Azəri
Saturday 18th of May 2024
0
نفر 0

ORUCUN MÜXTƏLİF HÖKÜMLƏRİ



123- Sual: Atamız dünyadan köçübdür, onun oruclarının qəzasını bir zamanda tuta bilərikmi ya qəza orucu tutmaqda tərtib lazımdır?

Cavab: Qəza orucunun bir zamanda tutulmasının heç bir işkalı yoxdur. Neçə nəfər bir gündə onun oruclarının qəzasını tuta bilərlər.

124- Sual: İl ərzində neçə gün oruc tutmaq haramdır?

Cavab: İki gün, qurban və fitr bayramınada oruc tutmaq haramdır.

125- Sual: Ramazan ayının birinci günü məlum olmasa, orucu hansı niyyət ilə tutmalıyıq?

Cavab: Ramazan ayının əvvəlinci gününə yəqiniz yoxdursa, qəza niyyəti ilə orucu tuta bilərsiz. Əgər qəza orucunuz yoxdursa, onda müstəhəbb olaraq, şəban ayının axırıncı günü niyyəti ilə tuta bilərsizuz. Əgər sonradan sabit olsa ki, ramazan ayının ilk günü olubdur, ramazan ayının orucu hesab olunacaq.

126- Sual: İnsan nəzir edə bilər ki, ramazan ayının orucunu səfərdə tutsun?

Cavab: Xeyir, belə bir nəzir etmək batildir.

127- Sual: Yövmüş- şəkk (şəkk günü) hansı gündür və onun orucu necə tutulmalıdır?

Cavab: O gün ki, bilmirik ramazanın əvvəlidir yoxsa şəbanın axırı, o gün şəkk günü adlanır. O gündə oruc tutmaq vacib deyil, və o gündə ki bilmirik ramazanın axırıdır yoxsa şəvvalın əvvəli şəkk günüdür və o gündə oruc tutmaq vacibdir.

128- Sual: İl ərzində 4 gün, oruc tutmağın çoxlu savabı vardır. O günlər hansılardır?

Cavab: Rəbiul- əvvəl ayının 17- si, (Peyğəmbər Əkrəm (s) ın təvəllüdü), rəcəb ayının 27- si, (Peyğəmbər Əkrəm (s) ın məbəsi), zil- qədə ayının 25- i (Dəhvul- ərz) və zil- həccə ayının 18- i (Qədir xum bayramı) .

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ORUCUN MÜXTƏLİF HÖKÜMLƏRİ
Uxdud səhabələri kim idi?
SALAMUN ALEYKUM AQA. AYAT HAMAZI OLU INSAN UCUN QILDIRMAQ VACIBDIRMI ? EGER VACIBDIRSE ...
O şəxs ki namazı yatmış halda qılır onun üzü qibləyə olmağı necədir ?
SƏCDƏNİN HÖKÜMLƏRİ
İCARƏNİN HÖKÜMLƏRİ
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl ...
QÜSLÜN HÖKÜMLƏRİ
Sual 75: Dirayətlə rəvayət arasındaki fərq nədən ibarətdir? Hədislər neçə ...

 
user comment