Azəri
Thursday 18th of July 2024
0
نفر 0

HƏCCƏ QÜDRƏTİN HÖKÜMLƏRİ

147- Sual: Müstəti kimə deyilir?

Cavab: Yaşayışın zərurilərinə və həccə gedib gəlməyin xərcinə malik olan və qayıdandan sonra həyatı çətinliklə üzbəüz olmayan şəxs mal baxımındancəhətdən müstəti sayılır. Bu şəxs cismi cəhətdəndən saglam olarsa və həccə getmək üçün yol açıq olarsa həcc ona vacib olacaqdır.

148- Sual: Bir nəfər müstəti olmadan həcci yerinə yetirib və sonradan müstəti olub. yenidən həcci yerinə yetirməyi lazımdır?

Cavab: Müstəhəbi həcc vacibi həccin yerini tutmur və yenidən həcci yerinə yetirməlidir.

149- Sual: Borc almaqla müstəti olurmu?

Cavab: Əgər aldığı borcun miqdarında başqa əmlakıvarsa, borc almaqla da müstəti olur.

150- Sual: Mal cəhətdən müstətidir. Ancaq bədən səhhəti cəhətindən həcci yerinə yetimək qüdrəti yoxdur, həcc o şəxsə vacibdirmi?

Cavab: Əgər malı və bədəni cəhətdən müstəti olan halda, səhlənkarlıq edib həcci yerinə gətirməyibsə, həcc ona vacib olub və gərək nayib tutsun və əgər vacib olmuyubsa lazım ehtiyata əsasən, nayib tutsun və naib onun tərəfindən həcc əməllərini yerinə yetirsin.

151- Sual: Subaylara həcc vacib olurmu?

Cavab: Bəli, əgər müstətidirsə, həccə getməyi vacibdir.
HƏCCDƏ NAİBLİYİN HÖKÜMLƏRİ

152- Sual: Atam dünyadan köçüb və mənə də həccə getmək barədə vəsiyyət etməyib, onun əvəzinə həccə getmək lazımdırmı?

Cavab: Əgər həyatda olduğu vaxtda həcc ona vacib olmayıbsa və həcci yerinə gətirmək üçün də vəsiyyət etmiyibsə, onun üçün həccə getmək lazım deyil.

153- Sual: Qız da atasının tərəfdən həccə gedə bilərmi ya ancaq oğlan getməkidir?

Cavab: Bəli, qiz da ata və anasının tərəfdən həcci yerinə yetirə bilər.

154- Sual: Bir həcci iki nəfər üçün niyabətən yerinə gətirmək olarmı?

Cavab: Zil həccə ayında hər şəxs ancaq bir dəfə öz vacibi həcci və ya başqasının niyabəti üçün vacibi həcci yerinə yetrə bilər. Amma müstəhəbi həccdə iki və ya bir neçə nəfərin naibliyinin maniəsi yoxdur.

 


 

 

 

 

 
ALQI- SATQININ HÖKÜMLƏRİ
ALIŞ VERİŞİN HÖKÜMLƏRİ

155- Sual: Keçmişdən qalmış, ucuz aldığımız malları günün qiyməti ilə sata bilərik?

Cavab: Maneəsi yoxdur, ancaq çalışın insafsızlıq olmasın çünki, pis təsirlər qoya bilər.

156- Sual: Oğurluq ehtimalı verilən malların alqı- satqısının hökmü nədir?

Cavab: Oğurluq ehtimalı verilən malları almağın zərəri yoxdur. Amma sonradan başqasının malı olduğu məlum olarsa sahibinə qaytarmaq lazımdır.

157- Sual: Haram müamilə ilə (məsələn riba ilə borc almaqda vasitəçilik) hər iki tərəfdən dəllala gələn gəlirin hökmü nədir?

Cavab: Haram alqı- satqı üçün dəllalıq və vasitəçilik etmək, haramdır və bu iş üçün alınmış pul sahibinə qaytarılmalıdır.

158- Sual: Oğurlanmış malın alqı satqısı batildir yoxsa füzuli[1]?

Cavab: Oğurlanmış malda təsərrüf etmək haramdır. Əgər qeyd olunan mal alınıb ya satılıbsa, onda füzulidir. Sahibi bunuinkar edərsə, yəni bu alverə razı olmazsa, alver batil olacaqdır.

159- Sual: Falçılıqla məşğul olanların işinin və onlara pul verməyin hökmü nədir?

Cavab: Onların əməlləri haramdır. Onların falının qarşısında pul vermək malı zay etmək hökmündədir və digər tərəfdən o puldan istifadə etmək də bayil yolla mal yemək və haramdır.

160- Sual: Narkotik maddələr satmaq yolu ilə pul qazanan şəxslər hal hazırda tövbə ediblər, qeyd olunmuş pullara nisbət təklif nədir?

Cavab: Əgər həqiqətən öz günahlarından tövbə etsələr, inşallah Allah onları bağışlıyar. Yığdıqları mallara nisbət də vəzifələrini müəyyən etmək üçün öz təqlid etdiyi müctehidə müraciət etməlidirlərki, onların hökmünü təyin etsin.

161- Sual: Boyuna səlib (xaç) taxmaq və səlibi alıb satmağın hökmü nədir?

Cavab: Səlibin (xaçın) alqı satqısı və boyuna taxılması haramdır.

162- Sual: Az qiymət ilə malları qabaqcadan almaq düzgündür?

Cavab: Qiymətin hamısını nəqd ödədiyi təqdirdə işkalı yoxdur.

[1] - Füzuli o müamiləyə (məsələn alverə) deyilir ki, məsələn: bir şəxsin malı onun sahibinin xəbəriolmadan satılsın. Bu halda əgər onun sahibi sonradan bu alverə razıdırsa səhih, razı olmazsa, batil olacaqdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment