Azəri
Thursday 18th of July 2024
0
نفر 0

ORUCUN HÖKÜMLƏRİ

107- Sual: Naməhrəmə baxmaq və musiqiyə qulaq asmaq orucu batil edirmi?

Cavab: Sadalanan günahlar orucu batil etmir, Ancaq onun savabını azaldır. Hədislərdə belə deyilir ki, oruc tutmaq ancaq yemək və içməkdən qorunmaq deyil; hətta gərək göz, qulaq, dil, ürək və başqa üzüvlər də oruc olsunlar və günah işlərdən qorunlsunlar. Yalnız bu surətdə orucin kamil savabı oruc tutan şəxsə verilər.

108- Sual: Bir insan ramazan ayında qüslunu düzgün yerinə yetirmiyib, məsələn səhər qüsl edib və günorta əlinin üzərində bir maneə görüb, onun orucunun hökmü nədir?

Cavab: Onun orucu düzgündür, amma gərək maneəni aradan apardıqdan

sonra qüslu təkmilləşdirsin və naqıs qüsulla yerinə gətirdiyi namazların qəzasını yerinə yetirsin.

109- Sual: Ramazan ayının gecəsində cunub olsaq, qüslu nə vaxta qədər təxirə sala bilərik?

Cavab: Ramazan və onun qəza orucunu tutmaq üçün, sübh azanından qabaq qusl alınmalıdır. Amma müstəhəbi oruclarda sübh azanından qabaq qüsl vermək vacib deyil.

110- Sual: Uçuş yolu günəş çıxan tərəfə ya əksinə olan pilotun orucu necə tutmalıdır?

Cavab: İftar və imsakını qərar tutduğu məkana uyğun yerinə gətirməlidir.

111- Sual: Müstəhəbi orucu günortadan sonra iftar etmək olarmı?

Cavab: Müstəhəbi orucu günün istənilən vaxtı açmaq olar.

112- Sual: Günortadan sonra oruc tutan şəxs, güclü baş ağrısına düçar olur, onun üçün oruc tutmaq vacibdir ya xeyir?

Cavab: Dözülməyən baş ağrısıdırsa, onda oruc vacib deyil. Ancaq bəzi işləri riayət etməklə, məsələn çoxlu istirahət və ya gecə dərman atmaqla ağrının yüngülləşirsə, oruc tutmaq vacibdir.

113- Sual: Ramazan ayının səhərində yəni sübh azanından qabaq cünub olmuşam, qüsl vermək üçün fürsət olmayıb, nə etməliyəm?

Cavab: Əgər sübh azanından qabaq vaxt dardırsa, qüslun əvəzinə təyəmmüm edə bilər. Orucu da düzgündür. Sonradan sübh namazı üçün qüsl edin.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment