zöhür və əsir namazlarının qılınmasında şəkk etsəm, onların qəzasını yerinə yetirməliyəm yoxsa yox?

Cavab: Suala əsasən namazın qılınıb- qılınmamasında olan şəkk onun vaxtı keçəndən sonra hasil olubdur. Onun qəzasını qılmaq lazım deyil.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment